Məhkəmə qərarları › İş №2(037)-887/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-887/2023

18.12.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin bölünməsi - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-887/2023 18.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə İddiaçılar Qədı̇ rov Murad Dərgah oğlu və Qədı̇ rova Aı̇ da Şahyətdı̇ n qızının cavabdehlər Qədı̇ rova Sülhı̇ yə Dərgah qızı və Qədı̇ rov Yası̇ n Dərgah oğluna qarşı torpaq sahələrinin paylara uyğun naturada ayrılması, maneələrin aradan qaldırılması tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar Qədı̇ rov Murad Dərgah oğlu və Qədı̇ rova Aı̇ da Şahyətdı̇ n qızı cavabdehlər Qədı̇ rova Sülhı̇ yə Dərgah qızı və Qədı̇ rov Yası̇ n Dərgah oğluna qarşı iddia ərizəsi ilə müraciət edərək JN-712 nömrəli Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında birgə mülkiyyətdə olan 4,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-105F nömrəli Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında birgə mülkiyyətdə olan 0,13 hektar həyətyanı torpaq sahlərinin paylarına uyğun naturada ayrılması və mülkiyyətlərindən istifadəyə olan manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddiaçı1 və İddiaçı2 nümayəndəsi Nümayəndə məhkəmə iclasına gəlməmiş, teleqram göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişlər. İşə iddiaçıların və nümayəndənin iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, İsmayıllı rayon AlK-nın qərarı ilə X7, X5, cavabdeh X2 və iddiaçılar X8 və İddiaçı2 birgə mülkiyyətlərinə 4,52 ha kənd təsərrüfatı məhsulları istehsal təyinatlı və 0,13 ha həyətyanı torpaq sahələri verilmişdir. X7 11 sentyabr 2006-cı il tarixdə, X5 isə 16 aprel 2022-ci il tarixdə vəfa etmişlər. Cavabdeh Sülhı̇ yə Qədı̇ rova ailə quraraq Ağsu rayonun Gürcüvan kəndinə gəlin köçmüşdür və halhazırda öz evlərində yaşayır. Həmin həyətdə Sülhiyyənin razılığı ilə hal-hazırda Cavabdeh2 yaşayır. Lakin Cavabdeh2 həyətyanı və pay torpaq sahələrində heç bir payı yoxdur. Cavabdeh2 bacısı Sülhiyyə Qədirovanın adından istifadə edərək, həmin həyətyanı və pay torpaq sahələrindən istifadə etmələrinə imkan vermir. İddiaçılar öz mülkiyyətlərində olan həyətyanı və pay torpaq sahəsini naturada ayıraraq əkib-becərmək, istifadə etmək istəyirlər, lakin cavabdehlər müxtəlif bəhanələrlə torpaq sahələrinin naturada bölünməsindən yayınırlar. İddiaçılar İsmayıllı rayonun Tircan kəndində yerləşən pay və həyətyanı torpaq sahəsinin naturada bölünməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı va Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət eləmişlər, lakin aralarında mübahisə olduğu üçün məhkəməyə müraciət etmələri məsləhət bilinmişdir. Mübahisəni öz aralarında həll etməyə çalışsalar da cavabdehlər onlarla razılaşmır. Ona görə də məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. Mülkiyyət sənədlərindən göründüyü kimi, 0,13 ha həyətyanı torpaq sahəsi 5 nəfərin mülkiyyətinə verilmiş, üç tərəfli gediş-gəliş yolla əhatə edilmiş, naturada bölünməsinə heç bir problem yoxdur, paylar bərabər olmaqla hər birinə 260 kvm düşür. İddiaçıların, ər-arvadın payı 520 kvm olmaqla həyətyanı torpaq sahəsinin aşağı hissəsindən iddia ərizəsinə əlavə olunmuş sxem əsasında bölgüsü aparıla bilər və heç bir digər şəxsə maneçilik törətmir. Mülkiyyətə verilmiş 4,52 ha pay torpaq sahəsi Dövlət aktından göründüyü kimi beş ayrı-ayrı sahələrdə yerləşir və ərizəyə əlavə olunmuş mütəxəssis tərəfindən tərtib edilmiş sxemlərə əsasən torpaq sahəsinin paylara uyğun naturada bölünməsi, digər mülkiyyətçilər üçün heç bir problem yaratmır. Ona görə də JN-712 nömrəli Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında birgə mülkiyyətdə olan 4,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-105F nömrəli Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında birgə mülkiyyətdə olan 0,13 hektar həyətyanı torpaq sahlərinin paylarına uyğun naturada ayrılması və mülkiyyətlərindən istifadəyə olan manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdeh2 məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək torpaq sahələrinin iddiaçılara çatan hissəsinin ayrılmasına etiraz etmədiyini, bütün məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının Cavabdeh2 iştirakı olmadan keçirilməsi qərara alınmışdır. Cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasının cavabdeh Sülhiyyə Qədirovanın iştirakı olmadan keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx xxxxxx 1966-cı il tarixdə İsmayıllı rayonun Təzəkənd kəndində doğulmuş, İsmayıllı rayonun Tircan kəndində yaşayır. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı1 xx xxxxxx 1968-ci il tarixdə İsmayıllı rayonun Tircan kəndində doğulmuş, İsmayıllı rayonun Tircan kəndində yaşayır. -İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli arayışdan görünür ki, X5 16 aprel 2022-ci il tarixdə vəfat etmişdir. -İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 iyul 2023-cü il tarixli arayışdan görünür ki, X7 11 sentyabr 2006-cı il tarixdə vəfat etmişdir. -JN-0712 nömrəli 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X7, X3, X2, İddiaçı1 və X1 birgə mülkiyyətlərində İsmayıllı rayonun Tircan kəndində 4,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi vardır. -JN-105F nömrəli 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X7, X3, X2, İddiaçı1 və X1 birgə mülkiyyətlərində İsmayıllı rayonun Tircan kəndində 0,13 hektar həyətyanı torpaq sahəsi vardır. -Torpaq sahələrinin naturada şərti bölgü planı sxemlərindən görünür ki, tərtib olunmuş sxemlərdə torpaq sahələrinin mülkiyyətçilərinin hər birinin payı müəyyən olunmaqla şərti olaraq bölünmüşdür. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli 3-21-3-42/2-Q-0036- 8/2023 nömrəli məktubundan görünür ki, iddiaçıların İsmayıllı rayonu Tircan kəndində yerləşən 4,52 ha torpaq sahəsindən payların ayrılaraq daşınmaz dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ərizəyə cavab olaraq bildirilmişdir ki, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin Ərazi İdarələri, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununa əsasən daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır. Torpaq sahəsinin paylara uyğun bölünməsi üçün notarial qaydada təsdiq olunmuş bölgü planı və payların bölünməsi barədə notarial Saziş təqdim olunmalıdır. Əgər payçılar arasında narazılıq mövcuddursa payların bölünməsi üçün Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Məhkəməyə müraciət etmələri tövsiyyə olunmuşdur. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 01 noyabr 2023-cü il tarixli 3-21-3-42/2-5667/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, JN-105F kod 40726018 olan "torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında birgə mülkiyyətə verilmiş torpaq sahələrinin paylara uyğun naturada ayrılması torpaq sahəsinin daxilində yerləşən fərdi yaşayış evinin paylara uygun şəkildə mülkiyyətçilər arasında bərabər hissədə bölündükdən sonra mümkündür. X4 X6 (TEKUİS-ə) əsasən JN-0712 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə (DNK-nun müqaviləsindən əvvəl JN-149 saylı Dövlət aktı) ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin 712 U cizgisində göstərilən 2,6654 hektar, 712 F cizgisində göstərilən 0,2875 hektar və 712 R cizgisində göstərilən 0,9694 hektar torpaq sahələrinin 1/5 nisbətdə pay mülkiyyətçiləri arasında bərabər qaydada bölünməsi, bölünəcək paylara yol yerinin olmaması səbəbindən mümkün deyildir. JN-0712 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə (DNK-nun müqaviləsindən əvvəl JN-149 saylı Dövlət aktı) ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin 712 Z cizgisində göstərilən 0,3018 hektar torpaq sahəsinin 1/5 nisbətdə pay mülkiyyətçiləri arasında bərabər qaydada bölünməsi mümkündür JN-0712 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə (DNK-nun müqaviləsindən əvvəl JN-149 saylı Dövlət aktı) ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin 712 X cizgisində göstərilən 0,2974 hektar torpaq sahəsi TEKUİS-ə əsasən mövcud vəziyyətə uyğun olaraq azalaraq 0,2853 hektar göstərilmişdir. JN-0712 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə (DNK-nun müqaviləsindən əvvəl JN-149 saylı Dövlət aktı) ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin 712 X cizgisində göstərilən 0,2974 hektar torpaq sahəsinin azalmasına dair mülkiyyətçilər tərəfindən razılıq ərizəsi verildikdən sonra 1/5 nisbətdə pay mülkiyyətçiləri arasında bərabər qaydada bölünməsi mümkündür. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, X7, X3, X2, İddiaçı1 və X1 birgə mülkiyyətlərinə İsmayıllı rayonun Tircan kəndində 4,52 hektar kənd təsərrüfatı təyinatlı və 0,13 hektar həyətyanı torpaq sahələri verilmişdir. Bu barədə JN-0712 nömrəli 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı və JN- 105F nömrəli 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə verilmişdir. Mülkiyyətçi X7 11 sentyabr 2006-cı il tarixdə, mülkiyyətçi X5 16 aprel 2022-ci il tarixdə vəfat etmişlər. Cavabdehlər iddiaçıların birgə mülkiyyətdə olan torpaq sahələrinin onlara çatan hissəsindən istifadə etmələrinə maneçilik törədirlər. Torpaq sahələrinə dair tərtib olunmuş mülkiyyət sənədlərində Cavabdeh2 adı yoxdur. İddiaçılar paylı mülkiyyətində olan torpaq sahələrini əkib-becərmək, istifadə etmək üçün öz paylarının naturada ayrılmasını istəyirlər. Lakin iddiaçıların bacısı Sülhiyyə Qədirova və qardaşı Cavabdeh2 ilə aralarında mübahisə yarandığından bölgünün aparılması mümkün olmamış, məhkəməyə müraciət etmişlər. İddiaçılar JN-712 nömrəli Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında birgə mülkiyyətdə olan 4,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və JN-105F nömrəli Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında birgə mülkiyyətdə olan 0,13 hektar həyətyanı torpaq sahlərinin paylarına uyğun naturada ayrılması və mülkiyyətlərindən istifadəyə olan manelərin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş edirlər. Cavabdeh2 ərizə göndərərək torpaq sahələrinin iddiaçılara çatan hissəsinin ayrılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh X2 məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə münasibətini müəyyən etmək mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2023-cü il tarixli mütəxəssis rəyində JN-105F kod 40726018 olan "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında birgə mülkiyyətə verilmiş torpaq sahələrinin paylara uyğun naturada ayrılmasının torpaq sahəsinin daxilində yerləşən fərdi yaşayış evinin paylara uygun şəkildə mülkiyyətçilər arasında bərabər hissədə bölündükdən sonra mümkün olduğu, X4 X6 (TEKUİS-ə) əsasən JN-0712 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə (DNK-nun müqaviləsindən əvvəl JN-149 saylı Dövlət aktı) ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin 712 U cizgisində göstərilən 2,6654 hektar, 712 F cizgisində göstərilən 0,2875 hektar və 712 R cizgisində göstərilən 0,9694 hektar torpaq sahələrinin 1/5 nisbətdə pay mülkiyyətçiləri arasında bərabər qaydada bölünməsi, bölünəcək paylara yol yerinin olmaması səbəbindən mümkün olmadığı, JN-0712 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə (DNK-nun müqaviləsindən əvvəl JN-149 saylı Dövlət aktı) ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin 712 Z cizgisində göstərilən 0,3018 hektar torpaq sahəsinin 1/5 nisbətdə pay mülkiyyətçiləri arasında bərabər qaydada bölünməsinin mümkün olduğu, JN- 0712 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə (DNK-nun müqaviləsindən əvvəl JN-149 saylı Dövlət aktı) ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin 712 X cizgisində göstərilən 0,2974 hektar torpaq sahəsi TEKUİS-ə əsasən mövcud vəziyyətə uyğun olaraq azalaraq 0,2853 hektar göstərildiyi, JN-0712 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə (DNK-nun müqaviləsindən əvvəl JN-149 saylı Dövlət aktı) ümumi birgə mülkiyyətə verilmiş torpaq sahəsinin 712 X cizgisində göstərilən 0,2974 hektar torpaq sahəsinin azalmasına dair mülkiyyətçilər tərəfindən razılıq ərizəsi verildikdən sonra 1/5 nisbətdə pay mülkiyyətçiləri arasında bərabər qaydada bölünməsinin mümkün olduğu göstərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 214.1-ci maddəsinə əsasən əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Həmin Məcəllənin 223.2-ci maddəsinə əsasən birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. X7, X3, X2, İddiaçı1 və X1 paylı mülkiyyətlərində olan 4,52 hektar kənd təsərrüfatı təyinatlı və 0,13 hektar həyətyanı torpaq sahələrində payların bölünməsi üsulu və şərtləri haqqında tərəflər razılığa gələ bilmədiklərindən paylı mülkiyyətin mülkiyyətçilərinin hər birinin payının naturada ayrılması məhkəmə qaydasında həyata keçirilməlidir. JN-712 nömrəli Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında birgə mülkiyyətdə olan 4,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində beş nəfər mülkiyyətçinin payları bərabər miqdarda, yəni hər birinə 0,904 hektar, JN-105F nömrəli Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında birgə mülkiyyətdə olan 0,13 hektar həyətyanı torpaq sahəsində beş nəfər mülkiyyətçinin payları bərabər miqdarda, yəni hər birinə 0,026 hektar olmaqla müəyyən edilməlidir. X7, X3, X2, İddiaçı1 və X1 paylı mülkiyyətlərində olan 4,52 hektar kənd təsərrüfatı təyinatlı və 0,13 hektar həyətyanı torpaq sahələrinin mülkiyyətçilərin paylara uyğun olaraq naturada real bölgü əsasında bölünməsinin mümkünlüyü barədə məhkəmə tərəfindən göndərilmiş sorğuya Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyində JN-105F kod 40726018 olan "torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında birgə mülkiyyətə verilmiş torpaq sahələrinin paylara uyğun naturada ayrılmasının torpaq sahəsinin daxilində yerləşən fərdi yaşayış evinin paylara uygun şəkildə mülkiyyətçilər arasında bərabər hissədə bölündükdən sonra mümkün olduğu, X4 X6 (TEKUİS-ə) əsasən JN-0712 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə (DNK-nun müqaviləsindən əvvəl JN-149 saylı Dövlət aktı) ümumi birgə mülkiyyətə verilmiş 712 U, 712 F və 712 R cizgilərində göstərilən torpaq sahələrinin 1/5 nisbətdə pay mülkiyyətçiləri arasında bərabər qaydada bölünməsinin paylara yol yerinin olmaması səbəbindən mümkün olmadığı, 712 Z cizgisində göstərilən torpaq sahəsinin 1/5 nisbətdə pay mülkiyyətçiləri arasında bərabər qaydada bölünməsinin mümkün olduğu, 712 X cizgisində göstərilən torpaq sahəsinin azalaraq göstərildiyindən razılıq ərizəsi verildikdən sonra 1/5 nisbətdə pay mülkiyyətçiləri arasında bərabər qaydada bölünməsinin mümkün olduğu göstərilmişdir. Məhkəmə mütəxəssis rəyləri ilə razılaşmır. Belə ki, verilmiş rəydə həyətyanı torpaq sahəsinin paylara uyğun naturada ayrılmasının torpaq sahəsinin daxilində yerləşən fərdi yaşayış evinin paylara uygun şəkildə mülkiyyətçilər arasında bərabər hissədə bölündükdən sonra mümkün olmasının, paylara bölünəcək torpaq sahələrinə yol yeri olmamasının, sənəddə torpaq sahəsinin azalaraq göstərilməsinin həmin torpaq sahələrinin real bölgüsünün aparılmasının mümkün olmaması üçün əsas ola bilməz. Qeyd edilən torpaq sahələrinə dair sənədlərdə həmin torpaq sahələrinin bütün koordinatları öz əksini tapmışdır. Ona görə də məhkəmə, hər bir paylı mülkiyyətçinin öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb etmə hüququnun olması barədə qanunun tələblərini rəhbər tutaraq qərara gəlir ki, paylı mülkiyyətdə olan torpaq sahələrində hər bir mülkiyyətçiyə çatan payın miqdarı müəyyən olunmaqla naturada bölünməsi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 239.2-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə icazə verilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə mülki işin məhkəmə iclasında tədqiq edilmiş materiallarına məcmu halında qiymət verərək hesab edir ki, mübahisə predmeti olan torpaq sahələrindən iddiaçıların paylarının naturada ayrılmaqla bölünməməsi və həmin torpaq sahələrini iddiaçıların razılığı olmadan cavabdehlərin istifadə etmələri iddiaçıların həmin torpaq sahələri üzərində mülkiyyət hüquqlarının məhdudlaşması ilə nəticələnir. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, JN-712 nömrəli Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında birgə mülkiyyətdə olan 4,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar Qədı̇ rov Murad Dərgah oğlu və Qədı̇ rova Aı̇ da Şahyətdı̇ n qızının hər birinə düşən payın miqdarı 0,904 hektar olmaqla cəmi 1,808 hektar, JN-105F nömrəli Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında birgə mülkiyyətdə olan 0,13 hektar həyətyanı torpaq sahəsində iddiaçılar Qədı̇ rov Murad Dərgah oğlu və Qədı̇ rova Aı̇ da Şahyətdı̇ n qızının hər birinə düşən payın miqdarı 0,026 hektar olmaqla cəmi 0,052 hektar müəyyən olunması, həmin torpaq sahələrinin paylara uyğun naturada ayrılmaqla bölüməsi və cavabdehlər tərəfindən iddiaçıların mülkiyyətlərinə edilən maneçiliklərə qadağa qoyulması barədə qətnamə qəbul edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. JN-712 nömrəli Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında birgə mülkiyyətdə olan 4,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsində iddiaçılar Qədı̇ rov Murad Dərgah oğlu və Qədı̇ rova Aı̇ da Şahyətdı̇ n qızının hər birinə düşən payın miqdarı 0,904 hektar olmaqla cəmi 1,808 hektar müəyyən edilsin və həmin torpaq sahəsi paylara uyğun naturada ayrılmaqla bölünsün. JN-105F nömrəli Kod 40726018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında birgə mülkiyyətdə olan 0,13 hektar həyətyanı torpaq sahəsində iddiaçılar Qədı̇ rov Murad Dərgah oğlu və Qədı̇ rova Aı̇ da Şahyətdı̇ n qızının hər birinə düşən payın miqdarı 0,026 hektar olmaqla cəmi 0,052 hektar müəyyən edilsin və həmin torpaq sahəsi paylara uyğun naturada ayrılmaqla bölünsün. Cavabdehlər tərəfindən iddiaçıların mülkiyyətlərinə edilən maneçiliklərə qadağa qoyulsun. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar