Məhkəmə qərarları › İş №2(037)-905/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-905/2023

09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-905/2023 09.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi1 Ərizəçi2 iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 09 oktyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 15 yanvar 1998-ci il tarixli 37 nömrəli saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının X5 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 15 yanvar 1998-ci il tarixli 37 nömrəli saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında onun ata adı səhvən “Şeyda”, oğlu “Ərizəçi2”nun soyad, ad və ata adı səhvən “X8” kimi yazılmışdır. Onların ailəsində Nazlı adlı şəxs olmamışdır. “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında yol verilmiş səhvlər həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, dövlət aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona dövlət aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında mülkiyyətçi kimi onun ata adının, digər ərizəçinin ad və ata adının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və ailə üzvünün şəxsiyyət vəsiqələrindəki soyad, ad və ata adı ilə JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında olan soyad, ad və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi2 digər Ərizəçi1 ilə eyni məzmunlu izahat verərək JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X2 ifadə verərək göstərdi ki, Ərizəçi1 onun anası, Ərizəçi2 isə qardaşıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq valideynlərinin və qardaşının birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında anasının ata adı Şeydə əvəzinə “Şeyda”, qardaşı “Ərizəçi2”nun soyad, ad və ata adı “X8” kimi yazılmışdır. Onların ailəsində Nazlı adlı şəxs olmamışdır. Həmin dövlət aktının ərizəçilərə və atasına məxsus olmasını təsdiq edir. Məhkəmə ərizəçilərin izahatlarını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş V-ЖГ seriyalı 471273 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxxxxxx 1978-ci il tarixdə İsmayıllı rayonun Aşıqbayram kəndində anadan olmuş, Qəbələ şəhəri M.Abduyev küçəsi ev 81, mənzil 44-də yaşayan şəxs Ərizəçi2dur. AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1948-ci il tarixdə Göyçay rayonun Alxasava kəndində anadan olmuş, İsmayıllı rayonun Aşıqbayram kəndində yaşayan şəxs Ərizəçi1dır. AZ-İ seriyalı 147442 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X10 28 iyul 2005-ci il tarixdə vəfat etmişdir. JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvünün birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X10, Ərizəçi1 Şeyda qızı və X3 qeyd olunmuşdur. İsmayıllı rayon İHB-nın Aşıqbayramlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli 176 nömrəli arayışdan görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə verilmiş JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında səhvlər aşkarlanmış, Ərizəçi1 texniki səhv olaraq Ərizəçi1 Şeyda qızı kimi yazılmışdır. Nümayəndəlikdə olan arxiv sənədlərinə və şəxsiyyət vəsiqəsinə əsasən, X6 - Ərizəçi1 kimi yazılmalıdır. İsmayıllı rayon İHB-nın Aşıqbayramlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli 177 nömrəli arayışdan görünür ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarı ilə verilmiş JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında səhvlər aşkarlanmış, Ərizəçi2 texniki səhv olaraq X3 yazılmışdır. Nümayəndəlikdə olan arxiv sənədlərinə və şəxsiyyət vəsiqəsinə əsasən X8 – Ərizəçi2 kimi yazılmalıdır. İsmayıllı rayon İHB-nın Aşıqbayramlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 dekabr 2022-ci il tarixli 178 nömrəli arayışdan görünür ki, Ağayev X7 şəhəri M.Abdullayev küçəsi ev 81, mənzil 44-də qeydiyyatda olmaqla Aşıqbayramlı kəndində anası Ərizəçi1 Şeyda qızına məxsus evdə yaşayır. İsmayıllı rayon İHB-nın Aşıqbayramlı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2023-cü il tarixli 116 nömrəli arayışdan görünür ki, Ağayeva X4 RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyinin Aşıqbayramlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 28 noyabr 2022-ci il tarixli **********04 nömrəli məktubdan görünür ki, Ərizəçi2 JN- 032 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyad və ata adı səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X11 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X1 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatları, şahidin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli qərarına uyğun olaraq X10, Ərizəçi1 və Ərizəçi2 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında mülkiyyətçi “Ərizəçi1”nın ata adı səhvən “Şeyda”, mülkiyyətçi “Ərizəçi2”nun soyad, ad və ata adı səhvən “X8” kimi yazılmışdır. Mülkiyyətçi X10 28 iyul 2005-ci il tarixdə vəfat etmişdir. JN- 0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi1”nın ata adının “Şeyda”, mülkiyyətçi “Ərizəçi2”nun soyad, ad və ata adının səhvən “X8” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X10 (AZ-İ seriyalı 147442 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 15 yanvar 1998-ci il tarixli 37 nömrəli saylı qərarına əsasən İsmayıllı rayonun Aşıqbayram kəndində yerləşən 1,13 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin X10, Ərizəçi1 və Ərizəçi2 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş JN-0032 nömrəli Kod 40718028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi1”nın ata adının “Şeyda”, mülkiyyətçi “Ərizəçi2”nun soyad, ad və ata adının səhvən “X8” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X10 (AZ-İ seriyalı 147442 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi1 (AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi) məxsus məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar