Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-88/2021 01.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması tələbinə dair iddiası, "Cavabdeh" X1 Namiq Ələkbər oğluna qarşı debitor borcun və dəymiş ziyanın ödənilməsi tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə xx xxxx 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İstehsalat Birliyi tərəfindən **********02120 nömrəli abonent koduna işlənmiş 720 kub metr təbii qazın dəyəri 72 (yetmiş iki) manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "Cavabdeh" İstehsalat Birliyi qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək İddiaçı istifadə etdiyi təbii qaza görə yaranmış 338,6 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 72 manat itirilmiş qazın dəyərinin və 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq “Cavabdeh” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini, qarşılıqlı iddia tələbini qismən qəbul etdiyini bildirdi və izahat verərək göstərdi ki, mənzilində istifadə etdiyi təbii qaza görə yaranmış 338,6 manat borcu maddi imkanı ilə bağlı vaxtında tam ödəyə bilməmiş, yanvar ayinda 150 manat ödəmişdir. Ödəniş qəbzini saxlamamışdır. Qalan borcunu da ödəyəcəkdir. Bundan başqa xx xxxx 2020-ci il tarixdə “Cavabdeh” İstehsalat Birliyinin tabeçiliyində olan Ağsu Regional X4 əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. O, tərtib olunmuş aktı imzalamışdır. Bir müddət sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olması, hesablama mexanizminin keçən qazın sərfini qeydə almadığı, sayğacın hesablayıcı mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı qeyd edilmişdir. Ona görə də xx xxxxxxxx 2020-ci il tarixdə “təbii X3nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında xx xxxxxxxx 2020-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 720 kub. metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. “Təbii X3nın pozulması haqqında” tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Hesab edir ki, “Cavabdeh” İstehsalat Birliyi tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. X4 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən onun hesabına işlənmiş 72 manat debitor borcun silinməsi və qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Qarşılıqlı iddia tələbinin dəymiş ziyanın ödənilməsi ilə bağlı hissəsini qəbul etmir, istifadə etdiyi təbii qaza görə yaranmış 338,6 manat borcun ödənilməsi hissəsində təmin olunmasına etiraz etmir. “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi Ömərov Ramil Şaiq oğlu izahat verərək göstərdi ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən İddiaçı istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 338,6 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməlidir. İddiaçı müqavilədən irəli gələn öhdəlikləri lazımı qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın 338,6 manat miqdarında dəyərini bu günə kimi ödəməmişdir. Bundan başqa xx xxxx 2020-ci il tarixdə “Cavabdeh” İB-nin X5 X2 Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçının İsmayıllı rayonun Aşağıbaş kəndində yerləşən fərdi yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. İddiaçı tərtib olunmuş aktı imzalamışdır. Açılmış Elster- G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamadan keçmiş və tərtib edilmiş aktda sayğacın zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olması, hesablama mexanizminin keçən qazın sərfini qeydə almadığı, sayğacın hesablayıcı mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı qeyd edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. Akta əsasən həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 720 kub.metr itirilmiş qazın dəyəri 72 manat məbləği hesablanaraq iddiaçının abonent bazasındakı koduna vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edir və həmin tələbin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunaraq İddiaçı istifadə etdiyi təbii qaza görə yaranmış 338,6 manat borc məbləğinin, qaz sayğacına edilmiş müdaxiləyə görə hesablanmış 72 manat itirilmiş qazın dəyərinin və 20,4 manat dövlət rüsumu məbləğinin alınaraq “Cavabdeh” İB-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X5 İstismarı İdarəsi ilə İddiaçı arasında bağlanmış xx xxxx 2020-ci il tarixli 14247 nömrəli müqavilənin surətindən görünür ki, İddiaçı yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi təbii qazın dəyərini təqdim olunmuş hesab üzrə tam şəkildə ödəməlidir. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə iddiaçının İsmayıllı rayonun Aşağıbaş kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X3na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. “Cavabdeh” İB-nin “Təbii X3nın pozulması haqqında” xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-2 tipli qaz piltəsi, 1 ədəd kombi vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Cavabdeh” İB-nin Ağsu Regional X4 əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 720 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. xx xxxxxx 2021-ci il tarixli abonentin saldosundan görünür ki, 2021-ci ilin yanvar ayı üzrə iddiaçının **********02120 nömrəli abonent koduna 410,6 manat borc vurulmuşdur. Həmin məbləğin 72 manat hissəsi 2020-ci ilin sentyabr ayının sonuna akt üzrə vurulmuş borc, 338,6 manat hissəsi isə 2021-ci ilin yanvar ayına kimi təbi qazdan istifadəyə görə yaranmış borc təşkil edir. xx xxxxxx 2021-ci il tarixli ********* nömrəli mədaxil qəbzindən görünür ki, “Cavabdeh” İB tərəfindən 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxx 2020-ci il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən İddiaçı 2021-ci ilin yanvar ayına kimi istifadə etdiyi təbi qaza görə 338,6 manat borcu qalmışdır. Bundan başqa “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx xxxx 2020-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X3na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçı yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğaca laboratoriyada baxış keçirilərkən sayğacın zavod seriya nömrəsi yazılmış lövhənin yararsız vəziyyətdə olması, hesablama mexanizminin keçən qazın sərfini qeydə almadığı, sayğacın hesablayıcı mexanizmini hərəkətə gətirən dişli çarxın oxunun yuvasından çıxdığı aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxxxxxx 2020-ci il tarixli ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Cavabdeh” İB-nin Ağsu Regional X4 əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 720 kub metr müəyyən edilmişdir. İddiaçı qaz sayğacına özü və ailə üzvləri tərəfindən heç bir müdaxilə edilmədiyini, sayğacın zədələnməsi barədə məlumatının olmadığını, X4 nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən azı ayda bir dəfə baxış keçirilərkən sayğacda hər hansı zədə, əzik aşkar olunmadığını, qaz sayğacının həyət qapısından çöldə yerləşdiyi üçün işçi vəziyyətinə nəzarət etməsinin mümkün olmadığını göstərərək “Cavabdeh” İstehsalat Birliyi tərəfindən abonent koduna işlənmiş 720 kub metr təbii qazın dəyəri 72 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması , qarşılıqlı iddia tələbinin 338,6 manat borc hissəsində təmin edilməsi, dəymiş ziyan tələbinə dair hissədə isə rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş edir. “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi İddiaçı abonent koduna hesablanaraq vurulmuş məbləğlərin istifadə etdiyi və sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəri olduğunu və abonentin özü tərəfindən ödənilməli olduğunu bildirərək iddia tələbinin rədd edilməsi, qarşılıqlı iddia tələbinin isə təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. “X3”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə ilkin iddia tələbinə münasibət bildirərək qeyd edir ki, ******* nömrəli qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən İddiaçı sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca “Cavabdeh” İstehsalat Birliyinin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə İddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca “Cavabdeh” İstehsalat Birliyinin müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 720 kub metr miqdarında, yəni 72 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı olmadığindan itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, “Cavabdeh” İB tərəfindən İddiaçı hesabına işlənmiş 720 kub metr itirilmiş təbii qazın dəyəri 72 manat debitor borcun silinməsi və İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə iddia tələbi təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin 338,6 manat debitor borcun ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq İddiaçı istifadə etdiyi qazın dəyərini ödəməli olduğundan qarşılıqlı iddia tələbi həmin hissədə təmin edilməlidir. Məhkəmə qarşılıqlı iddia tələbinin 72 manat dəymiş ziyanın ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, İddiaçı yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca abonent və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilmədiyindən qarşılıqlı iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İş üzrə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən qarşılıqlı iddia tələbi üzrə ödənilmiş və ilkin iddia tələbi üzrə ödənilməli olan dövlət rüsumuna münasibət bildirərək məhkəmə qeyd edir ki, ilkin iddia tələbi təmin edildiyindən qarşılıqlı iddia tələbi üzrə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu ilkin iddia tələbi üzrə “Cavabdeh” İstehsalat Birliyi tərəfindən ödənilməli olan 20 (iyirmi) manat dövlət rüsumu ilə əvəzlənməlidir. Qarşılıqlı iddia tələbi qismən təmin olunduğundan İddiaçı 20 (iyirmi) manat dövlət rüsumu alınaraq “Cavabdeh” İstehsalat Birliyinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********02120 nömrəli abonent koduna vurulmuş 720 kub metr təbii qazın dəyəri 72 (yetmiş iki) manat debitor borc məbləği silinsin. İddiaçı dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. Qarşılıqlı iddia tələbi qismən təmin edilsin. İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 338 manat 60 qəpik borc və 20 manat dövlət rüsumu – cəmi 358 (üç yüz əlli səkkiz) manat məbləği alınaraq “Cavabdeh” İstehsalat Birliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-88/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-88/2021
01.03.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver