Məhkəmə qərarları › İş №2(037)-944/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-944/2023

05.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-944/2023 05.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 05 oktyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, JN-744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X15, X10, Beybutova (nikahdan sonra Məsimova) Humay Elxan qızı, X13, X16 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizə onunla əsaslandırılmılşdır ki, İsmayıllı rayon DNK-nın 11 mart 2005-ci il tarixli 4Ə-1-113 saylı alqı-satqı müqaviləsinə əsasən ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi “X17”nın adı səhvən “Pakizə”, mülkiyyətçi “X13”nun adı səhvən “Səttarxan”, mülkiyyətçi “X19”nın soyad, ad və ata adı səhvən “X20” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onların hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Ərizəçi2 Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, dövlət aktında yanlışlığa görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona dövlət aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında mülkiyyətçilərin ad və ata adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşlar. Hesab edirlər ki, şəxsiyyət vəsiqələrindəki ad və ata adları ilə “Torpağa mülkiyyət hüququna dair” dövlət aktındakı ad və ata adları arasındakı uyğunsuzluqlar məhkəmə qaydasında aradan qaldırılmalı, JN-744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının onlara və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edirlər. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəmə iclasına gəlməmişlər, ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsini, qohumlarının şahid qismində dindirilməsini və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşə ərizəçilərin iştirakı olmadan baxılması qərara alınmışdır. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X3 ifadə verərək göstərdi ki, ərizəçilər onun qızlarıdır. Aparılan torpaq islahatları zamanı birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə dair tərtib olunmuş JN-744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında qızı “X17”nın adı səhvən “Pakizə”, oğlu “X13”nun adı səhvən “Səttarxan”, qızı “X19”nın soyad, ad və ata adı səhvən “X20” kimi yazılmışdır. Onların ailəsində Turan adlı oğlan uşağı olmamışdır. Turan onun qızıdır. O, JN-744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X1 və X24 X3 ilə eyni məzmunlu ifadələr verərək JN-744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdilər. Məhkəmə şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş İsmayıllı RPŞ tərəfindən 18 oktyabr 2010-cu il tarixdə verilmiş AZE seriyalı 08400664 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 12 aprel 1960-cı il tarixdə İsmayıllı rayonun Hacıhətəmli kəndində anadan olmuş, İsmayıllı rayonun Hacıhətəmli kəndində yaşayan şəxs X11r. İsmayıllı RPŞ tərəfindən 27 iyul 2013-cü il tarixdə verilmiş AZE seriyalı 13595815 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 01 iyun 1962-ci il tarixdə İsmayıllı rayonun Güyüm kəndində anadan olmuş, İsmayıllı rayonun Hacıhətəmli kəndində yaşayan şəxs X7r. AZ-İ seriyalı 145636 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ilə X26 arasında 21 sentyabr 2005-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Məsimov, arvada Məsimova soyadı verilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 02 oktyabr 1985-ci il tarixdə doğulmuş şəxs X21r. XİV-ЖГ seriyalı 365047 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxxxx 1989-cu il tarixində anadan olmuş mülkiyyətçiyə X17 adı ilə doğum haqqında şəhadətnamə alınmışdır. AZ-İ seriyalı 454431 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X17 arasında 03 noyabr 2008-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Şərifov, arvada Şərifova soyadı verilmişdir. İsmayıllı RPŞ tərəfindən 11 iyul 2015-ci il tarixdə verilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1989-cu il tarixdə İsmayıllı rayonun Hacıhətəmli kəndində anadan olmuş, İsmayıllı rayonun Hacıhətəmli kəndində yaşayan şəxs Ərizəçi1dır. Səyyar ASAN tərəfindən 29 mart 2016-cı il tarixdə verilmiş AZE seriyalı 16063695 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 02 mart 1990-cı il tarixdə İsmayıllı rayonun Hacıhətəmli kəndində anadan olmuş, İsmayıllı rayonun Hacıhətəmli kəndində yaşayan şəxs X8r. İsmayıllı RPŞ tərəfindən 13 yanvar 2018-ci il tarixdə verilmiş AZE seriyalı 16529121 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 27 iyun 1992-ci il tarixdə İsmayıllı rayonun Hacıhətəmli kəndində anadan olmuş, İsmayıllı rayonun Hacıhətəmli kəndində yaşayan şəxs X18r. XVİİ-Жİ seriyalı 477830 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1994-cü il tarixində anadan olmuş mülkiyyətçiyə X19 adı ilə doğum haqqında şəhadətnamə alınmışdır. AZ-İİ seriyalı 274521 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X32 ilə X19 arasında 23 iyul 2018-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Səlimov, arvada Səlimova soyadı verilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1994cü il tarixdə doğulmuş şəxs Ərizəçi2dır. JN-0744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X15, X10, X26, X23, X14, X27 və X4 qeyd olunmuşdur. İsmayıllı rayon İHB-nın Hacıhətəmli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 may 2023-cü il tarixli 392 nömrəli arayışdan görünür ki, JN-0744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçinin adı səhvən X23 yazılmışdır. Lakin AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinə əsasən onun soyad, ad və ata adı Şərifova (Beybutova) Pakinaz Elxan qızı kimi olmalıdır. İsmayıllı rayon İHB-nın Hacıhətəmli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 may 2023-cü il tarixli 393 nömrəli arayışdan görünür ki, JN-0744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçinin adı səhvən X20 yazılmışdır. Lakin AA ******* nömrəli şəxsiyyət vəsiqəsinə əsasən onun soyad, ad və ata adı Səlimova (Sayəddinli) Turan Elxan qızı kimi olmalıdır. 26 may 2023-cü il tarixli aktlardan görünür ki, İsmayıllı rayon DNK-nın 11 mart 2005ci il tarixli 4Ə-1-113 saylı alqı-satqı müqaviləsinə əsasən verilmiş JN-0744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Şərifova (Beybutova) Pakinaz Elxan qızı adı texniki səhv olaraq X23, Səlimova (Sayəddinli) Turan Elxan qızı adı texniki səhv olaraq X20 yazılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 21 iyun 2023-cü il tarixli 3-21-3-42/2-S-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi2 JN-0744 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyad, ad və ata adı səhvinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X45 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X9 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon DNK-nın 11 mart 2005-ci il tarixli 4Ə-1-113 saylı alqı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonun Hacıhətəmli kəndində yerləşən 3,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi X15, X10, X26, X17, X13, X27 və X12 birgə mülkiyyətlərinə verilmişdir. Bu barədə tərtib olunmuş JN-0744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi “X17”nın adı “Pakizə”, mülkiyyətçi “X13”nun adı “Səttarxan”, mülkiyyətçi “X19”nın soyad, ad və ata adı “X20” kimi yazılmışdır. Mülkiyyətçi X5 Məsimov adlı şəxslə rəsmi nikah bağlamış, nikah bağladıqdan sonra Məsimova soyadını, mülkiyyətçi X2 Şərifov adlı şəxslə rəsmi nikah bağlamış, nikah bağladıqdan sonra Şərifova soyadını, mülkiyyətçi X6 Səlimov adlı şəxslə rəsmi nikah bağlamış, nikah bağladıqdan sonra Səlimova soyadını götürmüşdür. JN-0744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-0744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “X17”nın adının “Pakizə”, “X13”nun adının “Səttarxan”, “X19”nın soyad, ad və ata adının “X20” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X15 (AZE seriyalı 08400664 nömrəli), X10 (AZE seriyalı 13595815 nömrəli), Beybutova (nikahdan sonra Məsimova) Humay Elxan qızı (AA seriyalı ******* nömrəli), Beybutova (nikahdan sonra Şərifova) Pakinaz Elxan qızı (AZE seriyalı ******** nömrəli), X13 (AZE seriyalı 16063695 nömrəli), X27 (AZE seriyalı 16529121 nömrəli) və Sayəddinli (nikahdan sonra Səlimova) Turan Elxan qızına (AA seriyalı ******* nömrəli) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon DNK-nın 11 mart 2005-ci il tarixli 4Ə-1-113 saylı alqı-satqı müqaviləsinə əsasən İsmayıllı rayonun Hacıhətəmli kəndində yerləşən 3,88 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin X15, X10, X26, X17, X13, X27 və X12 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş JN-744 Kod 40705018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “X17”nın adının “Pakizə”, “X13”nun adının “Səttarxan”, “X19”nın soyad, ad və ata adının “X20” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X15 (AZE seriyalı 08400664 nömrəli), X10 (AZE seriyalı 13595815 nömrəli), Beybutova (nikahdan sonra Məsimova) Humay Elxan qızı (AA seriyalı ******* nömrəli), Beybutova (nikahdan sonra Şərifova) Pakinaz Elxan qızı (AZE seriyalı ******** nömrəli), X13 (AZE seriyalı 16063695 nömrəli), X27 (AZE seriyalı 16529121 nömrəli) və Sayəddinli (nikahdan sonra Səlimova) Turan Elxan qızına (AA seriyalı ******* nömrəli) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar