Məhkəmə qərarları › İş №2(037)-925/2024

İsmayıllı Rayon Məhkəməsi Qərardad — İş №2(037)-925/2024

23.09.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İsmayıllı rayonu İş № 2(037)-925/2024 23.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı Rəşı̇ dova Nuranə Seyı̇ dağa qızının cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nin 9 Saylı Qəbələ Ərazı̇ İdarəsı̇ , Cavabdeh3 Əlı̇ paşa qızı,Babayev Əhlı̇ man Əlı̇ paşa oğlu və Cavabdeh5 Şakı̇ r oğluna qarşı “torpaqla bağlı müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə 23 sentyabr 2024-cü il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Rəşı̇ dova Nuranə Seyı̇ dağa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İsmayıllı rayon Notariat Ofisi tərəfindən təsdiq edilmiş Cavabdeh3 ilə Cavabdeh4 arasındakı xx.xx.2020-ci il tarixli 4Ə-765 saylı bağışlama müqaviləsinin və Cavabdeh3 ilə Cavabdeh5 arasındakı xx.xx.2023-cü il tarixli 4Ə-956 saylı daşınmaz əmlakın alğısatqısına dair müqavilələrin etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə məhkəmə hazırlıq iclası zamanı iddiaçı Rəşı̇ dova Nuranə Seyı̇ dağa qızının nümayəndəsi və vəkili Vəkil məhkəməyə elektron qaydada ərizə göndərərək iddia ərizəsinin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsi və vəkili Vəkil ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər,yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddiaçı Rəşı̇ dova Nuranə Seyı̇ dağa qızının nümayəndəsi və vəkili Vəkil tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə məhkəməyə ərizə verildiyindən iddiaçının nümayəndəsi və vəkilinin vəsatəti ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunan hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: İddiaçı Rəşı̇ dova Nuranə Seyı̇ dağa qızının cavabdehlər Cavabdeh1, "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrı̇ " Publı̇ k Hüquqı̇ Şəxsı̇ nin 9 Saylı Qəbələ Ərazı̇ İdarəsı̇ , Cavabdeh3 Əlı̇ paşa qızı,Babayev Əhlı̇ man Əlı̇ paşa oğlu və Cavabdeh5 Şakı̇ r oğluna qarşı “torpaqla bağlı müqavilələrin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi və əlavə edilmiş sənədlər qaytarılsın. İddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tam şəkildə ona qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan elektron qaydada İsmayıllı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar