Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-961/2020 18.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı debitor borcun silinməsi və qaz sayğacının dəyəri kimi ödənilmiş pulun geri qaytarılması tələbinə dair mülki işə xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək “Cavabdeh” İstehsalat Birliyi (bundan sonra cavabdeh) tərəfindən **********03240 nömrəli abonent koduna işlənmiş 2789 kub metr təbii qazın dəyəri 557 (beş yüz əlli yeddi) manat 80 (səksən) qəpik debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının quraşdıırlmasına görə ödənilmiş 91 (doxsan bir) manat məbləğinin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşə iddiaçının iştirakı olmadan baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, yaşadığı evin qaz xəttinə qoşulmuş qaz sayğacı anası Zalikə Osmanovanın adına qeydə alınmışdır. xx xxx 2017-ci il tarixdə “Cavabdeh” İB-nin tabeçiliyində olan X8 İstismar İdarəsinin əməkdaşları tərəfindən həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək sayğac götürülmüş, əvəzində isə onların vəsaiti hesabına yeni sayğac quraşdırılmışdır. Sayğacın 91 manat dəyəri ödənilmişdir. Bir müddət sonra cavabdeh tərəfindən onlara bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın kənar təsir nəticəsində sayğacın plastmas qapağının yan tərəfdən əzildiyi qeyd edilmişdir. Ona görə də xx xxxx 2017-ci il tarixdə “təbii X3nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə qərar qəbul edilərək 2789 kub metr itirilmiş təbii qaz anasının hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi tələb edilmişdir. Anası xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra sayğacı adına rəsmiləşdirmişdir. Hazırda tələb olunan borc məbləği istehlakçı kimi iddiaçının hesabına işlənərək ondan tələb olunur. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyəri əsassız olaraq onun hesabına işlənmişdir. Qaz sayğacına heç bir müdaxilə olunmamışdır. İstifadə etdikləri təbii qazın dəyərini mütəmadi olaraq ödəmişlər. Ona görə də cavabdeh təşkilat tərəfindən onun hesabına vurulmuş 557,8 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının quraşdıırlmasına görə ödənilmiş 91 manat məbləğinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbinə qarşı etiraz göndərərək göstərmişdir ki, xx xxx 2017-ci il tarixdə “Cavabdeh” İB-nin X8 X1 Xidmət Sahəsinin əməkdaşları tərəfindən iddiaçının İsmayıllı rayonun Mican kəndində yerləşən yaşayış evinin qaz xəttinə qoşulmuş qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərmək məqsədi ilə açılaraq götürülmüşdür. Bununla bağlı həmin tarixdə ******* nömrəli akt tərtib edilmişdir. Tərtib olunmuş aktı abonent imzalamışdır. Açılmış Elster-G4 markalı ******* nömrəli qaz sayğacı yoxlamadan keçmiş və DNŞ İTRİ tərəfindən tərtib edilmiş 29/1710-00704-1 nömrəli aktda sayğacın kənar təsir nəticəsində sayğacın plastmas qapağının yan tərəfdən əzildiyi qeyd edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2017-ci il tarixli ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı abonent imzalamamışdır. Akta əsasən xx xxxx 2017-ci il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə qəbul edilərək 2789 kub.metr itirilmiş qazın dəyəri 557,8 manat məbləği hesablanaraq iddiaçının abonent bazasındakı koduna vurulmuşdur. İddiaçının abonent koduna hesablanaraq vurulmuş məbləğ sayğacın düzgün işləməməsi nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Ona görə də iddiaçının iddia tələbini əsassız hesab edərək həmin tələbin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. İ-ИЕ 661649 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 İddiaçı oğunun anasıdır. AZ-İ 895315 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən xx xxx 2017-ci il tarixdə iddiaçının yaşadığı İsmayıllı rayonun Mican kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X3na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı abonent imzalamışdır. “Cavabdeh” İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş MSK 23/1710-00704-1 nömrəli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca xx xxxx 2017-ci il tarixdə İnformasiya Texnologiyaları və X5 və məişət qaz sayğacların kalibrləmə laboratoriyasında baxış keçirilərkən sayğacın kənar təsir nəticəsində sayğacın plastmas qapağının yan tərəfdən əzildiyi aşkar edilmişdir. “Cavabdeh” İB-nin “Təbii X3nın pozulması haqqında” xx xxxx 2017-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi və 1 ədəd həcmli su qızdırıcı vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş akt abonent tərəfindən imzalanmamışdır. “Cavabdeh” İB-nin X8 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2017-ci il tarixli qərarın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2789 kub metr müəyyən edilmiş və həmçinin sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. xx xxxxxx 2017-ci il və xx xxxx 2018-ci il tarixli qəbzlərinin surətlərindən görünür ki, iddiaçı tərəfindən qaz sayğacının quraşdırılmasına görə “Cavabdeh” İBnin Ağsu RQİİ-nin İsmayıllı XS-nin hesabına 91 (doxsan bir) manat məbləğində vəsait ödənilmişdir. xx xxxxxxx 2020-ci il tarixli abonentin saldosundan görünür ki, 2019-cu ilin iyul ayının sonuna iddiaçının **********03240 nömrəli abonent koduna 557,8 manat borc vurulmuşdur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Cavabdeh” İB-nin əməkdaşları tərəfindən xx xxx 2017-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X3na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə iddiaçının vəsaiti hesabına yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı abonent imzalamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğaca laboratoriyada baxış keçirilərkən kənar təsir nəticəsində sayğacın plastmas qapağının yan tərəfdən əzildiyi aşkar edilmişdir. Bununla əlaqədar abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair xx xxxx 2017-ci il tarixli ******* nömrəli “Təbii X3nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Cavabdeh” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş aktı abonent imzalamamışdır. “Cavabdeh” İB-nin X8 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş xx xxxx 2017-ci il tarixli qərara əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2789 kub metr müəyyən edilmişdir. İddiaçının anası Zalikə Osmanova xx xxxxxx 2017-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra iddiaçı sayğacı adına rəsmiləşdirmişdir. İddiaçı cavabdeh tərəfindən abonent koduna vurulmuş 557,8 manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 91 manat məbləğinin geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbini əsassız etdiyindən rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. “X3”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə cavabdehin nümayəndəsinin etirazında göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində 2789 kub metr miqdarında, yəni 557,8 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş həmin təbii qazın istehlakçının hesabına işlənməsi və ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, “Cavabdeh” İB tərəfindən iddiaçının hesabına işlənmiş 2789 kub metr itirilmiş təbii qazın dəyəri 557,8 manat debitor borcun silinməsi və qaz sayğacının quraşdırılmasına görə ödənilmiş 91 manat məbləğinin iddiaçıya qaytarılması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyidən 30 (otuz) manat dövlət rüsumu tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi təmin edilsin. “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı **********03240 nömrəli abonent koduna vurulmuş 2789 kub metr təbii qazın dəyəri 557 (beş yüz əlli yeddi) manat 80 (səksən) qəpik debitor borc məbləği silinsin. Dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 91 (doxsan bir) manat məbləği İddiaçı qaytarılsın. “Cavabdeh” İstehsalat Birliyindən 30 (otuz) manat dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-961/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-961/2020
18.12.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver