Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-880/2023 22.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi1 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 22 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0076 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X9, X10, X13 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, o, 1990-cı ildə Ərizəçi2 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra arvadı qızlıq soyadı olan Quliyeva soyadında qalmışdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 18 mart 1998-ci il tarixli 44 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN- 0076 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında arvadı Ərizəçi2 soyadı həmin vaxt “Quliyeva” olmasına baxmayaraq səhvən onun soyadına uyğun “Əsədova” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Ərizəçi2 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, dövlət aktında yanlışlığa görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona şəhadətnamədəki yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında mülkiyyətçi kimi arvadının soyadının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, arvadının şəxsiyyət vəsiqəsindəki soyadı ilə “Torpağa mülkiyyət hüququna dair” dövlət aktındakı soyadı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-0076 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi2 məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə Ərizəçi2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 ifadə verərək göstərdi ki, ərizəçilər onu valideynləridir. Anası Ərizəçi2 ailə qurarakən soyadını dəyişməmişdir. Buna baxmayaraq ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-0076 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamədə anasının soyadı atasının soyadına uyğun Əsədova yazılmışdır. JN-0076 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamənin ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Məhkəmə işdə iştirak edən ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş İsmayıllı RPŞ tərəfindən 23 iyun 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxx 1965-ci il tarixdə Ermənistanın Sisiyan rayonunda anadan olmuş, İsmayıllı rayonun Vəng kəndində yaşayan şəxs Ərizəçi1dur. İ-CЛ seriyalı 254313 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ermənistanın Sisiyan rayonunda xx xxxxxxx 1963-cu il tarixində anadan olmuş mülkiyyətçiyə Ərizəçi2 adı ilə doğum haqqında şəhadətnamə alınmışdır. V-ЖГ 351302 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 Hüseyin oğlu ilə Ərizəçi2 arasında 07 fevral 1990-cı il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Əsədov, arvada Quliyeva soyadı verilmişdir. Bakı şəhəri Nəsimi RPİ tərəfindən 26 sentyabr 2016-cı il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1963-cü il tarixdə Ermənistanın Sisiyan rayonunda anadan olmuş, Bakı şəhəri Nəsimi rayonu M.A.Əliyev küçəsi ev 234, mənzil 10-da yaşayan şəxs Ərizəçi2dır. İsmayıllı RPŞ tərəfindən 26 fevral 2016-cı il tarixdə verilmiş AZE seriyalı 15855192 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 12 dekabr 1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, İsmayıllı rayonun Qalınçaq kəndində yaşayan şəxs X2r. AZ-İ 810328 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X9 arasında 23 oktyabr 2012-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mustafazadə, arvada Mustafazadə soyadı verilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 03 may 1992ci il tarixdə doğulmuş şəxs X6r. AZ-İ 622799 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 və X10 arasında 21 oktyabr 2010-cu il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Şirinov, arvada Şirinova soyadı verilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 06 mart 1994cü il tarixdə doğulmuş şəxs X15r. JN-0076 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı Ərizəçi1, X16, X9, X10 və X7 qeyd olunmuşdur. İsmayıllı rayon İHB-nın Ruşan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli 180 nömrəli arayışdan görünür ki, JN-0076 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi2 əvəzinə X16 yazılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14 iyul 2023-cü il tarixli 3-21-3-42/2-Q-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, ərizəçi Südabə Əsədova JN-0076 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyad səhvinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X20 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0076 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında iştirak edən ərizəçinin izahatı, şahidin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına uyğun olaraq Ərizəçi1, Ərizəçi2, X9, X10 və X11 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN 0076 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi “Ərizəçi2”nın soyadı səhv olaraq ərinin soyadına uyğun “Əsədova” kimi yazılmışdır. JN-0076 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan bu yanlışlıq ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN 0076 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi2”nın soyadının “Əsədova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi), Əsədova (nikahdan sonra Mustafazadə) Pərvanə Şaiq qızı (AZE 15855192 nömrəli şəxsiyyət vəsiqəsi), Əsədova (nikahdan sonra Şirinova) Xuraman Şaiq qızı (AA0687469 nömrəli şəxsiyyət vəsiqəsi) və X13 (AA0329969 nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən İsmayıllı rayonun Vəng kəndində yerləşən 5,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2, X9, X10 və X11 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş JN 0076 Kod 40721028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi2”nın soyadının “Əsədova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi), Əsədova (nikahdan sonra Mustafazadə) Pərvanə Şaiq qızı (AZE 15855192 nömrəli şəxsiyyət vəsiqəsi), Əsədova (nikahdan sonra Şirinova) Xuraman Şaiq qızı (AA0687469 nömrəli şəxsiyyət vəsiqəsi) və X13 (AA0329969 nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-880/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-880/2023
22.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver