Məhkəmə qərarları › İş №2(037)-895/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-895/2022

15.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-895/2022 15.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçi “hüquqi faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə 15 avqust 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, DTXK-si tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli JN-0728 KOD 40719028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının və DTXK-si tərəfindən verilmiş xx.xx.2006-cı il tarixli JN-191F KOD 40719028 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona və arvadı X3 məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0728 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına (bundan sonra “Dövlət aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.53 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və arvadı X2 mülkiyyətinə verilmişdir. Bundan əlavə İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN- 191F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,13 ha torpaq sahəsi onun və arvadı X2 mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Dövlət aktında və Şəhadətnamədə onun və arvadı Nüşabə Səfərovanın ad, soyad və ata adları qeyd edilmişdir. Onun ata adı həmin vaxt “Qulam” olmasına baxmayaraq Dövlət aktında və Şəhadətnamədə səhvən “Qulaməli” kimi yazılmışdır. Bu hallar həmin torpaq sahələri üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə Dövlət aktında və Şəhadətnamədə onun ata adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Dövlət aktında və Şəhadətnamədə mülkiyyətçi kimi onun ata adındakı yanlışlıqların digər formada aradan qaldırılması mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki,onun şəxsiyyət vəsiqəsindəki və digər sənədlərindəki ata adı ilə Dövlət aktında və Şəhadətnamədəki ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktında və Şəhadətnamədə qeyd edilən ad, soyad və ata adı ona və arvadı X3 məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X8 ifadə verərək göstərdi ki, Ərizəçi qudasıdır. Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0728 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən 0.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçiəli oğlu və X2 mülkiyyətlərinə verilmişdir. Bundan əlavə Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-191F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsi Ərizəçiəli oğlu və Səfərova Nüşabənin mülkiyyətlərinə verilmişdir.Sözügedən Dövlət aktında Ərizəçi ata adı həmin vaxt “Qulam” olmasına baxmayaraq, Dövlət aktında səhvən ata adı “Qulaməli” və şəhadətnamədə isə Ərizəçi ata adı həmin vaxt “Qulam” olmasına baxmayaraq, Şəhadətnamədə səhvən ata adı “Qulaməli” kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X10 ifadə verərək göstərdi ki, Ərizəçi qonşusudur. Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0728 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu,İsmayıllı kəndində yerləşən 0.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Ərizəçiəli oğlu və X2 mülkiyyətlərinə verilmişdir. Bundan əlavə Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-191F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsi Ərizəçiəli oğlu və Səfərova Nüşabənin mülkiyyətlərinə verilmişdir.Sözügedən Dövlət aktında Ərizəçi ata adı həmin vaxt “Qulam” olmasına baxmayaraq, Dövlət aktında səhvən ata adı “Qulaməli” və şəhadətnamədə isə Ərizəçi ata adı həmin vaxt “Qulam” olmasına baxmayaraq, Şəhadətnamədə səhvən ata adı “Qulaməli” kimi yazılmışdır. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli,seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin sürətindən görünür ki, xx.xx.1947-ci il tarixdə İsmayıllı rayonu, Gəraybəyli kəndində doğulmuş Səfərov X7 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli,seriya AZE № 04786045 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1951-ci il tarixdə İsmayıllı rayonu,Kürdmaşı kəndində doğulmuş X1 rayonu, İsmayıllı kəndində qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli JN-0728 kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayonu, İsmayıllı kənd sakinləri Ərizəçiəli oğlu və X2 mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 0.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 11378 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Dövlət Aktının bir nüsxəsi Ərizəçiəli oğluna verilmişdir. İş materiallarında olan xx.xx.2006-cı il tarixli JN-191F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayonu, İsmayıllı kənd sakinləri Ərizəçiəli oğlu və Səfərova Nüşabənin mülkiyyətlərinə İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisindən 0.13 hektar həyətyanı torpaq sahəsi verilib. Şəhadətnamə 18741 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi Ərizəçiəli oğluna verilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi -həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X12 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X5 hüquqi varisi müəyyən edilməmişdir.Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0728 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçiəli oğlu və X2 mülkiyyətlərinə verilmişdir. Bundan əlavə Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-191F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsi Ərizəçiəli oğlu və Səfərova Nüşabənin mülkiyyətlərinə verilmişdir. Sözügedən Dövlət aktında Ərizəçi ata adı həmin vaxt “Qulam” olmasına baxmayaraq, Dövlət aktında səhvən ata adı “Qulaməli” və şəhadətnamədə isə Ərizəçi ata adı həmin vaxt “Qulam” olmasına baxmayaraq, Şəhadətnamədə səhvən ata adı “Qulaməli” kimi qeyd olunmuşdur. Həmin Dövlət aktında və şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0728 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçiəli oğlu və X2 mülkiyyətlərinə verilməsinə dair JN-0728 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi ata adının “Qulaməli” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X3 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş,xx.xx.2005-ci il tarixli, AZE №04786045 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-191F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsinin Ərizəçiəli oğlu və Səfərova Nüşabənin mülkiyyətinə verilməsinə dair JN-191F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi ata adının “Qulaməli” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X3 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş,xx.xx.2005-ci il tarixli, AZE №04786045 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214,216-220,227,233, 307-308,311,360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-0728 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktına əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.53 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Ərizəçiəli oğlu və X2 mülkiyyətlərinə verilməsinə dair JN-0728 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktında Ərizəçi ata adının “Qulaməli” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X3 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş,xx.xx.2005-ci il tarixli,AZE №04786045 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması və İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən JN-191F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.13 hektar həyətyanı torpaq sahəsinin Ərizəçiəli oğlu və Səfərova Nüşabənin mülkiyyətinə verilməsinə dair JN-191F Kod 40719028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə Ərizəçi ata adının “Qulaməli” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X3 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE №04786045 saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş,xx.xx.2005-ci il tarixli,AZE №0******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar