Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-902/2022 31.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə 31 avqust 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 06 fevral 1999cu il tarixli 66 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-1180 Kod 40719028 olan "Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-965F Kod 40719028 olan "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X11 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 06 fevral 1999-cu il tarixli 66 saylı və 20 fevral 2001-ci il tarixli 120 saylı qərarlarına uyğun olaraq onun və ailə üzvünün birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-1180 Kod 40719028 olan "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı “Fətəliyeva”, adı “Səmiyə”, digər mülkiyyətçi “X17”nın ata adı “Hacıbala”, JN-965F Kod 40719028 olan "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyadı “Fətəliyeva”, adı “Səmiyyə”, digər mülkiyyətçi “X17”nın ata adı “Hacıbulla” kimi yazılmışdır. X5 13 aprel 2014-cü il tarixdə vəfat etmişdir. Bu hal həmin torpaq sahələri üzərində onun bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət aktında və şəhadətnamədəki yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət aktındakı və şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında və şəhadətnamədə mülkiyyətçi kimi onun və ailə üzvünün ad, soyad və ata adının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun şəxsiyyət vəsiqəsindəki və digər mülkiyyətçinin ölüm haqqında şəhadətnaməsində ad, soyad və ata adı ilə Dövlət aktında və şəhadətnamədəki ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət aktının və şəhadətnamənin ona və digər mülkiyyətçiyə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X14 ifadə verərək göstərdi ki, Ərizəçi ərinin bacısıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarlarına uyğun olaraq ərizəçinin və ərizəçinin anasının birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin soyadı “Fətəliyeva”, adı “Səmiyə”, digər mülkiyyətçi “X17”nın ata adı “Hacıbala”, "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə isə ərizəçinin soyadı “Fətəliyeva”, adı “Səmiyyə”, digər mülkiyyətçi “X17”nın ata adı “Hacıbulla” kimi yazılmışdır. Həmin dövlət aktının və şəhadətnamənin ərizəçiyə və X5na məxsus olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X22 ifadə verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. Ərizəçinin və ailə üzvünün birgə mülkiyyətlərinə verilmiş torpaq sahələri barədə tərtib olunmuş "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin soyadı “Fətəliyeva”, adı “Səmiyə”, digər mülkiyyətçi “X17”nın ata adı “Hacıbala”, "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə isə ərizəçinin soyadı “Fətəliyeva”, adı “Səmiyyə”, digər mülkiyyətçi “X17”nın ata adı “Hacıbulla” kimi yazılmışdır. Həmin dövlət aktının və şəhadətnamənin ərizəçiyə və X5na məxsus olmasını təsdiq edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadə verərək göstərdi ki, Ərizəçi onun qonşusudur. Torpaq islahatları zamanı ərizəçinin və ailə üzvünün birgə mülkiyyətlərinə verilmiş torpaq sahələri barədə tərtib olunmuş sənədlərdə ərizəçinin soyad və adı, ailə üzvünün isə ata adı səhv yazılmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 10 mart 2009-cu il tarixli seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1956-cı il tarixdə İsmayıllı rayonu İsmayıllı kəndində doğulmuş Bağırova X8 rayonu İsmayıllı kəndində yaşayır. İş materiallarında olan İsmayıllı rayon ZAQS bürosu tərəfindn verilmiş 2 noyabr 1956-cı il tarixli İ-ИЕ 204671 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 valideynləri X4 və X9r. İş materiallarında olan İ-ЖГ 325755 nömrəli boşanma haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə Ərizəçi arasında olan nikah pozulmuş, nikah pozulduqdan sonra ərə Bağırov, arvada Bağırova soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 aprel 2014-cü il tarixli AZ-İ 676938 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 13 aprel 2014-cü il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2014-cü ilin aprel ayının 15-ci günündə 64 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan JN-0071 Kod 40717038 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktının surətindən görünür ki, ərizəçinin və ailə üzvünün birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X15 və X2 qeyd olunmuşdur. İş materiallarında olan JN-965F Kod 40719028 olan "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçinin və ailə üzvünün birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X12 və X1 qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 04 may 2022-ci il tarixli **********09 nömrəli məktubdan görünür ki, ərizəçi JN-965F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı rayon İHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli 2289 nömrəli arayışdan görünür ki, JN-1180 Kod 40719018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında texniki səhv olaraq X15 və X7 yazılmışdır. AZ-İ 676938 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X17, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi yazılmalıdır. İş materiallarında olan İsmayıllı rayon İHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 iyun 2022-ci il tarixli 2290 nömrəli arayışdan görünür ki, JN-965F Kod 40719018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında texniki səhv olaraq X12 və X6 yazılmışdır. AZ-İ 676938 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən X17, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X30 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X13 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını və şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı və şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı və 20 fevral 2001-ci il tarixli 120 saylı qərarlarına uyğun olaraq X17 və Ərizəçi birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş JN-1180 Kod 40719028 olan "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “X17”nın ata adı “Hacbala” olmasına baxmayaraq “Hacıbala”, “Ərizəçi”nın soyadı “Bağırova” olmasına baxmayaraq “Fətəliyeva”, adı “Səmimə” olmasına baxmayaraq “Səmiyə”, JN- 965F Kod 40719028 olan "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X17”nın ata adı “Hacbala” əvəzinə “Hacıbulla”, “Ərizəçi”nın soyadı “Bağırova” olmasına baxmayaraq “Fətəliyeva”, adı “Səmimə” olmasına baxmayaraq “Səmiyyə” kimi yazılmışdır. Dövlət aktında və şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir, bu səbəbdən də JN-1180 Kod 40719028 olan "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “X17”nın ata adının “Hacıbala”, “Ərizəçi”nın soyadının “Fətəliyeva”, adının “Səmiyə”, JN-965F Kod 40719028 olan "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X17”nın ata adının “Hacıbulla”, “Ərizəçi”nın soyadının “Fətəliyeva”, adının “Səmiyyə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədlərin X17 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 aprel 2014-cü il tarixli AZ-İ 676938 nömrəli ölüm haqqında şəhadətnamə) və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 10 mart 2009-cu il tarixli AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi) olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 06 fevral 1999-cu il tarixli 66 saylı qərarına əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,44 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin X17 və Ərizəçi mülkiyyətinə verilməsinə dair 22 mart 2002-ci il tarixli JN-1180 Kod 40719028 olan "Torpağa mülkiyyət hüququna dair” dövlət aktında “X17”nın ata adının “Hacıbala”, “Ərizəçi”nın soyadının “Fətəliyeva”, adının “Səmiyə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 aprel 2014-cü il tarixli AZ-İ 676938 nömrəli ölüm haqqında şəhadətnamə) və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 10 mart 2009-cu il tarixli AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarına əsasən İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,20 hektar həyətyanı torpaq sahəsinin X17 və Ərizəçi mülkiyyətinə verilməsinə dair 20 oktyabr 2006-cı il tarixli JN-965F Kod 40719028 olan "Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “X17”nın ata adının “Hacıbulla”, “Ərizəçi”nın soyadının “Fətəliyeva”, adının “Səmiyyə” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 15 aprel 2014-cü il tarixli AZ-İ 676938 nömrəli ölüm haqqında şəhadətnamə) və Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 10 mart 2009-cu il tarixli AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-902/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-902/2022
31.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver