Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-946/2021 15.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayıət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə 15 oktyabr 2021-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək, İsmayıllı rayon AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən ailə üzvləri ilə birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0051 Kod 40721028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X19, X7, X20, X9 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi izahat verərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Vəng kəndi ərazisində 6,51 hektar kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0051 Kod 40721028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyad, ad və ata adı həmin vaxt “Ərizəçi” olmasına baxmayaraq səhvən “X12” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqları həyata keçirməyinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etdikdə dövlət aktında onun soyad, ad və ata adında olan yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilməmişdir. Dövlət aktında soyad, ad və ata adında olan uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-0051 Kod 40721028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X5 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayon İHB-nın Ruşan İƏD üzrə nümayəndəsinin müavini işləyir. Ərizəçini və ailəsini yaxından tanıyır. Ərizəçinin ailəsində X12 adlı şəxs olmamış və hazırda da yoxdur. Ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunan sənəddə ərizəçinin soyad, ad və ata adı “Ərizəçi” əvəzinə “X12” kimi yazılmışdır. Göstərilən JN-0051 Kod 40721028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 297743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçiyə X16 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan İİ-İİİ 460344 nömrəli 2 avqust 1983-cü il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X13 ilə X16 arasında 2 avqust 1983-cü il tarixdə rəsmi nikah bağlanmış, ərə Muradov, arvada Muradova soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 17.09.2013-cü il tarixli seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1962-ci il tarixdə X4 rayonunda doğulmuş Muradova X10 rayonu Vəng kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 22.06.2012-ci il tarixli seriya AZE № 09574792 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 14.05.1987-ci il tarixdə X4 rayonunda doğulmuş X2 rayonun Vəng kəndində qeydiyyatdadır. Mərkəzi Məlumat bazasından çıxarılmış şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, 20.05.2019-cu il tarixdə Gürcüstan Respublikasının Bolnisi rayonunda doğulmuş X1 rayonun Ruşan kəndində qeydiyyatdadır və ona AA0341009 nömrəli şəxsiyyət vəsiqəsi verilmişdir. İş materiallarında olan İsmayıllı rayon Ruşan İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X19 26 oktyabr 2002-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İsmayıllı rayon Ruşan İƏB üzrə nümayəndəliyi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X7 19 yanvar 2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-0051 Kod 40721028 saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X19, X7, Ərizəçi, X20 və X8 birgə mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi Ərizəçi soyad, ad və ata adı X3 qeyd olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X25 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, şahidin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarına əsasən JN-0051 Kod 40721028 saylı dövlət aktına əsasən İsmayıllı rayonu Vəng kəndində yerləşən 6,51 ha torpaq sahəsi X19, X7, Ərizəçi, X20 və X8 mülkiyyətinə verilmişdir. Sözügedən dövlət aktında ərizəçinin soyad, ad və ata adı həmin vaxt “Ərizəçi” olmasına baxmayaraq səhvən “X12” kimi yazılmışdır. Həmin dövlət aktında olan bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də JN-0051 Kod 40721028 saylı dövlət aktında ərizəçi “Ərizəçi” soyad, ad və ata adının “X12” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X19, X7, Ərizəçi, X20 və X9 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu AİK-nın 18 mart 1998-ci il tarixli 44 saylı qərarı əsasında İsmayıllı rayonu Vəng kəndində yerləşən 6,51 ha torpaq sahəsinin X19, X7, X12, X20 və X8 mülkiyyətinə verilməsinə dair 17 avqust 1999-cu il tarixli JN-0051 Kod 40721028 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni Ərizəçi soyadının “Qasımova”, adının “Surayyə”, ata adının “Əhməd” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X19, X7, Ərizəçi, X20 və X9 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-946/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-946/2021
15.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver