Məhkəmə qərarları › İş №2(037)-91/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-91/2023

13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-91/2023 13.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 iştirakları ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Mamedova (Məsimova) Rəna Razı qızı və Ərizəçi6 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdikləri hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 13 yanvar 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Mamedova (Məsimova) Rəna Razı qızı və Ərizəçi6 ərizə ilə müraciət edərək, 04 iyul 2006-cı il tarixli JN-588 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayonu DNK-nun 10 aprel 2006-cı il tarixli 4Ə-1-293 saylı qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Tircan kəndi ərazisində 5.26 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-588 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adı həmin vaxt “Razi” olmasına baxmayaraq səhvən “Razı” kimi, arvadının soyadı həmin vaxt “Mamedova” olmasına baxmayaraq səhvən “Məmmədova” kimi, oğlanları Rəsul və Rahimin ata adları həmin vaxt “Razi” olmasına baxmayaraq səhvən “Razı” kimi, qızı Rənanın soyadı həmin vaxt “Mamedova” olmasına baxmayaraq “Məmmədova” kimi, nəvəsi Turalın soyad, ad və ata adının həmin vaxt “Ərizəçi6” olmasına baxmayaraq “X13” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməklərinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə dövlət aktında onların ad, soyad və ata adlarında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişlər. Dövlət aktında ad, soyad və ata adlarında olan uyğunsuzluğun aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən 04 iyul 2006-cı il tarixli JN-588 Kod 40726018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən digər ərizəçilər Ərizəçi2 və Ərizəçi3 ərizəyə və Ərizəçi1 izahatına uyğun izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Digər ərizəçilər Ərizəçi4, Mamedova (Məsimova) Rəna Razı qızı və Ərizəçi6 ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, işə iştirakları olmadan baxılmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun ailə üzvləridir. Torpaq islahatı zamanı ailə üzvlərinin birgə mülkiyyətinə torpaq sahəsi verilmişdir. Bu barədə “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib olunmuşdur. Dövlət aktında babasının adı həmin vaxt “Razi” olmasına baxmayaraq səhvən “Razı” kimi, nənəsinin soyadı həmin vaxt “Mamedova” olmasına baxmayaraq səhvən “Məmmədova” kimi, atası Rəsul və əmisi Rahimin ata adları həmin vaxt “Razi” olmasına baxmayaraq səhvən “Razı” kimi, bibisi Rənanın soyadı həmin vaxt “Mamedova” olmasına baxmayaraq “Məmmədova” kimi, qardaşı Turalın soyad, ad və ata adının həmin vaxt “Ərizəçi6” olmasına baxmayaraq “X13” kimi yazılmışdır. Göstərilən JN-588 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə məxsus olmasını təsdiq edir. Məhkəmə ərizəçilərin izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: JN-588 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktından görünür ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Mamedova (Məsimova) Rəna Razı qızı və Ərizəçi6 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi Ərizəçi1 adı “Razı”, Ərizəçi2 soyadı “Məmmədova”, Ərizəçi3 və Ərizəçi4 ata adı “Razı”, Mamedova (Məsimova) Rəna Razı qızının soyadı “Məmmədova” və Ərizəçi6 soyad, ad və ata adı “X13” kimi qeyd olunmuşdur. Dövlət aktı 15132 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi Ərizəçi1 verilmişdir. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 24 may 2005-ci il tarixli seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 avqust 1938-ci il tarixdə İsmayıllı rayonun Tircan kəndində doğulmuş Məmmədov X5 rayonun Tircan kəndində yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 24 may 2005-ci il tarixli seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1953-cü il tarixdə İsmayıllı rayonun Tircan kəndində doğulmuş Mamedova X7 rayonun Tircan kəndində yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 12 oktyabr 2010-cu il tarixli seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1973-cü il tarixdə İsmayıllı rayonun Tircan kəndində doğulmuş Məmmədov X12 rayonun Tircan kəndində yaşayır. Asan 3 tərəfindən verilmiş 23 may 2016-cı il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1979-cu il tarixdə İsmayıllı rayonun Tircan kəndində doğulmuş Ərizəçi4 ünvan 1 ünvanında yaşayır. İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 04 avqust 2018-ci il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1983-cü il tarixdə İsmayıllı rayonun Tircan kəndində doğulmuş Mamedova (Məsimova) X14 şəhəri, M.Ə.Sabir küçəsi, ev 32A ünvanında yaşayır. Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən və mərkəzi məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxxx 1996-cı il tarixdə İsmayıllı rayonun Tircan kəndində doğulmuş Ərizəçi6 İsmayıllı rayonun Tircan kəndində yaşayır. Seriya İİ-AZ № 001845 saylı nigahın bağlanması haqqında şəhadətnamənin surətdindən görünür ki, X3 Məsimovla nikaha girmiş, nikahdan sonra Məsimova soyadını götürmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 26 oktyabr 2022-ci il tarixli **********27 nömrəli məktubdan görünür ki, ərizəçi JN-588 Kod 40726018 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad, soyad və ata soyadlarında səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X21 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, ərizədə göstərilənlərlə, məhkəmə iclasında ərizəçilərin izahatları, şahid ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayonu DNK-nın 10 aprel 2006-cı il tarixli 4Ə-1-293 nömrəli alqı-satqı müqaviləsi əsasında İsmayıllı rayonu Tircan kəndində yerləşən 5,26 ha torpaq sahəsi Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Mamedova (Məsimova) Rəna Razı qızı və Ərizəçi6 mülkiyyətinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-588 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 adı həmin vaxt “Razi” olmasına baxmayaraq səhvən “Razı” kimi, Ərizəçi2 soyadı həmin vaxt “Mamedova” olmasına baxmayaraq səhvən “Məmmədova” kimi, Ərizəçi3, Ərizəçi4 ata adları həmin vaxt “Razi” olmasına baxmayaraq səhvən “Razı” kimi, Mamedova (Məsimova) Rəna Razı qızının soyadı həmin vaxt “Mamedova” olmasına baxmayaraq “Məmmədova” kimi, Ərizəçi6 soyad, ad və ata adının həmin vaxt “Ərizəçi6” olmasına baxmayaraq “X13” kimi yazılmışdır. Həmin dövlət aktında olan bu yanlışlıq ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-588 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 adının “Razı” kimi, Ərizəçi2 soyadının “Məmmədova” kimi, Ərizəçi3 və Ərizəçi4 ata adının “Razı” kimi, Mamedova (Məsimova) Rəna Razı qızının soyadının “Məmmədova” kimi və Ərizəçi6 soyad, ad və ata adının “X13” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, Ərizəçi4, Mamedova (Məsimova) Rəna Razı qızı və Ərizəçi6 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu DNK-nın 10 aprel 2006-cı il tarixli 4Ə-1-293 nömrəli alqı-satqı müqaviləsi əsasında İsmayıllı rayonu Tircan kəndində yerləşən 5,26 ha torpaq sahəsinin X9, X10, Ərizəçi3 Razı oğlu, Ərizəçi4 Razı oğlu, X15 və X6 birgə mülkiyyətinə verilməsinə dair JN-0588 Kod 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni Ərizəçi1 adı Razı, Ərizəçi2 soyadının Məmmədova, Ərizəçi3, Ərizəçi4 ata adlarının Razı, Rəna Mamedovanın soyadının Məmmədova, Ərizəçi6 soyad, ad və ata adının X2 qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (AZE 0*******), Ərizəçi2 (AZE 0*******), Ərizəçi3 (AZE 0*******), Ərizəçi4 (AZE ********), Mamedova (Məsimova) Rəna Razı qızı (AZE ********) və Ərizəçi6 (AA 2141832) məxsus olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar