Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-923/2025 22.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı miras əmlakın vərəsələr arasında naturada real bölgü əsasında bərabər bölünməsi tələbinə dair mülki işə 22 oktyabr 2025-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsindən 31 dekabr 2016-cı il tarixdə vəfat etmiş mərhum X1 payına düşən 0.0375 hektar torpaq sahəsinin naturada real bölgü əsasında paylarına uyğun olaraq birinci növbə vərəsələr onun və arvadı X17, gəlini Cavabdeh və nəvələri X15 və X16 arasında naturada real bölgü əsasında bərabər bölünərək ayrılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o xx xxxxxx 1959-cu ildə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş və hazırda həmin ünvanda yaşayır. X17 arvadı, Cavabdeh isə gəlnidir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsi onun və ailə üzvləri arvadı X17, qızı X6 və X1 ümumi birgə mülkiyyətlərinə, fərdi yaşayış evi isə onun tam mülkiyyətinə verilmişdir. X2 31 dekabr 2016-cı il tarixdə vəfat etmişdir. Oğlu vəfat etdiyi günədək ailəsi ilə birlikdə ona məxsus İsmayıllı rayonu,İsmayıllı kəndi ünvanında yerləşən fərdi yaşayış evində yaşamışdır.X1 ailə üzvləri arvadı Cavabdeh və övladları X15 və X7 ibarətdir. Mərhum X1 vəfatından sonra ondan qalan miras əmlak İsmayıllı rayonu,İsmayıllı kəndi ünvanında yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsinin mərhuma çatan 0.0375 hissəsidir. İsmayıllı Rayon Məhkəməsinin 11 dekabr 2024-cü il tarixli, 2(037)- 1467/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsindən 31 dekabr 2016-cı il tarixdə vəfat etmiş mərhum X5 payına düşən 0.0375 hektar miras əmlakın qanun üzrə birinci növbə vərəsələri mərhumun arvadı Cavabdeh, uşaqları X9, X10, atası İddiaçı və anası X11 arasında bərabər bölünərək hər birinin ayrı-ayrılıqda 1/5 hissədə payları müəyyən edilmişdir. Sözügedən məhkəmə qətnaməsinin icra olunması üçün tərəfindən İsmayıllı rayon Notariat ofisinə müraciət olunmuş, lakin Notariat ofisi tərəfindən məhkəmə qətnaməsi icra olunmamışdır. Səbəb kimi, mərhum X2ndan miras qalmış əmlaka dair vərəsələr arasında naturada real bölgü olması tələb edilmişdir. Notariat Ofisindən ona paylarının müəyyən edilməsinə dair reyestrdən çıxarış alınması tələb edilmişdir. O, da Notariat Ofisinin tələbi əsasında daşınmaz əmlakın dövlət reyestr xidmətinə müraciət edərək paylarının müəyyən edilməsinə dair ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2025-ci il tarixli çıxarış əldə etmişdir. Beləliklə, Notariat Ofisi məhkəmə qətnaməsini icra etməmişdir. Belə ki, mövcud olan fərdi yaşayış evi və torpaq sahəsinin real bölgüsünü apara bilməyəcəyini göstərməklə məhkəmə qətnaməsinin icra olunması qeyri müəyyən vaxtadək təxirə salınmış və payları müəyyən edilmiş miras əmlak naturada aralarında bərabər bölünməmiş qalmışdır. Ona görə də mərhum oğlundan miras qalmış əmlakın birinci növbəli vərəsələr arasında paylara uyğun naturada real bölünməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, fərdi mülkiyyət hüququna malik olan mülkiyyətçilərdən fərqli olaraq paylı mülkiyyət mülkiyyətçiləri öz səlahiyyətlərinin həyata keçirilməsində sərbəst deyillər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Mülki Məcəllənin 220.1 və 220.2-ci maddələri özündə paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ya ondan mülkiyyətçilərdən birinin payının ayrılmasının üsul və şərtlərinə dair bütün mülkiyyətçilər arasında razılığın əldə olunmasının vacibliyini nəzərdə tutan ümumi prinsipləri əks etdirir. Həmin maddədə həmçinin göstərilmişdir ki, paylı mülkiyyətin mülkiyyətçiləri arasında müvafiq razılığın əldə olunmaması onları ümumi mülkiyyətin bölüşdürülməsi və ya ondan payın naturada ayrılması hüququndan məhrum etmir və maraqlı mülkiyyətçi öz payının ümumi əmlakdan ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına qanunla yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 04 aprel 2014-cü il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərar qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Hesab edir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən onun və ailə üzvləri arvadı X17, qızı X6 və X1 ümumi birgə mülkiyyətlərində olan 0.15 hektar həyətyanı torpaq sahəsindən 31 dekabr 2016-cı il tarixdə vəfat etmiş mərhum X1 payına düşən 0.0375 hektar torpaq sahəsinin 1/5 hissədə paylarına uyğun olaraq birinci növbə vərəsələr onun, arvadı X11, gəlini Cavabdeh və nəvələri X15 və X10 arasında naturada real bölgü əsasında bərabər bölünməlidir. Ona görə də iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq,məhkəmə iclaslarında iştirak etməmiş,iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən Cavabdeh iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyib, mütəxəssis rəyini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, AZE №******** nömrəli, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə İsmayıllı rayonu, İsmayıllı kəndində doğulmuş, İsmayıllı rayonu,İsmayıllı kəndində yaşayır. İsmayıllı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06 sentyabr 2018-ci il tarixli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin 01 ayının 16 günündə 07 nömrə ilə qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********53-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli Çıxarış və Çıxarışa əlavə edilmiş xx.xx.2023-cü il tarixli, inventar nömrəsi 407- 1928/2204 olan Fərdi yaşayış evinə dair Texniki Pasportun surətindən görünür ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsi İddiaçı,X17,X6 və X5 ümumi birgə mülkiyyətlərinə, həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 136.1 kv.metr olan fərdi yaşayış evi isə İddiaçı tam mülkiyyətinə verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)-1467/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsindən 31 dekabr 2016-cı il tarixdə vəfat etmiş mərhum X5 payına düşən 0.0375 hektar miras əmlakın qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları X9, X10, atası İddiaçı və anası X11 arasında bərabər bölünərək hər birinin ayrıayrılıqda 1/5 hissədə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli,**********72 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu,İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.9462 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən mərhum X5 payına düşən 0.23655 hektar miras əmlakın qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları X15, X16, atası İddiaçı və anası X11 arasında bərabər bölünərək hər birinin ayrı-ayrılıqda 1/5 hissədə payları müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2025-ci il tarixli, 3-21-3-42/2- 5237/2025 saylı mütəxəssis rəyindən görünür ki, kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı,
1. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli,xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,15 hektar torpaq sahəsinin 0,0044 hektar hissəsi İddiaçı tərəfindən istifadə olunan faktiki naturada ölçülmüş 0,1649 hektar torpaq sahəsindən kənarda başqa şəxs və ya şəxslər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşür.
2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinin mərhum X5 payına düşən 0,0225 hektar torpaq sahəsinin birinci növbəli vərəsələr İddiaçı, X17, Cavabdeh, X15 və X16 arasında naturada 1/2 hissədə bərabər bölünməsinin yerquruluşu qaydasında mümkün vəziyyəti yerquruluşu planı 2 və yerquruluşu planı 3-də göstərilmişdir.
3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,15 hektar torpaq sahəsinin başqa şəxs və ya şəxslər tərəfindən istifadə olunan 0,0044 hektar hissəsi yerquruluşu planı 2-də göstərilən mümkün bölgü üzrə X4 ayrılması nəzərdə tutulan 0,0375 hektar torpaq sahəsi ilə, yerquruluşu planı 3-də göstərilən mümkün bölgü üzrə Cavabdeh, X15 və X12 ayrılması nəzərdə tutulan 0,0135 hektar torpaq sahəsi ilə üst-üstə düşdüyü müəyyən edilmişdir. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 14221301 büdcə təsnifat koduna 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********53-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarış və Çıxarışa əlavə edilmiş xx.xx.2023-cü il tarixli, inventar nömrəsi 407-1928/2204 olan Fərdi yaşayış evinə dair Texniki Pasporta əsasən İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0.15 hektar həyətyanı torpaq sahəsi İddiaçı,X17,X6 və X5 ümumi birgə mülkiyyətlərinə, həmin torpaq sahəsində inşa edilmiş, ümumi sahəsi 136.1 kv.metr olan fərdi yaşayış evi isə İddiaçı tam mülkiyyətinə verilmişdir. Ruslan İsayev xx.xx.2016-cı il tarixdə vəfat etmişdir. X13 rayonu, İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsindən mərhumun payına düşən 0.0375 hektar torpaq sahəsi miras qalmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(037)- 1467/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsi ilə hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsindən 31 dekabr 2016-cı il tarixdə vəfat etmiş mərhum X5 payına düşən 0.0375 hektar miras əmlakın mərhumun qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları X15, X16, atası İddiaçı və anası X17 arasında bərabər bölünərək hər birinin ayrı-ayrılıqda 1/5 hissədə payları müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2025-ci il tarixli, 3-21-3-42/2-5237/2025 saylı mütəxəssis rəyindən görünür ki, kameral qaydada Mərkəzin elektron məlumat bazasına əsasən araşdırma zamanı məlum olmuşdur ki, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,15 hektar torpaq sahəsinin 0,0044 hektar hissəsi İddiaçı tərəfindən istifadə olunan faktiki naturada ölçülmüş 0,1649 hektar torpaq sahəsindən kənarda başqa şəxs və ya şəxslər tərəfindən istifadə olunan torpaq sahəsi ilə üst-üstə düşür. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinin mərhum Ruslan İsayevin payına düşən 0,0225 hektar torpaq sahəsinin birinci növbəli vərəsələr İddiaçı, Xavər İsayeva, Cavabdeh, Gülay İsayeva və Damla İsayeva arasında naturada 1/2 hissədə bərabər bölünməsinin yerquruluşu qaydasında mümkün vəziyyəti yerquruluşu planı 2 və yerquruluşu planı 3-də göstərilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətinə verilmiş 0,15 hektar torpaq sahəsinin başqa şəxs və ya şəxslər tərəfindən istifadə olunan 0,0044 hektar hissəsi yerquruluşu planı 2-də göstərilən mümkün bölgü üzrə Sevinc Kərimovaya ayrılması nəzərdə tutulan 0,0375 hektar torpaq sahəsi ilə, yerquruluşu planı 3-də göstərilən mümkün bölgü üzrə Cavabdeh, Gülay İsayeva və Damla İsayevaya ayrılması nəzərdə tutulan 0,0135 hektar torpaq sahəsi ilə üst-üstə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim edilmiş o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə, işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, İddiaçı mübahisəli torpaq sahəsi üzrə birgə mülkiyyətçi olduğunu təsdiq edən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş, **********53-10301 reyestr, ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli Çıxarışı və ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsindən 31 dekabr 2016-cı il tarixdə vəfat etmiş mərhum oğlu Ruslan İsayevin payına düşən 0.0375 hektar torpaq sahəsinə dair miras əmlakın mərhumun qanun üzrə birinci növbə vərəsələri arvadı Cavabdeh, uşaqları Gülay İsayeva, Damla İsayeva, atası İddiaçı və anası Xavər İsayeva olmasını təsdiq edən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini məhkəməyə təqdim etdiyindən iddia tələbi əsaslı sayılıb təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 223.2-ci maddəsinə görə birgə mülkiyyətin mülkiyyətçiləri tərəfindən ümumi əşyanın bölünməsi və ya onlardan birinin payının ayrılması mülkiyyətçilərdən hər birinin payı qabaqcadan müəyyənləşdirildikdən sonra həyata keçirilə bilər. Həmin Məcəllənin 223.3-cü maddəsinə əsasən ümumi əşya bölünərkən və ondan pay ayrılarkən mülkiyyətçilərin payları, əgər onların razılaşmasında ayrı qayda nəzərdə tutulmayıbsa, bərabər sayılır. Həmin Məcəllənin 223.4-cü maddəsinə əsasən ümumi əşyanın bölünməsi və ondan pay ayrılması əsasları və qaydası bu Məcəllənin 220-ci maddəsinin müddəalarına əsasən müəyyənləşdirilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5.-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin tərkib hissəsi olan «insan hüquqların və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə etmək hüququna malikdir. Heç kəs,cəmiyyətin maraqları naminə,qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla,öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-152.4,157.2 və 157.4-cü maddələrinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.Sahiblik hüququ əmlaka (əşyaya) faktiki sahibliyin həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.İstifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Sərəncam hüququ əmlakın (əşyanın) hüquqi müqəddəratını təmin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülkiyyətçi özgənin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilərsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər.Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.1-ci maddəsinə müvafiq olaraq mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Həmin Məcəllənin 152.1-ci maddəsinə uyğun olaraq,mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən istifadə hüququ-əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Qeyd olunan əsaslara görə məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 9 Saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 21 oktyabr 2025-ci il tarixli, 3-21-3-42/2-5237/2025 saylı mütəxəssis rəyinin 2-ci bəndinə əsasən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli, **********53-10301 reyestr nömrəli, xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı və ailə üzvlərinin ümumi birgə mülkiyyətində olan İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən 0,15 hektar həyətyanı torpaq sahəsinin mərhum X5 payına düşən 0,0225 hektar torpaq sahəsinin birinci növbəli vərəsələr İddiaçı, X17, Cavabdeh, X15 və X16 arasında naturada 1/2 hissədə bərabər bölünməsinin yerquruluşu qaydasında mümkün vəziyyətinin yerquruluşu planı 2 və yerquruluşu planı 3-də göstərilən formada naturada yerində real bölünərək ayrılmasını qanuni və ədalətli hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq belə nəticəyə gəlir ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********53-10301 olan xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsindən 31 dekabr 2016-cı il tarixdə vəfat etmiş mərhum X5 payına düşən 0.0375 hektar həyətyanı torpaq sahəsi birinci növbəli vərəsələr İddiaçı, X17, Cavabdeh, X15 və X16 arasında paylarına uyğun olaraq mövcud və hazırkı vəziyyəti və hazırkı giriş-çıxış yeri nəzərə alınmaqla naturada yerində real bölünərək ayrılmalıdır. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu məbləği iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi,məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi:
İddia tələbi təmin edilsin. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********53-10301 olan xx.xx.2023-cü il tarixli Çıxarışa əsasən İsmayıllı rayonu, İsmayıllı kəndi ərazisində yerləşən ümumi birgə mülkiyyətdə olan 0.15 hektar həyətyanı torpaq sahəsindən 31 dekabr 2016-cı il tarixdə vəfat etmiş mərhum X5 payına düşən 0.0375 hektar həyətyanı torpaq sahəsi birinci növbəli vərəsələr İddiaçı, X17, Cavabdeh, X15 və X16 arasında paylarına uyğun olaraq mövcud və hazırkı vəziyyəti və hazırkı giriş-çıxış yeri nəzərə alınmaqla naturada yerində real bölünərək ayrılsın. Ödənilmiş dövlət rüsumu məbləği iddiaçının özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İlqar Hüseynov