Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-945/2023 13.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi Ərizəçi1 Ərizəçi2 Ərizəçi Mikayılova (Məlikova) Sayga Səmədiyə qızının iştirakı ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Mikayılova (Məlikova) Sayga Səmədiyə qızının İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbinə dair mülki işə 13 oktyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Mikayılova (Məlikova) Sayga Səmədiyə qızı ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 11 fevral 1998-ci il tarixli 68 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-179 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X12, X15, X16 və onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 11 fevral 1998-ci il tarixli 68 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Onun şəxsiyyət vəsiqəsində ad və ata adı “Səmədiyə Ələskər oğlu” olmasına baxmayaraq JN-179 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ad və ata adı “Səmədiyyə Ələsgər oğlu”, mülkiyyətçi “Ərizəçi2”nın soyad, ad və ata adı “X21”, mülkiyyətçi “X17”nın ad və ata adı “Sayka Səmədiyyə qızı” kimi qeyd edilmişdir. Ərizəçi2 onun hayat yoldaşıdır. Onların ailəsində “X21” adlı şəxs olmamışdır. Dövlət aktında olan bu səhvlər həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün ərizəçi Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək dövlət aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona dövlət aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmadığı və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun və digər ailə üzvlərinin soyad və ata adının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun və digər mülkiyyətçilərin soyad və ata adındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Ərizəçilər Ərizəçi2 və Mikayılova (Məlikova) Sayga Səmədiyə qızı Ərizəçi1la eyni məzmunlu izahat verərək JN-179 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, X12, X15, X16 və onlara məxsus olması faktlarının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxxxx 1956-cı il tarixdə İsmayıllı rayonun Qalacıq kəndində anadan olmuş, İsmayıllı rayonun Qalacıq kəndində yaşayan şəxs Ərizəçi1dur. AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxx 1957-ci il tarixdə İsmayıllı rayonun Qalacıq kəndində anadan olmuş, İsmayıllı rayonun Qalacıq kəndində yaşayan şəxs Ərizəçi2dır. X-ЖГ 255346 nömrəli doğum haqqında surətlərindən görünür ki, xx xxxxx 1984cü il tarixdə anadan olmuş şəxs X7r. AZ-İ seriyalı 044279 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X13 arasında 11 sentyabr 2004-cü il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mikayılov, arvada Mikayılova soyadı verilmişdir. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, xx xxxxx 1984-cü il tarixdə anadan olmuş şəxs Ərizəçi3dır. AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 15 yanvar 1986-cı il tarixdə anadan olmuş şəxs X4r. AZE seriyalı 16065973 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 24 oktyabr 1988-ci il tarixdə İsmayıllı rayonun Qalacıq kəndində anadan olmuş, İsmayıllı rayonun Qalacıq kəndində yaşayan şəxs X8r. AZE seriyalı 16810371 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 06 avqust 1991-ci il tarixdə İsmayıllı rayonun Qalacıq kəndində anadan olmuş, İsmayıllı rayonun Qalacıq kəndində yaşayan şəxs X9r. AZ-İ seriyalı 846604 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ilə X16 arasında 03 iyul 2013-cü il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra Əmirov, arvada Məlikova soyadı verilmişdir. JN-179 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X10, X21, X14, X12, X15 və X3 qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən verilmiş 12 iyul 2023-cü il tarixli 3-21-3-42/2-M-00xx-xx/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi1 JN-0179 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və ata adı səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İsmayıllı RİHB-nın Qalacıq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 iyul 2023-cü il tarixli 5-54-19/2-72/2023 nömrəli arayışdan görünür ki, Ərizəçi2 nümayəndəliyə müraciət etmiş, müraciətinə cavab olaraq X2 adına olan Torpağa Mülkiyyət Hüququna X37 (JN-179, kod ********) ad, soyad və cinsi barədə məlumatlarda mövcud olan səhvlərə düzəlişlərin edilməsi üçün İsmayıllı rayon Məhkəməsinə müraciət etməsi tövsiyyə olunmuşdur. İsmayıllı RİHB-nın Qalacıq kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 370 nömrəli arayışdan görünür ki, Torpağa Mülkiyyət Hüququna X37 (JN-147, KOD ********) Ərizəçi1 və ailə üzvlərinin adı səhvən X10, X20 və X1 yazılmışdır. Həmin adların Ərizəçi1 (əsas: şəxsiyyət vəsiqəsi - AZE 0*******), Ərizəçi2 (əsas: şəxsiyyət vəsiqəsi - AZE 0*******), X17 (əsas: şəxsiyyət vəsiqəsi – AA 1235042) kimi yazılması düzgündür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, “X35 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN- 179 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatları və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarına uyğun olaraq Ərizəçi1, Ərizəçi2, X17, X12, X15 və X5 birgə mülkiyyətlərinə verilmiş 1,48 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinə dair tərtib olunmuş 01 may 2000-ci il tarixli JN-179 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi1”nun ad və ata adı “Səmədiyyə Ələsgər oğlu”, “Ərizəçi2”nın soyad, ad və ata adı “X21”, “X17”nın ad və ata adı “Sayka Səmədiyyə qızı” kimi yazılmışdır. Mülkiyyətçi X13 11 sentyabr 2004-cü il tarixdə X18 ilə rəsmi nikah bağlayaraq Mikayılova soyadını götürmüşdür. JN-179 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də JN-179 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi1”nun ad və ata adının “Səmədiyyə Ələsgər oğlu”, “Ərizəçi2”nın soyad, ad və ata adının “X21”, “X17”nın ad və ata adının “Sayka Səmədiyyə qızı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Məlikova (nikahdan sonra Mikayılova) Sayga Səmədiyə qızı (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), X12 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), X15 (AZE 16065973 nömrəli şəxsiyyət vəsiqəsi) və X11 (AZE 16810371 nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1998-ci il tarixli 68 saylı qərarına əsasən İsmayıllı rayonun Qalacıq kəndində yerləşən 1,48 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin Ərizəçi1, Ərizəçi2, X17, X12, X15 və X5 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 01 may 2000-ci il tarixli JN-179 Kod 40711018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi1”nun ad və ata adının “Səmədiyyə Ələsgər oğlu”, “Ərizəçi2”nın soyad, ad və ata adının “X21”, “X17”nın ad və ata adının “Sayka Səmədiyyə qızı” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsi), Məlikova (nikahdan sonra Mikayılova) Sayga Səmədiyə qızı (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), X12 (AA ******* nömrəli şəxsiyyət vəsiqəsi), X15 (AZE 16065973 nömrəli şəxsiyyət vəsiqəsi) və X11 (AZE 16810371 nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-945/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-945/2023
13.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver