Məhkəmə qərarları › İş №2(037)-901/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-901/2022

10.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-901/2022 10.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Soltanova (Qəhrəmanlı) Şəhla Mehman qızının İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə 10 avqust 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi1 (bundan sonra birinci ərizəçi) və Soltanova (Qəhrəmanlı) Şəhla Mehman qızı (bundan sonra ikinci ərizəçi) ərizə ilə müraciət edərək JN-1211 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının onlara və ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci ərizəçi izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun İsmayıllı kəndi ərazisində 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-1211 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun və bacısının soyadı həmin vaxt Qəhrəmanlı olmasına baxmayaraq səhvən Hüseynova kimi yazılmışdır. Bu hallar həmin torpaq sahələri üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdikdə dövlət aktında onun və bacısının soyadlarında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Qeyd olunan sənəddə olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət olunmuş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etmələri bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-1211 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İkinci ərizəçi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakı olmadan baxılmasını, ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə ikinci ərizəçinin iştirakı olmadan baxılması qərara alınmışdır. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X2 ifadə verərək göstərdi ki, ərizəçilər onun bacılarıdır. Aparılan torpaq islahatı zamanı bacılarının və digər ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı kəndi ərazisindən torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında bacılarının soyadları Qəhrəmanlı əvəzinə səhvən Hüseynova kimi yazılmışdır. Göstərilən dövlət aktının ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X1 X2 ilə eyni məzmunlu ifadə verərək JN-1211 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. Məhkəmə birinci ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan JN-1211 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilər X11 və Ərizəçi1 soyadları səhvən Hüseynova kimi qeyd olunmuşdur. İş materiallarında olan seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1994-cü il tarixdə doğulmuş şəxs Ərizəçi1dır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 20 fevral 2018ci il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1992-ci il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs Ərizəçi2dır. İş materiallarında olan seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 07 may 1969-cu il tarixdə doğulmuş şəxs X5r. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 23 iyun 2015ci il tarixli seriya AZE № 15586663 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 iyun 1990-cı il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan şəxs X4r. İş materiallarında olan AZ-İİ 653746 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ikinci ərizəçiyə Ərizəçi1 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan XVİİ-ЖГ 308852 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ikinci ərizəçiyə X11 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan AZ-İİ 257191 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ilə Ərizəçi1 arasında 01 iyun 2018-ci il tarixdə rəsmi nikah bağlanılmış, ərə Məmmədov, arvada Qəhrəmanlı soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 898212 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X11 arasında 01 noyabr 2013-cü il tarixdə rəsmi nikah bağlanılmış, ərə Soltanov, arvada Soltanova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 846635 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X13 arasında 15 may 2013-cü il tarixdə rəsmi nikah bağlanılmış, ərə Ramazanov, arvada Ramazanova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 689457 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X7 20 sentyabr 2014-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ 862475 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X8 16 may 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İsmayıllı rayon İHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 iyun 2022-ci il tarixli 2307 nömrəli arayışdan görünür ki, JN-1211 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında texniki səhv olaraq X14 və X18 yazılmışdır. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi2, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən isə Ərizəçi1 yazılmalıdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 20 may 2022-ci il tarixli **********37 nömrəli məktubdan görünür ki, mülkiyyətçi Rəhilə Hüseynova JN-1211 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X32 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-1211 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktında yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, ərizədə göstərilənlərlə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X7, X8, X15, X13, X11 və Ərizəçi1 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-1211 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilər X11 və Ərizəçi1 soyadları həmin vaxt Qəhrəmanlı olmasına baxmayaraq səhvən Hüseynova kimi yazılmışdır. Həmin dövlət aktında olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də İsmayıllı rayonu AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1,35 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X7, X8, X15, X13, X11 və Ərizəçi1 birgə mülkiyyətinə verilməsi barədə JN-1211 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X11 və Ərizəçi1 soyadlarının Hüseynova kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X7, X8, X15, X13, X11 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 1,35 ha torpaq sahəsinin X7, X8, X15, X13, X14 və X9 birgə mülkiyyətinə verilməsi barədə JN-1211 Kod 40719028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni X11 və Ərizəçi1 soyadlarının Hüseynova kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X7, X8, X15, Hüseynova (nikahdan sonra Ramazanova) Günel Mehman qızı, Qəhrəmanlı (nikahdan sonra Soltanova) Şəhla Mehman qızı (AZE ******** nömrəli şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar