Məhkəmə qərarları › İş №2(037)-897/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-897/2025

22.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-897/2025 22.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi, X1, Maraqlı şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 iştirakı ilə Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 01 iyul 1971-ci il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi X5 ilə 1989-cu ildə ailə qurmuşlar. 2017-ci ildə arvadının başına su yığılmış, vəziyyəti daha da ağırlaşdığından 2019-cu ildə əməliyyat olunmuşdur. Uzun müddət keçsə də arvadının səhhətində yaxşılığa doğru inkişaf yoxdur. Hal-hazırda yataq xəstəsidir. Xəstəliyi daha da ağırlaşmışdır. Tatyana 13 sentyabr 2018-ci il tarixdən İsmayıllı rayon X2 Şöbəsinin “Nevroloji” kabinetində “yüngül koqnitiv pozuntu. Koqqnitiv funksiyaların pozulması. Serebrospinal maye drenaj qurğusunun olması, sağ tərəfli ventrikulo-peritoneal şuntlama əməliyyatından (xx.xx.2019) sonra vəziyyət. Hidrosefaliya (ciddi qulluq tələb edən yataq xəstəsidir) Spastik tetraplegiya” diaqnozu ilə dispanser qeydiyyatdadır. Tatyanaya bütün lazımı qulluğu ərizəçi göstərir. Tatyana İ qrup əlil olmaqla hər zaman kənar şəxslərin köməyinə ehtiyacı vardır. Özünü, hərəkətlərini dərk edib idarə edə bilmədiyi üçün ona qəyyum təyin edilməlidir. Qeyd etdiklərinə əsasən 01 iyul 1971-ci il tarixdə doğulmuş X3 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə edərək əlavə olaraq göstərdi ki, arvadı ağır xəstə olmaqla tam fəaliyyətsizdir. Ev şəraitində bir yerdən başqa yerə əlil arabasından istifadə etməklə aparılır. Kənar şəxslərin köməyi olmadan heç bir hərəkət edə bilmir. Ərizənin təmin olunmasını xahiş edir. Barəsində işə baxılan şəxs X5 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X10 izahat verərək göstərdi ki, X3 barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçi xx xxxxxx 1964-cü il tarixdə İsmayıllı rayon İvanovka kəndində doğulmuş, həmin kənddə yaşayır. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 iyul 1971ci il tarixdə doğulmuş şəxs X4. - İV-ЖГ seriyalı 479988 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X6 arasında 27 oktyabr 1989-cu il tarixdə rəsmi nikah bağlanılmış, nikah bağlandıqdan sonra ərə Prokofyev, arvada Prokofyevna soyadı verilmişdir. - İsmayıllı RİHB-nın İvanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 5- 54/2-13-158/2025 nömrəli 14 mart 2025-ci il tarixli arayışdan görünür ki, 1971-ci il təvəllüdlü X5 İsmayıllı rayon İvanovka kəndində əri Ərizəçi ilə bir evdə yaşayır. - İsmayıllı RİHB-nın İvanovka kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 5- 54/2-13-159/2025 nömrəli 14 mart 2025-ci il tarixli arayışdan görünür ki, 1971-ci il təvəllüdlü X5 İsmayıllı rayon İvanovka kənd Sadovaya 80 saylı ünvanında Ərizəçi ilə birgə yaşayır və Ərizəçi ona qulluq edir. Birinci qrup əlildir, daimi qulluğa ehtiyacı vardır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş 3-17-4/2-P-6981/2025 nömrəli 14 mart 2025-ci il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq, X5 08 noyabr 2024-cü il tarixdən ümumi xəstəlik səbəbindən müddətsiz, orqanizmin funksiyalarının 85 faiz pozulmasına görə əlillik müəyyən edilməsinə dair qərar qəbul edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X3 sağlamlıq vəziyyəti 28 yanvar 2025-ci il tarixdə qiymətləndirilərək ona “yüngül koqnitiv pozuntu. Koqqnitiv funksiyaların pozulması. Serebrospinal maye drenaj qurğusunun olması, sağ tərəfli ventrikulo-peritoneal şuntlama əməliyyatından (xx.xx.2019) sonra vəziyyət. Hidrosefaliya (ciddi qulluq tələb edən yataq xəstəsidir) Spastik tetraplegiya” diaqnozu qoyulmuş, əmək qabiliyyətsizdir, müddətsiz birinci dərəcəli əlildir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən verilmiş ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X5 “hidrosefaliya. Cərrahi əməliyyatdan sonrakı vəziyyət. Tetraplegiya” diaqnozu ilə qeydiyyatdadır və müxtəlif vaxtlarda müalicələr almışdır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X14 tərəfindən 01 may 2025-ci il tarixdə verilmiş 18-1-47/2-P-478- 42-969/2025 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun İvanovka kəndində yaşayan 01 iyul 1971-ci il təvəllüdlü X5 İsmayıllı MRX-nın Poliklinika Şöbəsinin “Nevroloji” kabinetində 13 sentyabr 2018-ci il tarixdən “yüngül koqnitiv pozuntu. Koqqnitiv funksiyaların pozulması. Serebrospinal maye drenaj qurğusunun olması, sağ tərəfli ventrikulo-peritoneal şuntlama əməliyyatından (xx.xx.2019) sonra vəziyyət. Hidrosefaliya (ciddi qulluq tələb edən yataq xəstəsidir) Spastik tetraplegiya” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Qiyabi (sənədlər üzrə) Məhkəmə Psixiatrik Ekspertizasının 05 avqust 2025ci il tarixli 2566 nömrəli rəyindən görünür ki, X5 2019-cu ildə beyin əməliyyatı keçirmiş və ona “yüngül koqnitiv pozuntu. Koqqnitiv funksiyaların pozulması. Serebrospinal maye drenaj qurğusunun olması, sağ tərəfli ventrikulo-peritoneal şuntlama əməliyyatından (xx.xx.2019) sonra vəziyyət. Hidrosefaliya (ciddi qulluq tələb edən yataq xəstəsidir) Spastik tetraplegiya” diaqnozu ilə İ qrup əlillik təyin edilmişdir. X5 xəstəliyilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmadığından tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X5 01 iyul 1971-ci il tarixdə doğulmuşdur. X7 MRX-nın Poliklinika Şöbəsinin “Nevroloji” kabinetində 13 sentyabr 2018-ci il tarixdən “yüngül koqnitiv pozuntu. Koqqnitiv funksiyaların pozulması. Serebrospinal maye drenaj qurğusunun olması, sağ tərəfli ventrikulo-peritoneal şuntlama əməliyyatından (xx.xx.2019) sonra vəziyyət. Hidrosefaliya (ciddi qulluq tələb edən yataq xəstəsidir) Spastik tetraplegiya” diaqnozu ilə qeydiyyatdadır. Müxtəlif vaxtlarda müalicələr almışdır. Tatyana Prokofyevanın orqanizminin funksiyalarının 85 faizi pozulmuşdur. Özünə qulluq qabiliyyəti yoxdur və kənar şəxslərin qulluğuna ehtiyacı vardır. Əmək qabiliyyətsizdir, müddətsiz birinci dərəcəli əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 Qiyabi (sənədlər üzrə) Məhkəmə Psixiatrik Ekspertizasının 05 avqust 2025-ci il tarixli 2566 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, 2019-cu ildə beyin əməliyyatı keçirmiş və ona “yüngül koqnitiv pozuntu. Koqqnitiv funksiyaların pozulması. Serebrospinal maye drenaj qurğusunun olması, sağ tərəfli ventrikulo-peritoneal şuntlama əməliyyatından (xx.xx.2019) sonra vəziyyət. Hidrosefaliya (ciddi qulluq tələb edən yataq xəstəsidir) Spastik tetraplegiya” diaqnozu ilə İ qrup əlillik təyin edilmişdir. X5 xəstəliyilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında olmadığından tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 iyul 1971-ci tarixdə doğulmuş X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar