Məhkəmə qərarları › İş №2(037)-888/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-888/2023

20.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-888/2023 20.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 20 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-259 Kod 40719018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X13, X10 və onlara, JN-243F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X13, X14, X10 və onlara məxsus olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə məhkəmə iclasının Ərizəçi1 iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə Ərizəçi1 iştirakı olmadan baxılması qərara alınmışdır. Ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına uyğun olaraq ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-259 Kod 40719018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qadaşının adı Muqabil əvəzinə səhvən Müqabil, anasının soyadı Mənafova əvəzinə səhvən Manafova, qardaşı oğlunun soyadı Mənafov əvəzinə səhvən Manafov, qardaşı qızının soyad, ad və ata adı isə Ərizəçi2 əvəzinə səhvən X15, JN-243F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə qardaşının adı Muqabil əvəzinə səhvən Müqabil, anasının soyadı Mənafova əvəzinə səhvən Manafova, qardaşı arvadının ata adı Yasar əvəzinə Yasər, qardaşı oğlunun soyadı Mənafov əvəzinə səhvən Manafov kimi qeyd edilmişdir. Bu hallar həmin torpaq sahələri üzərində mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün ərizəçi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək dövlət aktındakı və şəhadətnamədəki yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona dövlət aktındakı və şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmadığı və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçinin ailə üzvlərinin soyad və ata adının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin soyad və ata adındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin şəhadətnamənin ərizəçilərə və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi2 məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə Ərizəçi2 iştirakı olmadan baxılması qərara alınmışdır. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X4 ifadə verərək göstərdi ki, ərizəçilər onun qohumlarıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JNJN-259 Kod 40719018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 adı səhvən Müqabil, X1 səhvən Manafova, X2 səhvən Manafov, Ərizəçi2 soyad, ad və ata adı səhvən X15, JN-243F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi1 adı səhvən Müqabil, X1 səhvən Manafova, X7 ata adı səhvən Yasər, X2 səhvən Manafov kimi qeyd edilmişdir. Ərizəçilərin ailəsində Ürfət adlı şəxs olmamışdır. Həmin dövlət aktının və şəhadətnamənin ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Məhkəmə Ərizəçi1 nümayəndəsinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş 07 noyabr 2016-cı il tarixli AZ-İ 832600 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 1 noyabr 2016-cı il tarixdə vəfat etmişdir. A3 seriyalı 334563 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxxxxxx 1962-ci il tarixdə İsmayıllı rayonun Mican kəndində yaşayan şəxs Ərizəçi1dur. A3 seriyalı 576266 nömrəli doğum haqqında şəhadətnamənin və 03 dekabr 1963-cü il tarixdə doğulmuş şəxs X11r. İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli çıxarışdan görünür ki, Ərizəçi1 ilə X8 arasnda 02 iyul 1986-cı il tarixdə rəsmi nikah bağlanmış, ərə Manafov, arvada Manafova soyadı verilmişdir. AZ-İİ seriyalı 485385 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki,05 fevral 1989-cu il tarixdə doğulmuş şəxs X12r. AZ-İİ seriyalı 485386 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1989-cu il tarixdə doğulmuş şəxs Ərizəçi2dır. JN-259 Kod 40719018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X16, X17, X18 və X29 qızı kimi qeyd olunmuşdur. JN-243F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı Manafova Feyruzə oruc qızı, X19, X20, X21 və Ərizəçi2 kimi qeyd olunmuşdur Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli 3-21-3-42/2-M-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, ərizəçinin nümayəndəsi Nümayəndə JN-289A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ata adı səhvinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 19 iyul 2023-cü il tarixli 1619 nömrəli arayışdan görünür ki, ərizəçi X9 ailə tərkibi aşağıdakı kimidir: arvadı – X22, oğlu-X23 və qızı-Ərizəçi2. İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 24 iyul 2023-cü il tarixli 1655 nömrəli arayışdan görünür ki, İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyin 2023-2028-ci illər üzrə 5 nömrəli təsərrüfatbaşına uçot kitabının 126-cı səhifəsində manafov Ülfət Müqabil oğlu deyil, Ərizəçi2 qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, “X38 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-243F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında Ərizəçi1 nümayəndəsinin izahatı, şahidin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına uyğun olaraq X13, Ərizəçi1, X23 və Ərizəçi2 birgə mülkiyyətlərinə 1,06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş 04 aprel 2002-ci il tarixli JN-259 Kod 40719018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “X13”nın soyadı “Manafova”, “Ərizəçi1”nun adı “Müqabil”, “X23”nun soyadı “Manafov”, “Ərizəçi2”nın soyad, ad və ata adının “X15” kimi yazılmışdır. Bundan başqa İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına uyğun olaraq X13, Ərizəçi1, X14, X23 və Ərizəçi2 birgə mülkiyyətlərinə 0,21 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş 29 iyun 2006-cı il tarixli JN-243F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “X13”nın soyadı “Manafova”, adının “Feyruzə”, “Ərizəçi1”nun adı “Müqabil”, ata adı “Sadiq”, “X14”nın ata adı “Yasər”, “X23”nun soyadı “Manafov” kimi yazılmışdır. JN-259 Kod 40719018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-243F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-259 Kod 40719018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “X13”nın soyadının “Manafova”, “Ərizəçi1”nun adının “Müqabil”, “X23”nun soyadının “Manafov”, “Ərizəçi2”nın soyad, ad və ata adının “X15” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 (AZ-İ 832600 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), X23 (AA0015233 nömrəli şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (AA******* nömrəli şəxsiyyət vəsiqəsi), 29 iyun 2006-cı il tarixli JN-243F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “X13”nın soyadının “Manafova”, adının “Feyruzə”, “Ərizəçi1”nun adının “Müqabil”, ata adının “Sadiq”, “X14”nın ata adının “Yasər”, “X23”nun soyadının “Manafov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 (AZ-İ 832600 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), X14 (AA0386636 nömrəli şəxsiyyət vəsiqəsi), X23 (AA0015233 nömrəli şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (AA******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktları müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən İsmayıllı rayonun Mican kəndində yerləşən 1,06 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin X13, Ərizəçi1, X23 və Ərizəçi2 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 04 aprel 2002-ci il tarixli JN-259 Kod 40719018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “X13”nın soyadının “Manafova”, “Ərizəçi1”nun adının “Müqabil”, “X23”nun soyadının “Manafov”, “Ərizəçi2”nın soyad, ad və ata adının “X15” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 (AZ-İ 832600 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), X23 (AA0015233 nömrəli şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (AA******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən İsmayıllı rayonun Mican kəndində yerləşən 0,21 hektar həyətyanı torpaq sahəsinin X13, Ərizəçi1, X14, X23 və Ərizəçi2 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 29 iyun 2006-cı il tarixli JN-243F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “X13”nın soyadının “Manafova”, adının “Feyruzə”, “Ərizəçi1”nun adının “Müqabil”, ata adının “Sadiq”, “X14”nın ata adının “Yasər”, “X23”nun soyadının “Manafov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 (AZ-İ 832600 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), X14 (AA0386636 nömrəli şəxsiyyət vəsiqəsi), X23 (AA0015233 nömrəli şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (AA******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar