Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-917/2021 06.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi3, Ərizəçi2 və Ərizəçi4 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 06 oktyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi1 (bundan sonra birinci ərizəçi), Ərizəçi3 (bundan sonra ikinci ərizəçi), Ərizəçi2 (bundan sonra üçüncü ərizəçi) və Ərizəçi4 (bundan sonra dördüncü ərizəçi) ərizə ilə müraciət edərək JN-0072 Kod 40712048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X11, X7, X4, Ərizəçi4 və onlara, JN-032A Kod 40712048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X4, Ərizəçi4 və birinci ərizəçiyə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci ərizəçi izahat verərək göstərdi ki, onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adı Razim əvəzinə Fazil, qardaşının adı Nahid əvəzinə Namid, oğlunun soyadı Əzimli əvəzinə Mirzəliyev, ata adı Razim əvəzinə Fazil, anasının adı Bircəxanım əvəzinə Birgəxanım kimi qeyd olunmuş, anasının ata adı ümumiyyətlə yazılmamışdır. Bundan başqa ailə üzvləri ilə birgə mülkiyyətlərində olan həyətyanı JN-032A Kod 40712048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə isə oğlunun soyadı Əzimli əvəzinə Mirzəliyev kimi yazılmışdır. Atası 02 oktyabr 2007-ci il tarixdə vəfat etmişdir. Torpaq sahələrinə dair tərtib olunmuş sənədlərlə şəxsiyyətlərini təsdiq edən sənədlərdə uyğunsuzluq olduğundan atasından miras qalan əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-0072 Kod 40712048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X11, Ərizəçi3, Ərizəçi2, X7, X4, Ərizəçi4 və ona, JN-032A Kod 40712048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X4, Ərizəçi4 və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İkinci-dördüncü ərizəçilər birinci ərizəçi ilə eyni məzmunlu izahat verərək JN-0072 Kod 40712048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-032A Kod 40712048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin onlara və ailə üzvlərinə məxsus olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi1 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi2 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İV-ЖГ 259253 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X7 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İV-ЖГ 433222 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X6 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. XİX-ЖГ 405014 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi4 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 27 sentyabr 2005-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi3 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 26 may 2018-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi1 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 13887631 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 01 avqust 2013-cü il tarixdə mülkiyyətçiyə X7 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 13887630 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 01 avqust 2013-cü il tarixdə mülkiyyətçiyə X4 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi4 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. İ-ИЕ 411246 nömrəli evlənmək haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 3 fevral 1964-cü il tarixdə Qalınçaq kənd sovetliyində rəsmi nikah qeyd etdirməklə X11 ilə ailə qurmuşdur. Vİ-ЖГ nömrəliın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 20 iyun 1995-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə Ərizəçi1 ilə ailə qurmuşdur. Ailə qurduqdan sonra ona ərinin soyadına uyğun Mirzəliyeva soyadı verilmişdir. Nikaha daxil olanadək onun soyadı Şirəliyeva olmuşdur. AZ-İ 262895 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X11 02 oktyabr 2007-ci il tarixdə vəfat etmişdir. JN-0072 Kod 40712048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X11, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2, X7, X4 və Ərizəçi4 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərib olunmuş dövlət aktında mülkiyyətçi X2 adı Fazil, mülkiyyətçi Ərizəçi2 adı Namid, mülkiyyətçi Ərizəçi4 soyadı Mirzəliyev, ata adı Fazil, mülkiyyətçi Ərizəçi3 adı Birgəxanım kimi yazılmış, ata adı isə qeyd olunmamışdır. JN-032A Kod 40712048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1, X4 və Ərizəçi4 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi Ərizəçi4 soyadı Mirzəliyev kimi qeyd olunmuşdur. İsmayıllı RİHB-nın Qalınçaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 iyul 2021-ci il tarixli 263 nömrəli arayışdan görünür ki, ərizəçi xx.xx.1968-ci il təvəllüdlü olmaqla hal-hazırda İsmayıllı rayonun Göytəpə kəndində yaşayır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 05 avqust 2021-ci il tarixli **********07 nömrəli məktubdan görünür ki, birinci ərizəçi JN- 0072 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İsmayıllı RİHB-nın Qalınçaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 avqust 2021-ci il tarixli 278 nömrəli arayışdan görünür ki, JN-0072 Kod 40712048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilərkən X5 ailə tərkibi aşağıdakı kimi olmuşdur: X11, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2, X7, X4 və Ərizəçi4. JN-0072 Kod 40712048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı verilərkən X5 ailəsində Mirzəliyev Birgəxanəm, X8, X9 və X3 adlı şəxslər olmayıb, hal-hazırda da yaşamır. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X11, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2, X7, X4 və Ərizəçi4 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-0072 Kod 40712048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi3 adı Birgəxanım kimi qeyd olunsa da ata adı qeyd olunmamış, mülkiyyətçi X2 adı Fazil, mülkiyyətçi Ərizəçi2 adı Namid, mülkiyyətçi Ərizəçi4 soyadı Mirzəliyev, ata adı Fazil kimi yazılmışdır. Bundan başqa Ərizəçi1, X4 və Ərizəçi4 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-032A Kod 40712048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi4 soyadı Mirzəliyev kimi qeyd olunmuşdur. Mülkiyyətçi Əzim Mirzəliyev 02 oktyabr 2007-ci il tarixdə vəfat etmişdir. Torpaq sahəsinə dair tərtib olunmuş sənədlərlə şəxsiyyətlərini təsdiq edən sənədlərdə uyğunsuzluq olduğundan ərizəçilər Əzim Mirzəliyevdən miras qalan əmlaklara dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmirlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı birinci ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-0072 Kod 40712048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında və JN-032A Kod 40712048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədin onlara və ailə üzvlərnə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X19 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X1 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını və şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər dövlət aktındakı və şəhadətnamədəki yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-0072 Kod 40712048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi3 adının Birgəxanım kimi qeyd olunduğu, ata adının isə ümumiyyətlə qeyd olunmadığı, mülkiyyətçi X2 adının Fazil, mülkiyyətçi Ərizəçi2 adının Namid, mülkiyyətçi Ərizəçi4 soyadının Mirzəliyev, ata adının Fazil, JN-032A Kod 40712048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi4 soyadının Mirzəliyev kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından JN-0072 Kod 40712048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının və JN-032A Kod 40712048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçilərə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 18 dekabr 1998-ci il tarixli JN-0072 Kod 40712048 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X11, Ərizəçi3, Ərizəçi1, Ərizəçi2, X7, X4 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN-032A Kod 40712048 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin Ərizəçi1, X4 və Ərizəçi4 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-917/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-917/2021
06.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver