Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-911/2021 04.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 iştirakları ilə Ərizəçilər Ağakərı̇ mova Solmaz Fəraməz qızı və Ağakərı̇ mov Rəfaı̇ l Səfəralı oğlunun İsmayıllı Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdikləri hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarına əsasən JN-3055 Kod 40701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarına əsasən JN-3055 Kod 40701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə (bundan sonra “Şəhadətnamə” adlandırılacaq) əsasən İsmayıllı şəhərində yerləşən 0,06 ha torpaq sahəsi X2, X5, X7 və X8 və onun mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Şəhadətnamədə onun ad, soyad və ata adı qeyd edilmişdir. Onun ata adı həmin vaxt “Fəraməz” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Fərəməz” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdikdə Şəhadətnamədə onun soyadında və ata adında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişdir. Ərizəçi Şəhadətnamədə mülkiyyətçi kimi onun adının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun şəxsiyyət vəsiqəsindəki və digər sənədlərindəki ata adı ilə Şəhadətnamədəki ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Şəhadətnamədə qeyd edilən ad, soyad və ata adının ona məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında digər Ərizəçi2 ərizəni müdafiə edərək göstərdi ki, AİK-nın 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarına əsasən JN-3055 Kod 40701004 saylı Şəhadətnaməyə əsasən İsmayıllı şəhərində yerləşən 0,06 ha torpaq sahəsi X2, Ərizəçi1, X7 və X8 və onun mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Şəhadətnamədə onun ad, soyad və ata adı qeyd edilmişdir. Onun adı həmin vaxt “Rəfail” olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Rafayıl” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdikdə Şəhadətnamədə onun adında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişdir. Ərizəçi Şəhadətnamədə mülkiyyətçi kimi onun adının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun şəxsiyyət vəsiqəsindəki və digər sənədlərindəki adı ilə Şəhadətnamədəki adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Şəhadətnamədə qeyd edilən ad, soyad və ata adının ona məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı Rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 05.09.2005-ci il tarixli, seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1955-ci il tarixdə İsmayıllı rayonu, Sərdahar kəndində doğulmuş Ərizəçi1 İsmayıllı şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 10 avqust 1977-ci il tarixli, İ-JQ 422711 saylı nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 ilə X13 həmin tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər və qadına Ağakərimova soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 05.11.2013cü il tarixli, seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə İsmayıllı rayonu, Sərdahar kəndində doğulmuş Ərizəçi2 İsmayıllı şəhəri, N.ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan JN-3055 Kod 40701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədən görünür ki, bu şəhadətnamə İsmayıllı şəhər sakinləri X2, Ərizəçi1 Fərəməz qızı, X5, X7 və X8 verilib-ona görə ki, İsmayıllı Rayon AİK-nın 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı ilə verilmiş 0.06 hektar fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağı – mülkiyyətlərinə verilib. Şəhadətnamə 17658 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X1 verilmişdir. İş materiallarında olan 11 yanvar 2021-ci il tarixli, AZ-İİ saylı 140685 aylı ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X2 05.01.2021-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X19 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X10 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarına əsasən JN-3055 Kod 40701004 saylı Şəhadətnaməyə əsasən İsmayıllı şəhərində yerləşən 0,06 ha torpaq sahəsi X2, Ərizəçi1, Ərizəçi2, X6 və X3 mülkiyyətinə verilmişdir. Sözügedən şəhadətnamədə Ərizəçi1 ata adı həmin vaxt “Fəraməz”, olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Fərəməz”, kimi, digər Ərizəçi2 adı həmin vaxt “Rəfail”, olmasına baxmayaraq Şəhadətnamədə səhvən “Rəfayel”, kimi yazılmışdır. Həmin şəhadətnamədə olan bu yanlışlıq ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etməyə maneə törədir, bu səbəbdən də İsmayıllı rayonu AİK-nın 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı əsasında İsmayıllı şəhərində yerləşən 0,06 ha torpaq sahəsinin X2, Ərizəçi1, Ərizəçi2, X6 və X3 mülkiyyətinə verilməsinə dair JN-3055 Kod 40701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ərizəçi Ərizəçi1 ata adının “Fərəməz” kimi, digər Ərizəçi2 isə adının “Rəfayil” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 05.09.2005-cı il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) və X4 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 05.11.2013-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 saylı qərarı əsasında İsmayıllı şəhərində yerləşən 0,06 ha torpaq sahəsinin X2, Ərizəçi1 Fərəməz qızı, X5, X7 və X3 mülkiyyətinə verilməsinə dair JN-3055 Kod 40701004 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə Ərizəçi1 ata adının “Fərəməz” kimi, digər Ərizəçi2 isə adının “Rafayıl” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin ərizəçilər – Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 05.09.2005ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 05.11.2013-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-911/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-911/2021
04.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver