Məhkəmə qərarları › İş №2(037)-920/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-920/2023

22.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-920/2023 22.09.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi1, Ərizəçi2 nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 22 sentyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-137F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X13, Nümayəndə, X19, X15 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-137F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun soyad, ad və ata adı “Ərizəçi1” əvəzinə səhvən “X4”, mülkiyyətçi “X13”nın soyad, ad və ata adı səhvən “X10”, mülkiyyətçi “Ərizəçi2”nun adı səhvən “Abukər” kimi qeyd edilmişdir. Bu hallar həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün mülkiyyətçi Nümayəndə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək şəhadətnamədəki yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmadığı və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun və ailə üzvlərinin soyad və ata adının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin soyad və ata adındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçi2 məhkəmə iclasına gəlməmiş, nümayəndəsi Nümayəndə məhkəmə iclasının Ərizəçi2 iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə Ərizəçi2 iştirakı olmadan baxılması qərara alınmışdır. Ərizəçi2 nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək JN- 137F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X13, Ərizəçi1, Ərizəçi2, X19, X11 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X1 ifadə verərək göstərdi ki, Ərizəçi1 onun bacısı, Ərizəçi2 isə bacısının oğludur. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN- 137F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə “Ərizəçi1” soyad, ad və ata adı səhvən “X4”, mülkiyyətçi “X13”nın soyad, ad və ata adı səhvən “X10”, mülkiyyətçi “Ərizəçi2”nun adı səhvən “Abukər” kimi qeyd edilmişdir. Ailəni yaxından tanıyır və ailədə Şahlar adında kişi cinsli adam olmamışdır. Qeyd olunan şəhadətnamənin ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 10 may 2023-cü il tarixli arayışdan görünür ki, mülkiyyətçi X13 07 yanvar 2001-ci il tarixdə vəfat etmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin və şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, xx xxxx 1963-cü il tarixdə İsmayıllı şəhərində doğulmuş şəxs Ərizəçi1dır. X-ЖГ seriyalı 312228 nömrəli doğum haqqında şəhadətnamənin, AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən və İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli arayışdan görünür ki, Nümayəndə xx xxxx 1984-cü il tarixdə İsmayıllı rayonun Kürdmaşı kəndində anadan olmuş, valideynləri X15 və X5r. Xİ-ЖГ seriyalı 303276 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxxxxxx 1985-ci il tarixdə İsmayıllı rayon Kürdmaşı kəndində anadan olmuş şəxs Ərizəçi2dur. X14 məxsus şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, o, 30 iyul 1988-ci il tarixdə İsmayıllı rayonun Kürdmaşı kəndində anadan olmuşdur. AZ-İİ seriyalı 284858 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X15 29 yanvar 2016-cı il tarixdə vəfat etmişdir. JN-137F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X10, X4, Nümayəndə, X16, X19 və X6 qeyd olunmuşdur. İsmayıllı RİHB-nın Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli 618 nömrəli arayışdan görünür ki, JN-137F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə texniki səhv olaraq X13 əvəzinə texniki səhv olaraq X2 yazılmışdır. İsmayıllı RİHB-nın Kürdmaşı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli 619 nömrəli arayışdan görünür ki, JN-137F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə texniki səhv olaraq Ərizəçi2 əvəzinə texniki səhv olaraq X7 yazılmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 30 may 2023-cü il tarixli 3-21-3-42/2-H-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, mülkiyyətçi Nümayəndə JN-0137F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ata adı səhvinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, “X22 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X8 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-137F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında iştirak edən şəxslərin izahatları, şahidin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına uyğun olaraq X13, Ərizəçi1, Nümayəndə, Ərizəçi2, X19 və X9 birgə mülkiyyətlərinə 0,22 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş 20 iyul 2005-ci il tarixli JN-137F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “X13”nın soyad, ad və ata adı “X10”, “Ərizəçi1”nın soyad, ad və ata adı “X4”, “Ərizəçi2”nun adı “Abukər” kimi yazılmışdır. X13 07 yanvar 2001-ci il tarixdə vəfat etmişdir. JN-137F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də 20 iyul 2005-ci il tarixli JN-137F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “X13”nın soyad, ad və ata adının “X10”, “Ərizəçi1”nın soyad, ad və ata adının “X4”, “Ərizəçi2”nun adının “Abukər” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 (İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 10 may 2023-cü il tarixli arayışı), Ərizəçi1 (AA******* nömrəli şəxsiyyət vəsiqəsi), Nümayəndə (AA******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AA******* nömrəli şəxsiyyət vəsiqəsi), X19 (AA5281579 nömrəli şəxsiyyət vəsiqəsi) və X11 (AZ-İİ 284858 nömrəli ölüm haqqında şəhadətnamə) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 07 dekabr 1998-ci il tarixli 62 saylı qərarına əsasən İsmayıllı rayonun Kürdmaşı kəndində yerləşən 0,22 hektar həyətyanı torpaq sahəsinin X13, Ərizəçi1, Nümayəndə, Ərizəçi2, X19 və X9 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 20 iyul 2005-ci il tarixli JN-137F Kod 40718018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin, yəni “X13”nın soyad, ad və ata adının “X10”, “Ərizəçi1”nın soyad, ad və ata adının “X4”, “Ərizəçi2”nun adının “Abukər” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X13 (İsmayıllı rayon Qeydiyyat Şöbəsinin 10 may 2023-cü il tarixli arayışı), Ərizəçi1 (AA******* nömrəli şəxsiyyət vəsiqəsi), Nümayəndə (AA******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AA******* nömrəli şəxsiyyət vəsiqəsi), X19 (AA5281579 nömrəli şəxsiyyət vəsiqəsi) və X11 (AZ-İİ 284858 nömrəli ölüm haqqında şəhadətnamə) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar