Məhkəmə qərarları › İş №2(037)-903/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-903/2022

15.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-903/2022 15.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Nəbiyeva (Mahmudova) Tünzalə Ziyarət qızı və Ərizəçi3 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdikləri “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 15 avqust 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1, Nəbiyeva (Mahmudova) Tünzalə Ziyarət qızı və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, JN-033A Kod 40728028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin Ərizəçi1, X13, Nəbiyeva (Mahmudova) Tünzalə Ziyarət qızı və Ərizəçi3 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarına əsasən JN-033A Kod 40728028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Kürdüvan kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir.Yuxanda qeyd edilən Şəhadətnamədə onun və ailə üzvlərinin ad, soyad və ata adları qeyd edilmişdir. Onun adı həmin vaxt “Ziyarət” və ata adı “Camaləddin” olmasına baxmayaraq Şəhadətnamədə səhvən adı “Ziyafət” və ata adı “Cəmaləddin”, arvadı X7 ata adı həmin vaxt “Museyib” olmasına baxmayaraq Şəhadətnamədə səhvən Müseyib, qızları Nəbiyeva (Mahmudova) Tünzalə Ziyarət qızının ata adı həmin vaxt “Ziyarət” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Ziyafət” və Ərizəçi3 soyadı həmin vaxt “Mahmudlı” və ata adı “Ziyarət” olmasına baxmayaraq Şəhadətnamədə səhvən soyadı “Mahmudlu” və ata adı “Ziyafət” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, şəhadətnamədəki yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Şəhadətnamədə mülkiyyətçi kimi onun və ailə üzvlərinin ad, soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Şəhadətnamədə ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Şəhadətnamənin ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçilər Nəbiyeva (Mahmudova) Tünzalə Ziyarət qızı və Ərizəçi3 Ərizəçi1 izahatına uyğun izahat verərək onun göstərdiyi xüsusatları təsdiq edərək ərizənin təmin olunmasını xahiş etdilər. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X13 ifadə verərək göstərdi ki, ərizəçilər Ərizəçi1 əri, Tünzalə Nəbiyeva və Ərizəçi3 isə qızlarıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı əsasında JN-033A Kod 40728028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Kürdüvan kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir.Həmin Şəhadətnamədə əri Ərizəçi1 adı həmin vaxt “Ziyarət” və ata adı “Camaləddin” olmasına baxmayaraq Şəhadətnamədə səhvən adı “Ziyafət” və ata adı “Cəmaləddin”, qızları Nəbiyeva (Mahmudova) Tünzalə Ziyarət qızının ata adı həmin vaxt “Ziyarət” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Ziyafət” və Ərizəçi3 soyadı həmin vaxt “Mahmudlı” və ata adı “Ziyarət” olmasına baxmayaraq Şəhadətnamədə səhvən soyadı “Mahmudlu” və ata adı “Ziyafət” və onun ata adı həmin vaxt “Museyib” olmasına baxmayaraq Şəhadətnamədə səhvən Müseyib kimi yazılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X3 ifadə verərək göstərdi ki, ərizəçilər Ərizəçi1 qardaşı, Tünzalə Nəbiyeva və Ərizəçi3 isə qardaşı qızlarıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı əsasında JN-033A Kod 40728028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Kürdüvan kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsi qardaşı Ərizəçi1 və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmişdir. Həmin Şəhadətnamədə qardaşı Ərizəçi1 adı həmin vaxt “Ziyarət” və ata adı “Camaləddin” olmasına baxmayaraq Şəhadətnamədə səhvən adı “Ziyafət” və ata adı “Cəmaləddin”, qardaşı arvadı X7 ata adı həmin vaxt “Museyib” olmasına baxmayaraq Şəhadətnamədə səhvən Müseyib, qardaşı qızları Nəbiyeva (Mahmudova) Tünzalə Ziyarət qızının ata adı həmin vaxt “Ziyarət” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Ziyafət” və Ərizəçi3 soyadı həmin vaxt “Mahmudlı” və ata adı “Ziyarət” olmasına baxmayaraq Şəhadətnamədə səhvən soyadı “Mahmudlu” və ata adı “Ziyafət” kimi yazılmışdır. Məhkəmə ərizəçilərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1960cı il tarixdə İsmayıllı rayonu, Kürdüvan kəndində doğulmuş Mahmudov X2 rayonu, Kürdüvan kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2019-cü il tarixli, AA0036500 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1968-ci il tarixdə İsmayıllı rayonu, Zeyvə kəndində doğulmuş X1 rayonu, Kürdüvan kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, AA1884059 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1991-ci il tarixdə İsmayıllı rayonu, Kürdüvan kəndində doğulmuş Nəbiyeva Tünzalə Ziyarət qızı Sumqayıt şəhəri, 45-ci məhəllə, məhəllə 8-də qeydiyyatdadır. İş materiallarında olan Səyyar-Asan 10 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1993-cü il tarixdə İsmayıllı rayonu, Kürdüvan kəndində doğulmuş Mahmudlı X8 rayonu, Kürdüvan kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-033A Kod 40728028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarı ilə İsmayıllı rayon Kürdüvan kənd sakinləri X4, X14, Ərizəçi2 Ziyafət qızı və X5 birgə mülkiyyətlərinə İsmayıllı rayonu, Kürdüvan kəndi ərazisindən 0.20 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 6966 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. İş materiallarında olan İsmayıllı RİHB-nın Xankəndi İƏD üzrə Nümayəndəliyinin 08 avqust 2019-cu il tarixli AZ-İİ №290599 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X15 ilə Ərizəçi2 xx.xx.2019-cu il tarixdə İsmayıllı RİHB-nın Xankəndi İƏD üzrə Nümayəndəliyində rəsmi nikah qeyd etdirməklə evlənmişlər, ərə Nəbiyev, arvada Nəbiyeva soyadı verilmiş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2019-cu ilin avqust ayının 08 günündə 04 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X19 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarına əsasən JN-033A Kod 40728028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Kürdüvan kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsi X4 (ərizəçi), X14, Ərizəçi2 Ziyafət qızı (ərizəçi) və X5 birgə mülkiyyətlərinə verilmişdir. Yuxanda qeyd edilən Şəhadətnamədə ərizəçilərin və digər mülkiyyətçinin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçilər Ərizəçi1 adı həmin vaxt “Ziyarət”, ata adı “Camaləddin” olmasına baxmayaraq Şəhadətnamədə səhvən adı “Ziyafət” və ata adı “Cəmaləddin”, Nəbiyeva (Mahmudova) Tünzalə Ziyarət qızının ata adı həmin vaxt “Ziyarət” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Ziyafət” və Ərizəçi3 soyadı həmin vaxt “Mahmudlı” və ata adı “Ziyarət” olmasına baxmayaraq Şəhadətnamədə səhvən soyadı “Mahmudlu” və ata adı “Ziyafət” kimi yazılmışdır. Bundan əlavə digər mülkiyyətçi X7 ata adı həmin vaxt “Museyib” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Müseyib kimi yazılmışdır. Həmin Şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçilərin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarına əsasən JN-033A Kod 40728028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Kürdüvan kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin X4 (ərizəçi), X14, Ərizəçi2 Ziyafət qızı (ərizəçi) və X5 mülkiyyətinə verilməsinə dair JN-033A Kod 40728028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi1 adının “Ziyafət”, ata adının “Cəmaləddin”, Nəbiyeva (Mahmudova) Tünzalə Ziyarət qızının ata adının “Ziyafət”,Ərizəçi3 soyadının “Mahmudlu”, ata adının “Ziyafət” və X7 ata adının “Müseyib” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X9 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA0036500 saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Nəbiyeva) Tünzalə Ziyarət qızına (Asan Sumqayıt tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA1884059 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (Səyyar- Asan 10 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli,AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçilər tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçilərin özlərinə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 14 dekabr 1998-ci il tarixli 63 saylı qərarına əsasən JN-033A Kod 40728028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Kürdüvan kəndində yerləşən 0.20 hektar həyətyanı torpaq sahəsinin X4 (ərizəçi), X14, Ərizəçi2 Ziyafət qızı (ərizəçi) və X5 mülkiyyətinə verilməsinə dair JN-033A Kod 40728028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi1 adının “Ziyafət”, ata adının “Cəmaləddin”, Nəbiyeva (Mahmudova) Tünzalə Ziyarət qızının ata adının “Ziyafət”,Ərizəçi3 soyadının “Mahmudlu”, ata adının “Ziyafət” və X7 ata adının “Müseyib” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X9 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA0036500 saylı şəxsiyyət vəsiqəsi), Mahmudova (nikahdan sonra Nəbiyeva) Tünzalə Ziyarət qızına (Asan Sumqayıt tərəfindən verilmiş, xx.xx.2020-ci il tarixli, AA1884059 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi3 (Səyyar-Asan 10 tərəfindən verilmiş, xx.xx.2021-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi1 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçilərin özlərinə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar