Məhkəmə qərarları › İş №2(037)-941/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-941/2021

13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-941/2021 13.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı Rayon Notarı̇ at Ofisini maraqlı şəxs qismində cəlb etdikləri hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 25 sentyabr 1998-ci il tarixli 60 saylı qərarına əsasən JN-0091 Kod 40724018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 25 sentyabr 1998-ci il tarixli 60 saylı qərarına əsasən JN-0091 Kod 40724018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına (bundan sonra “Dövlət Aktı” adlandırılacaq) əsasən İsmayıllı rayonu, Talıstan kəndində yerləşən 1,73 ha torpaq sahəsi X8, Şahid, X5, X10, X2 və onun mülkiyyətinə verilmişdir. Yuxanda qeyd edilən Dövlət Aktında onun ad, soyad və ata adı qeyd edilmişdir. Onun adı həmin vaxt “İlhamiyyə” olmasına baxmayaraq Dövlət Aktında səhvən “İlhamə” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdikdə Dövlət Aktında onun adında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişdir. Ərizəçi Dövlət Aktında mülkiyyətçi kimi onun adının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun şəxsiyyət vəsiqəsindəki və digər sənədlərindəki adı ilə Dövlət Aktındakı adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, X20 qeyd edilən ad, soyad və ata adının ona məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Digər Ərizəçi2 məhkəməyə ərizə göndərərək səhəti ilə əlaqədar 1-ci qrup əlil olduğundan məhkəmə baxış iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə onun iştirakı olmadan baxılaraq müvafiq qərarın qəbul olunmasını xahiş etmişdir. Maraqlı şəxs İsmayıllı Rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 06.11.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1963cü il tarixdə İsmayıllı rayonu, Talıstan kəndində doğulmuş Hüseynova X7 rayonu, Talıstan kəndində qeydiyyatdadır. İş materiallarında olan 23 sentyabr 1983-cü il tarixli, İİİ-JQ 328637 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 oğlu ilə Ərizəçi1 həmin tarixdə rəsmi nikaha daxil olmaqla evlənmişlər. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 17.12.2014cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1987-ci il tarixdə İsmayıllı rayonu, Talıstan kəndində doğulmuş Ərizəçi2 İsmayıllı rayonu, Talıstan kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-0091 Kod 40724018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktından görünür ki, bu şəhadətnamə İsmayıllı rayon Talıstan kənd sakinləri X8, X11, Şahid, X5, X10 və X6 verilib-ona görə ki, İsmayıllı Rayon AİK-nın 25 sentyabr 1998-ci il tarixli 60 saylı qərarı ilə verilmiş 1,73 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə – mülkiyyətlərinə verilib. Şəhadətnamə 4265 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X3 verilmişdir. İş materiallarında olan 06 iyun 2014-cü il tarixli, AZ-İ saylı 660713 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 02.06.2014-cü il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X19 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 25 sentyabr 1998-ci il tarixli 60 saylı qərarına əsasən JN-0091 Kod 40724018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Talıstan kəndində yerləşən 1,73 ha torpaq sahəsi X8, X11, Şahid, X5, X10 və X2 mülkiyyətinə verilmişdir. X15 Ərizəçi1 adı həmin vaxt “İlhamiyyə” olmasına baxmayaraq Dövlət Aktında səhvən “İlhamə” kimi, digər Ərizəçi2 soyadı və adı həmin vaxt “Ərizəçi2” olmasına baxmayaraq Dövlət Aktında səhvən “Hüseynova Qumral” kimi yazılmışdır. X13 bu yanlışlıq ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etməyə maneə törədir, bu səbəbdən də İsmayıllı rayonu AİK-nın 25 sentyabr 1998-ci il tarixli 60 saylı qərarı əsasında İsmayıllı rayonu, Talıstan kəndində yerləşən 1,73 ha torpaq sahəsinin X8, X11, Şahid, X5, X10 və X2 mülkiyyətinə verilməsinə dair JN-0091 Kod 40724018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında ərizəçi X9 adının “İlhamiyyə” kimi, digər Ərizəçi2 isə soyad və adının “Hüseynova Qumral” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin ərizəçilər – Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 06.11.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 17.12.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İsmayıllı rayonu Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 saylı qərarı əsasında İsmayıllı rayonu Talıstan kəndində yerləşən 1,73 ha torpaq sahəsinin X8, X11, Şahid, X5, X10 və X2 mülkiyyətinə verilməsinə dair JN-0091 Kod 40724018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi1 adının “İlhamə” kimi, digər Ərizəçi2 isə soyad və adının “Hüseynova Qumral” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin ərizəçilər – Ərizəçi1 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 06.11.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi2 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 17.12.2014-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar