Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-964/2024 02.09.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək Cavabdeh (bundan sonra cavabdeh) tərəfindən **********00700 nömrəli abonent koduna işlənmiş 13807 kub metr təbii qazın dəyəri 1656 (bir min altı yüz əlli altı) manat 72 (yetmiş iki) qəpik borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək göstərdi ki, 12 yanvar 2024cü il tarixdə Cavabdeh tabeçiliyində olan X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan ZENER markalı **********7 nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. Qaz sayğacının çıxarılması zamanı evdə olmamış, onlara bu barədə məlumat və heç bir sənəd verilməmişdir. Cavabdeh tərəfindən 20 gün sonra tərtib olunmuş 01 fevral 2024-cü il tarixli təbii X1nın pozulması haqqında ******* nömrəli aktda ona məxsus fərdi yaşayış evində qaz sayğacı üfüqi vəziyyətə gətirildiyi üçün işləmədiyi göstərilmişdir. Halbuki o sayğaca müdaxilə etməmiş, sayğacdan kənar heç bir qanunsuz xətt çəkdirməmiş, qaz xəttinə əlavə qoşulmamışdır. Qaz idarəsinin əməkdaşlarının nəyə görə bu nəticəyə gəldiklərini bilmir. Əgər belə hal aşkar olunmuşdusa nəyə görə dərhal deyil, 20 gündən sonra belə bir akt tərtib olunmuşdur. İstər aparılan yoxlamalar zamanı, istərsədə akt tərtib olunan zaman iştirakı təmin olunmayıb. Bildiriş aldığı vaxt borc rəqəmini yüksək görüb bu barədə maraqlananda bildirilmişdir ki, guya sayğacı yerindən qaldıraraq üfiqi vəziyyətə gətirmiş və bunun nəticəsində də sayğac sərfiyatı qeydə almamışdır. Bu hal tamamilə yalandır. Qaz sayğacı 12 yanvar 2024-cü il tarixdə dəyişdirilmişdir. “Təbii X1nın pozulması haqqında” ******* nömrəli akt 01 fevral 2024-cü il tarixdə, dəymiş ziyanın bərpasına dair tələbnamə 02 fevral 2024-cü il tarixdə tərtib olunduğu halda cavabdeh təşkilat hansı əsasla 13807 kub metr itirilmiş təbii qaz və həmin miqdarda təbii qazın dəyəri olan 1656,72 manat debitor borc məbləğini onun hesabına 2024-cü ilin yanvar ayı üzrə vurmuşdur. Belə çıxır ki, Qaz idarəsinin əməkdaşları itirilmiş təbii qazın miqdarını və dəyərinı əvvəlcədən bilirlər və istədikləri məbləği istehlakçıların abonent koduna işləyirlər. O və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə edilməmışdir. Cavabdehin onların sayğaca hər hansı formada müdaxilə etmələrini təsdiq edən sübutları da ola bilməz. Bundan başqa tərtib olunmuş aktda təmir və bərkidilmə işlərinin aparılması göstərilsə də, sonradan onların həyətinə gələn olmayıbdır. Cavabdeh təşkilat tərəfindən hesabına vurulmuş 1656,72 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə və iddia tələbinə etiraz göndərərək işə iştirakı olmadan baxılaraq iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. Cavabdehin nümayəndəsi etiraz ərizəsində göstərmişdir ki, cavabdehin hesablanmış 1656,2 manat borc məbləğinin silinməsinə dair iddia tələbi əsassızdır və təmin edilməməlidir. Belə ki, 01 fevral 2024-cü il tarixində ”Azəriqaz” İstehsalat Birliyinin əməkdaşları İsmayıllı rayonu İsmayıllı kəndində yaşayan İddiaçı fərdi yaşayış evinə baxış keçirərkən mənzildə quraşdırılmış qaz sayğacının üfüqi vəziyyətə gətirldiyini və bu zaman da sayğacın keçən qazı qeydə almadığını aşkar etmişlər. Bununla bağlı 01 fevral 2024-cü tarixli ******* nömrəli ”Təbii X1nın pozulması haqqında” akt tərtib edərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nə göndərmişlər. 01 fevral 2024-cü tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akta əsasən 02 fevral 2024-cü il tarixdə Cavabdeh İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə akt tərtib edilərək cavabdehin İsmayıllı XS-nin abonent bazasındakı **********00700 nömrəli abonent koduna 13807 m3 - 1656,72 məbləğində itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Cavabdehin abonent koduna hesablanaraq vurulmuş 1656,72 məbləğ, sayğacın üfüqi vəziyyətə gətirilərək təbii qazdan qanunsuz olaraq istifadə nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. İddiaçı ilə Göyçay Xidmət Sahəsi arasında bağlanmış təbii qazın alqısatqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən İstehlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli X1 haqqında Qərarın 6.5-ci bəndinə əsasən təbii qazdan qanunsuz istifadə halları aşkar edildikdə, qaz paylayıcısı abonentə qazın verilişini dərhal dayandırmalı və dəymiş zərərin ödənilməsini həmin şəxsdən tələb etməlidir. Ona görə də iddia ərizəsinin əsassız hesab edilərək iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İş materiallarına əlavə edilmiş -Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilən 12 yanvar 2024-cü il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən iddiaçının İsmayıllı şəhəri keçmiş Yuxarıbaş kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. - Cavabdeh İB-nin “Təbii X1nın pozulması haqqında” 01 fevral 2024-cü il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin sayğacı üfüqü vəzəiyyətə qaldıraraq sərfiyyatı dayandırdığı, sayğacın üfüqü qalxanda işləmədiyi aşkar olunmuşdur. Sayğacın açılaraq təlimata uyğun quraşdıırlması və dəymiş ziyanın hesablanması tələb olumuşdur. İddiaçının aktı imzalamaqdan imtina etdiyi qeyd olunmuşdur. - Cavabdeh İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 02 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 13807 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. - 10 iyun 2024-cü il tarixli abonentin saldosundan görünür ki, 2024-cü ilin yanvar ayının sonuna iddiaçının **********00700 nömrəli abonent koduna 13807 m3 təbii qazın dəyəri 1656,72 manat borc vurulmuşdur. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən 12 yanvar 2024-cü il tarixli iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən akta əsasən **********7 nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. “Təbii X1nın pozulması haqqında” 01 fevral 2024-cü il tarixdə tərtib olunmuş ******* nömrəli aktda iddiaçının yaşadığı evin qaz xəttinə baxış keçirilən zaman abonentin sayğacı üfüqü vəzəiyyətə qaldıraraq sərfiyyatı dayandırdığı, belə vəziyyətdə olduqda işləmədiyi qeyd olunmuşdur. İddiaçı aktı imzalamamışdır. Həmin akt itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə Cavabdeh İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Cavabdeh İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 02 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 13807 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı cavabdeh tərəfindən hesabına işlənmiş 1656,72 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbinin təmin olunmaması barədə qərar qəbul olunmasını xahiş etmişdir. “X1”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Məhkəmə iddia tələbinə münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış **********7 nömrəli sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi və yaxud da sayğacdan kənar xəttin çəkildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək cavabdeh təşkilatın səlahiyyətlərinə aid olduğundan, habelə həmin sayğaca cavabdeh təşkilatın əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddət ərzində yəni 12 yanvar 2024-cü iltarixdən 01 fevral 2024cü il tarixədək 13807 kub metr miqdarında, 1656,72 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan başqa iş üzrə göründüyü kimi iddiaçının istifadəsində olan qaz sayğacı 12 yanvar 2024-cü il tarixdə dəyişdirilmişdir. Bundan 20 gün sonra cavabdeh təşkilat tərəfindən 01 fevral 2024-cü il tarixdə “Təbii X1nın pozulması haqqında” ******* nömrəli akt, 02 fevral 2024-cü il tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib olunaraq dəymiş ziyanin miqdarı 1656,72 manat müəyyən edilmişdir. Həmin məbləğin iddiaçının **********00700 nömrəli abonent koduna hansı əsasla 2024-cü ilin yanvar ayının sonuna vurulması isə müəyyən deyildir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına hər hansı formada müdaxilə edilməsi sübut olunmadığından itirilmiş təbii qazın onun hesabına işlənməsi və həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə borcun ondan tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, Cavabdeh İB tərəfindən iddiaçının hesabına işlənmiş 13807 kub metr itirilmiş təbii qazın dəyəri 1656,72 manat borcun silinməsi barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci bəndinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə əsasən məhkəmə qərara gəlir ki, hazırki iş üzrə iddia tələbinin təmin edilmiş məbləği 1656,72 manat olduğundan cavabdehdən həmin məbləğə uyğun olaraq 36,57 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00700 nömrəli abonent koduna vurulmuş 13807 kub metr təbii qazın dəyəri 1656 (bir min altı yüz əlli altı) manat 72 (yetmiş iki) qəpik borc məbləği silinsin. Cavabdehndən 36 (otuz altı) manat 57 (əlli yeddi) qəpik dövlət rüsumu məbləği alınaraq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-964/2024
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-964/2024
02.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver