Məhkəmə qərarları › İş №2(037)-936/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-936/2024

10.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-936/2024 10.10.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək oğlu Şərifli İlkin Taleh oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, oğlu İlkin 07 mart 2006-cı il tarixdə travma ilə doğulmuş və anadangəlmə xəstədir. Uzun illərdir mütəmadi müalicələr alsa da səhhətində yaxşılığa doğru dəyişiklik yoxdur. X16 rayon X1 Şöbəsinin “Nevroloji” kabinetində “G80. Uşaq serebral iflic, kənar şəxslərin qulluğuna ehtiyacı var. G82.4 Spastik tetraplegiya. G40.3 Epilepsiya tez-tez baş verən qıcolmalarla. F71.1 Orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” diaqnozu ilə qeydiyyatdadır. Oğlum onun himayəsində yaşayır və ona bütün qulluğu o və anası göstərir. Oğlunun vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. İlkinin hər zaman kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən X22nin fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Şərifli İlkin Taleh oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X9 izahat verərək göstərdi ki, Şərifli İlkin Taleh oğlunun barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. X3 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. X22 anadan gəlmə xəstədir. Aldığı müalicələr heç bir nəticə verməmiş, səhhətində yaxşılığa doğru dəyişiklik olmamışdır. Oğluna birinci dərəcə əlillik verilmişdir. İlkin onlarla birlikdə yaşayır və ona lazımı bütün qulluğu onlar göstərir. İlkinin son zamanlar vəziyyəti daha da ağırlaşmışdır. Onun daima kənar şəxslərin köməyinə ehtiyacı vardır. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: - AZ-İ seriyalı 734559 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 07 mart 2006cı il tarixdə İsmayıllı rayonun İsmyıllı kəndində doğulmuş, İsmayıllı şərayonun Yeniyol kəndində yaşayan şəxs Ərizəçidur. Valideynləri Ərizəçi və X6r. - AZ-İ seriylı 213629 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X4 arasında 13 yanvar 2006-cı il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Şərifov, arada Şərifova soyadı verilmişdir. -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1975-ci il tarixdə İsmayıllı rayonun Yeniyol kəndində anadan olmuş, həmin kənddə yaşayan şəxs Ərizəçidur. - İsmayıllı RİHB-nın Təzəkənd kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 25 iyun 2024-cü il tarixli 262 nömrəli arayışdan görünür ki, ərizəçinin ailə tərkibi aşağıdakı kimidir: özü-Ərizəçi, həyat yoldaşı X8, oğlu-Şərifli İlkin Taleh oğlu, qızı-X10, oğlu-X12. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi- Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Şərifli İlkin Taleh oğlunun sağlamlıq vəziyyəti 02 iyun 2024-cü il tarixdə qiymətləndirilərək ona “G80 serebral iflic, uşaq serebral iflici” diaqnozu qoyulmuş, kənar şəxsin köməyinə ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmiş, əmək qabiliyyətsizdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən verilmiş 30 iyun 2024-cü il tarixli 381 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışdan görünür ki, Şərifli İlkin Taleh oğlu birinci qrup əlildir və “G80 Uşaq serebral iflici” diaqnozu ilə qeydiyyatdadır. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X21 tərəfindən 13 iyun 2024-cü il tarixdə verilmiş PHŞ-18-1-47/2-Ş-6xx-xx-1001/24 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Yeniyol kəndində yaşayan 07 mart 2006-cı il təvəllüdlü Şərifli X7 M.R.X-nın Poliklinika Şöbəsinin “Nevroloji” kabinetində “G80. Uşaq serebral iflic, kənar şəxslərin qulluğuna ehtiyacı var. G82.4 Spastik tetraplegiya. G40.3 Epilepsiya teztez baş verən qıcolmalarla. F71.1 Orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 23 avqust 2024-cü il tarixli 2457 nömrəli rəyindən görünür ki, Şərifli İlkin Taleh oğlunda “uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli gerilik və qıcolma tutmaları ilə təzahür edir. Ona görə də Şərifli İlkin Taleh oğlu öz hərəkətlərini şüurlu ölçübbiçmək, onları idarə etmək iqtidarında deyil və tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Şərifli İlkin Taleh oğlu 07 mart 2006-cı il tarixdə travma ilə doğulmuşdur. Uşaqlıqdan xəstə olmuşdur. İlkin Şəriflinin sağlamlıq vəziyyəti 02 iyun 2024-cü il tarixdə qiymətləndirilərək ona “G80 serebral iflic, uşaq serebral iflici” diaqnozu qoyulmuş, kənar şəxsin köməyinə ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. X13 M.R.X-nın X2 “Nevroloji” kabinetində “G80. Uşaq serebral iflic, kənar şəxslərin qulluğuna ehtiyacı var. G82.4 Spastik tetraplegiya. G40.3 Epilepsiya tez-tez baş verən qıcolmalarla. F71.1 Orta dərəcəli əqli gerilik davranış pozuntuları ilə” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X19 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 23 avqust 2024-cü il tarixli 2457 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Şərifli İlkin Taleh oğlunda “uşaq serebral iflicinin qalıq əlamətləri, orta dərəcəli əqli gerilik və qıcolma tutmaları ilə” təzahür edir. Ona görə də Şərifli İlkin Taleh oğlu öz hərəkətlərini şüurlu ölçüb-biçmək, onları idarə etmək iqtidarında deyil və tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Ərizəçi Şərifli İlkin Taleh oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi İlkin Şəriflinin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə işin müəyyən edilmiş faktiki hallarına, tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Şərifli İlkin Taleh oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07 mart 2006-cı il tarixdə doğulmuş Şərifli İlkin Taleh oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar