Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-95/2023 19.01.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 19 yanvar 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-2154F Kod 40701004 olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin X5, X22, X26, X21, X23, X9 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-2154F Kod 40701004 olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə onun ata adı Oktay əvəzinə səhvən Xasay, mülkiyyətçi X2 ata adı səhvən Şərəfəddin, mülkiyyətçi X1 səhvən Məlikova kimi yazılmışdır. X12 25 yanvar 2021-ci il tarixdə X17 ilə ailə quraraq ərinin soyadına uyğun İbrahimova soyadını götürmüşdür. «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə onun ata adının, digər mükiyyətçilərin soyad və ata adının düzgün yazılmaması həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Şəhadətnamədəki yanlışlığa görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona şəhadətnamədəki yanlışlığın düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə mülkiyyətçilərin soyad və ata adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və ailə üzvlərinin şəxsiyyət vəsiqələrindəki soyad və ata adları ilə şəhadətnamədəki soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X22 ifadə verərək göstərdi ki, ərizəçi onun arvadıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq onların birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-2154F Kod 40701004 olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə arvadının ata adı Oktay əvəzinə səhvən Xasay, anası X2 ata adı səhvən Şərəfəddin, qızı X1 səhvən Məlikova kimi yazılmışdır. Həmin şəhadətnamənin ərizəçiyə, ona və ailə üzvülərinə məxsus olmasını təsdiq edir. X8 şahid X22 ilə eyni məzmunlu ifadə verərək JN-2154F Kod 40701004 olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin ərizəçiyə və onun ailə üzvülərinə məxsus olmasını təsdiq etdi. Məhkəmə Ərizəçi izahatını dinləyib, şahidlərin ifadələrini və iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon VVAQ şöbəsi tərəfindən verilmiş Vİİ- ЖГ 255459 nömrəli 23 noyabr 1995-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X13 arasında 23 noyabr 1995-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Məlikov, arvada Məlikova soyadı verilmişdir. İş materiallarında olan İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 17 fevral 2016-cı il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 17 fevral 2016-cı il tarixdə İsmayıllı rayonun Mican kəndində doğulmuş, İsmayıllı şəhəri Babək küçəsi ev 19-da yaşayan şəxs Ərizəçidır. İş materiallarında olan AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 26 may 1968-ci il tarixdə doğulmuş şəxs X18r. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 393090 nömrəli 25 yanvar 2020-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X26 arasında 25 yanvar 2021-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə İbrahimov, arvada İbrahimova soyadı verilmişdir. İş materiallarında olan AZ-И seriyalı 876910 saylı Doğum haqqında şəhadətnaməninin və AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20 aprel 1997-ci il tarixdə doğulmuş şəxs X11r. İş materiallarında olan Səyyar ASAN10 tərəfindən verilmiş 06 oktyabr 2016-cı il tarixli AZE seriyalı 16435901 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 10 oktyabr 1999cu il tarixdə İsmayıllı şəhərində doğulmuş, İsmayıllı şəhəri Babaək küçəsi ev 19-da yaşayan şəxs X14r. İş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 13 mart 2010cu il tarixli AZE seriyalı 07594582 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 29 avqust 1972-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş, İsmayıllı şəhəri Babaək küçəsi ev 19-da yaşayan şəxs X10r. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 965755 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 30 dekabr 2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 055678 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X23 08 avqust 2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan JN-2154F Kod 40701004 olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamənin surətindən görünür ki, ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı X6, X22, Ərizəçi Xasay qızı, X25, X21, X23 və X3 qeyd olunmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli **********54 nömrəli məktubdan görünür ki, Ərizəçi JN-2154F nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İş materiallarında olan İsmayıllı RİHB-nın İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 15 noyabr 2022-ci il tarixli 4088 nömrəli arayışdan görünür ki, JN- 2154F KOD 40701004 nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə texniki səhv olaraq Ərizəçi Xasay qızı yazılmışdır. Doğum haqqında şəhadətnaməyə və şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi yazılmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X31 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-2154F Kod 40701004 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Beləliklə, məhkəmə iclasında Ərizəçi izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003cü il tarixli 111 nömrəli qərarına uyğun olaraq X5, Ərizəçi, X22, X26, X21, X23, X7 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş 01 mart 2006-cı il tarixli JN-2154F Kod 40701004 olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə “X5”nın ata adı “Şərəfəddin”, “Ərizəçi”nın ata adı “Xasay”, “X26”nın soyadı “Məlikova” kimi yazılmışdır. Mülkiyyətçi X26 25 yanvar 2021-ci il tarixdə X17 ilə ailə quraraq ərinin soyadına uyğun İbrahimova soyadını götürmüşdür. «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə soyadda, adda və ata adında olan yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də 01 mart 2006-cı il tarixli JN-2154F Kod 40701004 olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X5”nın ata adının “Şərəfəddin”, “Ərizəçi”nın ata adının “Xasay”, “X26”nın soyadının “Məlikova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X5 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 965755 nömrəli ölüm haqqında şəhadətnamə), X22 (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 17 fevral 2016-cı il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), Günəşli (nikahdan sonra İbrahimova) Sara Şahin qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), X21 (Səyyar ASAN10 tərəfindən verilmiş 06 oktyabr 2016-cı il tarixli AZE seriyalı 16435901 saylı şəxsiyyət vəsiqəsi), X23 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 055678 nömrəli ölüm haqqında şəhadətnamə), X9 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 13 mart 2010-cu il tarixli AZE seriyalı 07594582 saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 noyabr 2003-cü il tarixli 111 nömrəli qərarına əsasən İsmayıllı rayonun İsmayıllı şəhərində yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsinin X5, Ərizəçi, X22, X26, X21, X23, X7 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş JN-2154F Kod 40701004 olan «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədə X5”nın ata adının “Şərəfəddin”, “Ərizəçi”nın ata adının “Xasay”, “X26”nın soyadının “Məlikova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X5 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 965755 nömrəli ölüm haqqında şəhadətnamə), X22 (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi (İsmayıllı Rayon Polis Şöbəsi tərəfindən verilmiş 17 fevral 2016-cı il tarixli AZE seriyalı ******** saylı şəxsiyyət vəsiqəsi), Günəşli (nikahdan sonra İbrahimova) Sara Şahin qızı (AA seriyalı ******* saylı şəxsiyyət vəsiqəsi), X21 (Səyyar ASAN10 tərəfindən verilmiş 06 oktyabr 2016cı il tarixli AZE seriyalı 16435901 saylı şəxsiyyət vəsiqəsi), X23 (İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 055678 nömrəli ölüm haqqında şəhadətnamə), X9 (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 13 mart 2010-cu il tarixli AZE seriyalı 07594582 saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-95/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-95/2023
19.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver