Məhkəmə qərarları › İş №2(037)-92/2025

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-92/2025

10.03.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-92/2025 10.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək 23 fevral 1983-cü il tarixdə doğulmuş X4 və 08 may 1996-cı il tarixdə doğulmuş X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, övladları 1983cü il təvəllüdlü Telman və 1996-cı il təvəllüdlü Anar anadan gəlmə xəstədirlər, sərbəst hərəkət edə bilmirlər. Uzun illərdir müxtəlif xəstəxanalarda müayinə olunmuş və müalicələr almışlar. Uşaqların hər ikisi birinci qrup əlildir və İsmayıllı RMX Poliklinika Şöbəsinin “Ruhiəsəb” kabinetində “F72.1 Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Nitqin kobud qüsuru ilə” diaqnozu ilə qeydiyyatdadır. Telman və Anar özünü, hərəkətlərini dərk edib idarə edə bilmədiyi üçün onlara qəyyum təyin edilməlidir. Qeyd etdiklərinə əsasən 23 fevral 1983-cü il tarixdə doğulmuş X4 və 08 may 1996-cı il tarixdə doğulmuş X9 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. X11 və X17 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X16 izahat verərək göstərdi ki, X4 və X9 barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onların fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxx 1957-ci il tarixdə doğulmuş şəxs Ərizəçidur. - Vİİİ-ЖГ seriyalı 434310 nömrəli 29 mart 1983-cü il tarixli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 16530063 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 23 fevral 1983-cü il tarixdə İsmayıllı rayonun Əhən kəndində doğulmuş şəxs X7r. Valideynləri Ərizəçi və X3r. - AZ-İİİ seriyalı 041428 nömrəli 15 fevral 2013-cü il tarixli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 08 may 1996-cı il tarixdə İsmayıllı rayonun İsmayıllı kəndində doğulmuş şəxs X12r. Valideynləri Ərizəçi və X3r. - 075549 nömrəli 14 oktyabr 2009-cu il tarixli vəsiqənin surətindən görünür ki, X11 İ qrup əlildir. - 004608 nömrəli 08 sentyabr 2017-ci il tarixli vəsiqənin surətindən görünür ki, X17 İ qrup əlildir. - İsmayıllı rayon İHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli 3000 nömrəli arayışdan görünür ki, Ərizəçi ailə tərkibi aşağıdakı kimidir: arvadı-X8, oğlu-X11, qızı-X13, oğlu-X14, oğlu-X17. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X27 tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli 2055 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X11 “F72.1 Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Nitqin kobud qüsuru ilə” diaqnozu ilə qeydiyyatdadır və müxtəlif vaxtlarda müalicələr almışdır. Telman Qədirov ömürlük İ qrup əlildir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X27 tərəfindən verilmiş 22 noyabr 2024-cü il tarixli 2056 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, X17 “F72.1 Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Nitqin kobud qüsuru ilə” diaqnozu ilə qeydiyyatdadır və müxtəlif vaxtlarda müalicələr almışdır. Anar Qədirli İ qrup müddətsiz əlildir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X27 tərəfindən 20 noyabr 2024-cü il tarixdə verilmiş 18-1-47/2-Q- 9xx-xx-1489/24 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan xx.xx.1983-cü il təvəllüdlü X1 MRX-nın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “F72.1 Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Nitqin kobud qüsuru ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X27 tərəfindən 20 noyabr 2024-cü il tarixdə verilmiş 18-1-47/2-Q- 42-1488/24 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun İsmayıllı kəndində yaşayan xx.xx.1996-cı il təvəllüdlü X2 MRX-nın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “F72.1 Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Nitqin kobud qüsuru ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 28 yanvar 2025-ci il tarixli 239 nömrəli rəyindən görünür ki, X11 “Ağır dərəcəli əqli gerilik” formasında psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə əlaqədar ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Telman Qədirov xəstəliyi ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də Telman Qədirov tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 28 yanvar 2025-ci il tarixli 240 nömrəli rəyindən görünür ki, X17 “Ağır dərəcəli əqli gerilik” formasında psixi xəstəliklə yanaşı “OU-Terminal 4A qlaukoma. Tor qışanın qopması. OD-Fəsadlı katarakta. OS-Artifakiya” diaqnozlu xəstəlikdən əziyyət çəkir və ona müddətsiz İ qrup əlillik təyin edilmişdir. Anar Qədirli xəstəliyi ilə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil. Buna görə də Anar Qədirli tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X11 23 fevral 1983cü il tarixdə, X17 isə 08 may 1996-cı il tarixdə doğulmuşdur. Uşaqlar anadangəlmə xəstədirlər. Telman Qədirov və X19 MRX-nın Poliklinika Şöbəsinin “Ruhi-Əsəb” kabinetində “F72.1 Ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. Kənar şəxslərin qulluğuna ehtiyacı var. Nitqin kobud qüsuru ilə” diaqnozu qeydiyyatdadırlar. Müxtəlif vaxtlarda müalicələr almışlar. Hər ikisi İ qrup əlildir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X25 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 28 yanvar 2025-ci il tarixli 239 və 240 nömrəli rəyləri ilə müəyyən edilmişdir ki, X11 “Ağır dərəcəli əqli gerilik” formasında psixi xəstəliklə, X17 isə “Ağır dərəcəli əqli gerilik” formasında psixi xəstəliklə yanaşı “OU-Terminal 4A qlaukoma. Tor qışanın qopması. OD-Fəsadlı katarakta. OS- Artifakiya” diaqnozlu xəstəliklə əlaqədar öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyillər və tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidirlər. Ərizəçi ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Telman Qədirovun və Anar Qədirlinin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, X4 və X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı ərizə üzrə dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 23 fevral 1983-cü il tarixdə doğulmuş X11 və 08 may 1996-cı il tarixdə doğulmuş X17 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsinlər. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə elektron qaydada Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar