Məhkəmə qərarları › İş №2(037)-959/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-959/2021

01.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-959/2021 01.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 01 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi1 (bundan sonra birinci ərizəçi) və Ərizəçi2 (bundan sonra ikinci ərizəçi) ərizə ilə müraciət edərək JN-0070 Kod 40724018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X7 və onlara məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Birinci ərizəçi izahat verərək göstərdi ki, onun və valideynlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-0070 Kod 40724018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun soyadı “Əbilli” əvəzinə “Əbilov”, adı “Xəyyam” əvəzinə “Xəyal” yazılmışdır. Anası Ərizəçi2 03 sentyabr 1994-cü il tarixdə atası ilə ailə quraraq ərinin soyadına uyğun Əbilova soyadını götürmüşdür. Onların mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında anasının soyadı “Əbilova” yazılmışdır. Atası 10 oktyabr 2005-ci il tarixdə vəfat etmişdir. Anası 19 mart 2013-cü il tarixdə Əbilova soyadını dəyişərək yenidən Salihli soyadını götürmüşdür. Dövlət aktında onun soyad və adında, anasının isə soyadında uyğunsuzluq olduğundan atasından miras qalan əmlakı adına rəsmiləşdirə bilmir. Uyğunsuzluqların aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN-0070 Kod 40724018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İkinci ərizəçi birinci ərizəçi ilə eyni məzmunlu izahat verərək JN-0070 Kod 40724018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X2 ifadə verərək göstərdi ki, birinci ərizəçi onun nəvəsi, ikinci ərizəçi isə qızıdır. Qızı Ərizəçi2 03 sentyabr 1994-cü il tarixdə ailə qurduqdan sonra ərinin soyadına uyğun “Əbilova” soyadını götürmüşdür. Onların birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunan sənəddə nəvəsinin soyad və adı “Ərizəçi1” əvəzinə “Əbilov Xəyal”, qızının soyadı isə ərinin soyadına uyğun “Əbilova” yazılmışdır. Qızının əri vəfat etdikdən sonra soyadını dəyişərək “Salihli” soyadını götürmüşdür. Qeyd edilən JN-0070 Kod 40724018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və ailə üzvünə məxsus olmasını təsdiq edir. X1 X2 ilə eyni məzmunlu ifadə verərək JN-0070 Kod 40724018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və ailə üzvünə məxsus olmasını təsdiq etdi. İ-ЖГ 452754 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X8 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZ-İİİ nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi2 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZ-İİİ nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi1 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZ-İ 008409 nömrəli adın, ata adının və soyadın dəyişdirilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, X6 19 mart 2013-cü il tarixdə soyadını Əbilovadan Salihliyə dəyişdirmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 10 aprel 2013-cü il tarixdə mülkiyyətçiyə Ərizəçi2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi1 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZ-İ 142498 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 10 oktyabr 2005-ci il tarixdə vəfat etmişdir. JN-0070 Kod 40724018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X8, Ərizəçi2 və Ərizəçi1 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi Ərizəçi2 soyadı Əbilova, mülkiyyətçi Ərizəçi1 soyadı Əbilov, adı Xəyal kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 02 sentyabr 2021-ci il tarixli **********419 nömrəli məktubdan görünür ki, birinci ərizəçi JN- 0070 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçilərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X8, Əbilova Xoşqədəm Bəxtiyar qızı və Ərizəçi1 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-0070 Kod 40724018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi1 soyadı Əbilov, adı Xəyal kimi qeyd olunmuşdur. Mülkiyyətçi Gündüz Əbilov 10 oktyabr 2005-ci il tarixdə vəfat etmişdir. İkinci ərizəçi 19 mart 2013-cü il tarixdə Əbilova soyadını dəyişərək Salihli soyadını götürmüşdür. JN-0070 Kod 40724018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçilərin soyadları və adı onların şəxsiyyətlərini təsdiq edən sənəddəki soyad və adı ilə düz gəlmədiyindən onlar miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmirlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı birinci ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-0070 Kod 40724018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədin onlara və ailə üzvünə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X13 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-0070 Kod 40724018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi Ərizəçi1 soyadının Əbilov, adının Xəyal, mülkiyyətçi Ərizəçi2 soyadının Əbilova kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından JN-0070 Kod 40724018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və ailə üzvünə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 26 may 1999-cu il tarixli JN-0070 Kod 40724018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X8, Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar