Məhkəmə qərarları › İş №2(037)-896/2020

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-896/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-896/2020 23.11.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı "İddiaçı" İstehsalat Birliyinin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: “İddiaçı” İstehsalat Birliyi (bundan sonra iddiaçı) sadələşdirilmiş icraat qaydasında müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) təbii qazdan istifadəyə görə yaranmış 412 manat 90 qəpik borc və 20,4 manat ödənilmiş dövlət rüsumu məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin iddia tələbinə dair etiraz ərizəsinə əsasən işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə təqdim edərək cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 222 manat 10 qəpik borc və 20 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 242 (iki yüz qırx iki) manat 50 (əlli) qəpik məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi hazırkı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdeh istehlakçı kimi yaşadığı evdə təbii qazdan istifadə etmiş və nəticədə 222,1 manat məbləğində borcu yaranmışdır. Həmin müqaviləyə əsasən istehlakçı istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməlidir. Cavabdeh müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmiş, müqavilənin şərtlərini pozaraq istifadə etdiyi təbii qazın dəyərini vaxtında ödəməmişdir. Cavabdehin abonent koduna vurulmuş məbləğ istifadə etdiyi təbii qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 222 manat 10 qəpik borc və 20 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 242 (iki yüz qırx iki) manat 50 (əlli) qəpik məbləğinin alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. İşə cavabdehin iştirakı olmadan baxılması qərara alınmışdır. X2 İstismarı İdarəsi ilə cavabdeh arasında bağlanmış xx xxxx 2016-cı il tarixli müqavilənin surətindən görünür ki, cavabdeh yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi təbii qazın dəyərini təqdim olunmuş hesab üzrə tam şəkildə ödəməlidir. xx xxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, cavabdehin **********00170 nömrəli abonent koduna 2020-ci ilin avqust ayının sonuna təbi qazdan istifadəyə görə 412,9 manat borcu olduğu göstərilmişdir. 02Eİ-13HŞ-2074 nömrəli xx xxxxxx 2020-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, cavabdehdən istifadə edilmiş təbii qaza görə xx xxxxxx 2020-ci il tarixə yaranmış 412,9 manat borc məbləğinin beş gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. 682548877 nömrəli xx xxxxxxxx 2020-ci il tarixli mədaxil qəbzindən görünür ki, “İddiaçı” İB tərəfindən 20 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödənilmişdir. xx xxxxxx 2020, xx xxxxxxxx 2020 və xx xxxxxxx 2020-ci il tarixli mədaxil qəbzlərindən görünür ki, həmin tarixlərdə cavabdeh tərəfindən cəmi 240 manat təbii qazın istehlak haqqı ödənilmişdir. xx xxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki,cavabdehin 2020-ci ilin oktyabr ayının sonuna təbi qazdan istifadəyə görə 222,1 manat borcu qalmışdır. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, tərəflər arasında bağlanmış xx xxxx 2016-cı il tarixli qazın alqı-satqısı barədə müqaviləyə əsasən cavabdehin 2020-ci ilin oktyabr ayının sonuna 222,1 manat borcu yaranmışdır. Cavabdehdən borcun ödənilməsi tələb olunsa da borc məbləğinin ödənilməsi tam təmin olunmamışdır. İddiaçının nümayəndəsi cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 222 manat 10 qəpik borc və 20 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 242 (iki yüz qırx iki) manat 50 (əlli) qəpik məbləğinin alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasına gəlmədiyindən onun iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. “X1”nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə uyğun olaraq öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Həmin Məcəllənin 136.4-cü maddəsinə əsasən kommunal xidmətlərə görə haqqa soyuq və isti su təminatı, kanalizasiya, elektrik təminatı, qaz təminatı və istilik təchizatına görə ödənilən haqlar daxildir. Məhkəmə qərara gəlir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtinə uyğun olaraq cavabdeh istifadə etdiyi qazın dəyərini ödəməli olduğundan iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 222 manat 10 qəpik borc və 20 manat 40 qəpik ödənilmiş dövlət rüsumu – cəmi 242 (iki yüz qırx iki) manat 50 (əlli) qəpik məbləği alınaraq “İddiaçı” İstehsalat Birliyinin hesabına ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar