Məhkəmə qərarları › İş №2(037)-879/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-879/2023

13.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-879/2023 13.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdikləri “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizələri üzrə mülki işə 13 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq,məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarı ilə İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisindən 0.21 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-663F KOD 40718018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin onlara Ərizəçi2, Ərizəçi1 və mərhum ataları X7,mərhum anaları X11 və bacıları X15 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi1 əvvəlki məhkəmə iclasında ərizəni müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 nömrəli qərarına əsasən JN-663F KOD 40718018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.21 hektar həyətyanı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilər mərhum atası X6, mərhum anası X10, qardaşı Ərizəçi2 və bacısı X12 birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Şəhadətnamədə onun və digər birgə mülkiyyətçilərin ad, soyad və ata adları qeyd olunmuşdur. Onun adı həmin vaxt “Elnarə” olmasına baxmayaraq JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə texniki səhv olaraq adı “Elmirə” kimi yazılmışdır.Bundan əlavə mərhum anası X3 həmin vaxt “Əliyeva” olmasına baxmayaraq JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə texniki səhv olaraq soyadı “Qafarova” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn,qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək,Şəhadətnamədəki yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Şəhadətnamədə mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edir ki, onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad,soyad və ata adları ilə Şəhadətnamədəki ad,soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı,JN-663F KOD 40718018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir.Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçi1 sonuncu məhkəmə iclasına gəlməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək işə onun iştirakı olmadan baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi2 məhkəmə iclasına gəlməmiş,onu etibarnamə üzrə səlahiyyətli nümayəndəsi bacısı Ərizəçi1 təmsil etmişdir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş, X21 ifadə verərək göstərdi ki, ərizəçilər Ərizəçi2 qardaşı,Ərizəçi1 isə bacısıdır.İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,Kürdmaşı kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvləri atası X13,anası X16, qardaşı Ərizəçi2 və bacısı X8 birgə mülkiyyətlərinə verilmişdir. Ərizəçi Qafarova (nikahdan sonra Soltanova) Elnarə Yaşar qızının adı həmin vaxt “Elnarə” olmasına baxmayaraq JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə texniki səhv olaraq adı “Elmirə” kimi yazılmışdır.Bundan əlavə mərhum anası X3 həmin vaxt “Əliyeva” olmasına baxmayaraq JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə texniki səhv olaraq soyadı “Qafarova” kimi yazılmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş, X24 ifadə verərək göstərdi ki, ərizəçilər qohumlarıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,Kürdmaşı kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsi X13,X16, Ərizəçi2 (ərizəçi),X17 (ərizəçi) və X12 birgə mülkiyyətlərinə verilmişdir.Ərizəçi Qafarova (nikahdan sonra Soltanova) Elnarə Yaşar qızının adı həmin vaxt “Elnarə” olmasına baxmayaraq JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə texniki səhv olaraq adı “Elmirə” kimi yazılmışdır.Bundan əlavə digər mülkiyyətçi mərhum X3 həmin vaxt “Əliyeva” olmasına baxmayaraq JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə texniki səhv olaraq soyadı “Qafarova” kimi yazılmışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş,X22 ifadə verərək göstərdi ki, ərizəçilər qohumlarıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,Kürdmaşı kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsi X13,X16,Ərizəçi2 (ərizəçi),X17 (ərizəçi) və X12 birgə mülkiyyətlərinə verilmişdir.Ərizəçi Qafarova (nikahdan sonra Soltanova) Elnarə Yaşar qızının adı həmin vaxt “Elnarə” olmasına baxmayaraq JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə texniki səhv olaraq adı “Elmirə” kimi yazılmışdır.Bundan əlavə digər mülkiyyətçi mərhum X3 həmin vaxt “Əliyeva” olmasına baxmayaraq JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə texniki səhv olaraq soyadı “Qafarova” kimi yazılmışdır. Məhkəmə əvvəlki məhkəmə iclasında Ərizəçi1 verdiyi izahatı və şahid ifadələrini nəzərdən keçirib və iş materiallarını araşdırıb hesab edir ki,ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Asan 3 tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1983-cü il tarixdə İsmayıllı rayonu,Kürdmaşı kəndində anadan olmuş Ərizəçi1 Bakı şəhəri,Yasamal rayonu,S.Dadaşov küçəsi ev 27,mənzil 3-də qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli, AZE №******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1974-cü il tarixdə İsmayıllı rayonu, Kürdmaşı kəndində anadan olmuş Qafarov X14 rayonu, Kürdmaşı kəndində qeydiyyatdadır. İş materiallarında olan Zəngilan RPŞ QvŞV qrupu tərəfindən verilmiş 18.0 6.2020-ci il tarixli, AA2343392 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1985-ci il tarixdə İsmayıllı rayonu,Kürdmaşı kəndində anadan olmuş X4 şəhəri, C.Cabbarlı küçəsində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2015-ci il tarixli, AZ-İ №660878 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X19 xx.xx.2015-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2015-ci ilin mart ayının 10 günündə 02 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan 1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 23 dekabr 2017-ci il tarixli, AZ-İ №916001 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2017-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 12 ayının 23 günündə 2102 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan İsmayıllı rayon Kürdmaşı Ərazi Nümayəndəliyi tərəfindən verilmiş 01 dekabr 2004-cü il tarixli, AZ-İ №111419 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X18 nikahlarını 01 dekabr 2004-cü il tarixdə rəsmiləşdirmişlər,ərə Soltanov və arvada Soltanova soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2004-cü ilin dekabr ayınəın 01 günündə 18 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarı ilə İsmayıllı rayon Kürdmaşı kənd sakinləri X13, X16, Ərizəçi2, X17 və X12 birgə mülkiyyətlərinə İsmayıllı rayonu,Kürdmaşı kəndi ərazisindən 0.21 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 9785 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X29 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X5 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər Dövlət Aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, əvvəlki məhkəmə iclasında Ərizəçi1 izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,Kürdmaşı kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsi X13,X16,Ərizəçi2 (ərizəçi),X17 (ərizəçi) və X12 birgə mülkiyyətlərinə verilmişdir.Ərizəçi Qafarova (nikahdan sonra Soltanova) Elnarə Yaşar qızının adı həmin vaxt “Elnarə” olmasına baxmayaraq JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə texniki səhv olaraq adı “Elmirə” kimi yazılmışdır. Bundan əlavə digər mülkiyyətçi mərhum X3 həmin vaxt “Əliyeva” olmasına baxmayaraq JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə texniki səhv olaraq soyadı “Qafarova” kimi yazılmışdır. Həmin Şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçilərin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsinin X13, X16,Ərizəçi2 (ərizəçi), X17 (ərizəçi) və X12 mülkiyyətlərinə verilməsinə dair JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 soyadının “Qafarova” və Qafarova (nikahdan sonra Soltanova) Elnarə Yaşar qızının isə adının “Elmirə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X7 (1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İ №916001 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi2 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi),X15 (Zəngilan RPŞ QvŞV qrupu tərəfindən verilmiş AA2343392 saylı şəxsiyyət vəsiqəsi),X11 (İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, AZ-İ № 660878 saylı ölüm haqqında şəhadətnamə) və Qafarova (nikahdan sonra Soltanova) Elnarə Yaşar qızına (Asan 3 tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçilər Ərizəçi2 və Ərizəçi1 tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi2 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227,233,307-308,311,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Kürdmaşı kəndində yerləşən 0.21 hektar həyətyanı torpaq sahəsinin X13, X16,Ərizəçi2 (ərizəçi), X17 (ərizəçi) və X12 mülkiyyətlərinə verilməsinə dair JN-663F Kod 40718018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 soyadının “Qafarova” və Qafarova (nikahdan sonra Soltanova) Elnarə Yaşar qızının isə adının “Elmirə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X7 (1 saylı Bakı “Asan Xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, AZ-İ №916001 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi2 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2017-ci il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi), X15 (Zəngilan RPŞ QvŞV qrupu tərəfindən verilmiş AA2343392 saylı şəxsiyyət vəsiqəsi), X11 (İsmayıllı RİHB-nın Kürdmaşı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş, AZ-İ № 660878 saylı ölüm haqqında şəhadətnamə) və Qafarova (nikahdan sonra Soltanova) Elnarə Yaşar qızına (Asan 3 tərəfindən verilmiş,xx.xx.2018-ci il tarixli,AZE №******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi2 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar