Məhkəmə qərarları › İş №2(037)-966/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-966/2023

06.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-966/2023 06.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə İddiaçı cavabdehlər İsmayıllı rayon Notariat Ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və X11 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab olunması, onun əsasında verilmiş çıxarışların ləğv olunması və mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki işə 06 dekabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 fevral 2021-ci il tarixdə cavabdeh X7 adına verilmiş 2V-61 saylı "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsi və onun atası X12 miras qalmış əmlakının, İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən fərdi yaşayış evinin və birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin və JN-182 KOD 40718028 olan Dövlət Aktı ilə birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin atasının mülkiyyətində olan hissəsini faktiki qəbul etməsinin müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yaşayır. Cavabdeh Cavanşir İbadov qardaşıdır. X47 xx.xx.1979-cu ildə, X52 isə xx.xx.2007-ci il tarixdə vəfat etmişlər.Mərhum atasından İsmayıllı rayonu Aşıqbayramlı kəndində ailə başçısı X52 olmaqla, qızı İlahə Babayevanın ümumi birgə mülkiyətində qeydiyyat nömrəsi ********** olan, 0.18 hektar həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən, atasına məxsus reyestr nömrəsi **********3810301 olan ümumi sahəsi 88.8 olan,bir mərtəbəli,fərdi yaşayış evi və həmin kənddə İsmayıllı rayon AİK-nın xx.xx.1998-ci il tarixli 37 saylı qərarı ilə ayrılaraq qızı İlahə Babayeva ila birgə mülkiyətlərinə verilmiş JN-182 KOD 40718028 olan Dövlət Aktına əsasən 0,52 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qalmışdır. X52 xx.xx.2007-ci il tarixdə vəfat edəndə atası ilə birlikdə o və ailəsi yaşamış və atasına ömürün son illərində o və ailəsi baxmışdır. X47 xx.xx.1979-cu ildə vəfat etmişdir. Atası 1998-ci illərdə qardaşı Cavanşirə öz kəndlərində ev tikərək ayırmış və ata yurdunda həmişə o qalmışdır. Özü hərbiçi olmaqla müxtəlif yerlərdə işləsə də ailəsi, şəxsən qızı İlahə İbadova həmişə atası ilə bir ünvanda qeydiyyatda olmaqla orada yaşamışlar, üç övladı Aşıqbayramlı kənd tam orta mektəbini oxumuşlar və bütün kənd əhli bilir ki,ata yurdunda onun sağlığında o ailəsi ilə birlikdə yaşamışdır və atasının vəfatından sonrada ondan miras qalan evi, həyətyanı torpaq sahəsini və kənd təsərrüfatı təyinatlı torpaq sahəsini o faktiki qəbul edərək idarə etmiş, əkib-becərmiş, fərdi yaşayış evini təzədən təmir edərək,tikərək ümumi sahəsini artırmışdır. Cavabdeh olan X37 isə ailəli olmaqla öz ailəsi ilə özünə məxsus olan evdə yaşamışdır.Atası vəfat etdikdan sonra ailəsi ilə birlikdə həmin evdə yaşayaraq, qızı həmin evdə qeydiyyatda olmaqla, torpaq sahələri atası ilə birgə mülkiyyətlərində olmaqla miras əmlakını faktiki qəbul edərək qoruyub saxlamış, həyətyanı torpaq sahəsindən istifadə etmiş, evdə yaşamış, tikib yenidən təmir etmiş, pay torpaq sahəsini əkib-becərmişdir. İsmayıllı RİHB-nin Aşıqbayramlı İƏD üzrə nümayəndəsi Mənsur Nuhovun, İsmayıllı rayon Aşıqbayramlı Bələdiyyəsinin sədri Kamran Əliyevin, həmin kənd X27,həmin evlə qonşu olan Şəhanə İbadova və Şamxal İbadovun iştirakı ilə tərtib edilmiş 23 iyun 2023-cü il tarixli Aktdan göründüyü kimi atasından miras qalmış İsmayıllı rayonu,Aşıqbayramlı kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsində və həmin torpaq sahəsində yerləşən bir mərtəbəli 3 otaqlı X52a məxsus olmuş fərdi yaşayış evində atasının sağlığında və onun vəfatından sonra da ailəsi ilə birlikdə yaşamışlar və hal-hazırda da yaşayırlar. İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəliyin 23 iyun 2023-cü il tarixli 220 saylı arayışında da göstərilir ki, atasından miras qalmış ev qardaşı Cavanşir tərəfindən adına rəsmiləşdirilsə də həmin evdə o ailəsi ilə birlikdə həmişə yaşamış və hal-hazırda da yaşayır. 2021-ci ildə o cavabdeh olan qardaşı Cavanşirə 1100 manat pul verərək xahiş elədi ki, işi ilə əlaqədar vaxtı olmadığı üçün,miras əmlakını, yəni faktiki onun mülkiyyəti olan fərdi yaşayış evini adına sənədləşdirilməsinə köməklik göstərsin və qardaşı ona bildirdi ki, nə qədər torpaq sahəsinin bir hissəsi atasının adınadır, ona görə ev və həyətyanı torpaq sahəsi vahid daşınmaz əmlak kimi atasının əmlakı kimi qeydiyyata alınmalıdır və sonra vərəsəlik yolu ilə miras əmlak kimi adına rəsmiləşdirər. Həmin vaxt onlar qardaşlar kimi çox mehriban olmuşlar və o heç bir vaxt inanmazdı ki, qardaşı onu aldadar. O, Cavanşirin doğma qardaşı olduğu üçün və özünün də bildiyi kimi atadan qalma evi təkrar sökərək yeni müasir formalı evə çevirdiyi və orada o və ailəsi yaşadığı üçün, miras əmlakını faktiki onun tərəfindən qəbul edildiyini hamı bildiyi üçün, ona inanmış və onunla razılaşmışdır ki, əmlakı birinci vahid əmlak kimi atasının adına rəsmiləşdirsin və sonra onun adına keçirsin. 2023-cü ilin aprel ayına kimi bu gün, sabah deyərək qardaşı Cavanşir onu aldatmış və sonradan ona aydın oldu ki, qardaşı 16 fevral 2021-ci ildə İsmayıllı rayon Notariat Ofisindən 2V-61 saylı öz adına "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almış və miras əmlakını, yəni İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən qızı İlahə Babayeva ilə X52un birgə mülkiyyətində olan 0.18 hektar həyətyanı torpaq sahəsinin atasının mülkiyyətində olan hissəsinə və artıq onun tərəfindən tikilmiş fərdi yaşayış evinə atasından qalma mülkiyyət kimi Çıxarış almışdır. Qeyd etdiyi kimi miras əmlakını o qanunla müəyyən olunmuş vaxt ərzində qəbul etmiş, cavabdeh Cavanşir İbadov isə qanunla müəyyən olunmuş vaxt ərzində, nə də ondan sonra miras əmlakını qəbul etməyib, ona görə də onun adına atasından miras qalmış əmlak üçün 16 fevral 2021-ci il tarixlərində İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş 2V-61 saylı "Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə və onun əsasında verilmiş Çıxarış ləğv olunmalıdır və miras əmlakının onun tərəfindən qəbul olunması faktı müəyyən olunmalıdır.Qanunda birmənalı şəkildə qeyd olunur ki,notarius qanuni vərəsəlik zamanı vərəsəlik şəhadətnaməsi verərək,şəhadətnamə alan vərəsələrdən başqa vərəsələrin olubolmamasını və əgər vardırsa,onların yazılı razılığının olub-olmamasını müəyyən etməlidir. X37 atası vəfat edən zaman və sonrakı müddətdə miras əmlakında yaşamamış,miras əmlakını faktiki qəbul etməmiş,onun adına vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən və həmin şəhadətnamə əsasında çıxarış əldə etməsindən 2023-cü ilin aprel ayında xəbər tutmuş və qanunsuz sənədlərin ləğv olunması üçün məhkəməyə müraciət etmişdir. O, 16 fevral 2021-ci il tarixdə cavabdeh X7 adına verilmiş 2V-61 saylı "Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab edilməsi, həmin şəhadətnamə əsasında verilmiş mülkiyyət hüququna dair Çıxarışın ləğv edilməsi və onun atası X12 miras qalmış əmlakının, İsmayıllı rayonu Aşıqbayramlı kəndində yerləşən fərdi yaşayış evinin və birgə mülkiyyətdə olan həyətyanı torpaq sahəsinin və JN-182 KOD 40718028 olan Dövlət Aktı ilə birgə mülkiyyətdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin atasının mülkiyyətində olan hissəsini faktiki qəbul etməsinin müəyyən olunması barədə qətnamə qəbul olunmasını xahiş edir. İddiaçı nümayəndəsi/vəkil X8 məhkəmə iclasında iddia tələbini müdafiə etdiyini bildirdi və İddiaçı ilə eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X19 iddianı qəbul etmədi və izahat verərək göstərdi ki, İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yaşayır. İddiaçı qardaşıdır. O, 1980-ci ilin noyabr ayında hərbi xidmətdən təxris olunmuşdur.Hərbi xidmətdən qayıdanda artıq X47 vəfat etmişdir. X52 isə İİ qrup əlil idi. X47 vəfat edəndən sonra X52 Hava Lətifova adlı bir qadınla ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından övladları olmamışdır. O, ailəsi və X52 və ögey anası Hava Lətifova ilə birgə yaşamışdır. Ögey anası 1995-ci ilin yanvar ayında vəfat etmişdir. Atası İİ qrup əlil olduğu üçün bütün dəfn və hüzr xərclərin o çəkmişdir. Bunları sübut olaraq İsmayıllı Rayon Məhkəməsinin 02 aprel 2013-cü il tarixli, 2(037)-114/2013 saylı qətnaməsi ilə təsdiq olunmuşdur. İddiaçı bildirir ki, güya atası 1998-ci ildə ona ev tikmiş və onu ayırmış, iddiaçı isə atası ilə birgə yaşamışdır. Bildirir ki, 1998-ci ildə İİ qrup əlil 70 yaşlı təqaüdçü olan bir adam necə ev tikibdir. O öz evini ailə büdcəsi əsasında tikmiş,hal-hazırda da evinin tikintisini bitirməmişdir. Sonra bildirir ki, güya ata yurdunda İddiaçı yaşayıbdır. Həmin vaxtda İddiaçı Mingəçevir şəhərində X18 Stansiyasında işləyirdi. İddiaçı 1975-ci ildən hal-hazıra kimi Mingəçevir şəhəri,C.Əliyev küçəsi, ev 9-A,mənzil 47də 4 otaqlı evdə yaşayıbdır.Orada ailə həyatı qurubdur. Övladları da orada doğulub,orada yaşayıbdır. İddiaçı ailəsi ilə birlikdə Mingəçevir şəhərində işləyibdir. Onlar hər gün işə getdikləri halda Aşıqbayram kəndində necə yaşaya bilər.Ona görə də, onun bu barədə qaldırdığı iddia qanunsuzdur. İddiaçı bildirir ki,həyətyanı torpağı və pay topağı əkib becərmişdir. Hər gün Mingəçevir şəhərində işə gedən bir adam və həmin anda Aşıqbayramlı kəndində necə peyda olurmuş. Əkib becərdiyi sahələrə kim xidmət edirmiş. İddiaçının ərizəsində yer alan İsmayıllı RİHB-nın Aşıqbayramlı İƏD üzrə nümayəndəsi Mənsur Nuhovun,İsmayıllı rayon Aşıqbayramlı kənd bələdiyyəsinin sədri Kamran Əliyevin, kənd ağsaqqalı kimi göstərdiyi Sahib Rəhimovun (50 ilə yaxın xarici ölkədə yaşayıb və bu müddət ərzində Azərbaycana gəlməyib, söylədiyi ifadə iddiaçının məqsədinə xidmət edir), həmin evlə qonşu kimi göstərilən Şəhanə İbadova adında adam yaşamır, Şamxal İbadovun iştirakı ilə tərtib edilmiş 23 iyun 2023-cü il tarixli AKT-a da öz münasibətini bildirərək qeyd edir ki, AKT-da göstərilib ki, İddiaçı atasının sağlığında və ölümündən sonra Aşıqbayramlı kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsində yerləşən bir mərtəbəli 3 otaqlı evdə yaşayıbdır. Bununla əlaqədar nümayəndəliyin 23 iyun 2023-cü il tarixli 220 saylı arayışını qəbul etmir. Buna sübut olaraq bildirir ki, İddiaçı 2023-cü ilin əvvəllərində əmək fəaliyyətinə xitam verilibdir.1975-ci ildən 2023-cü ilin əvvəllərinə kimi Mingəçevir şəhərində yaşayıb və işləyibdir.1982-ci ildə ailə həyatı qurubdur.Həyat yoldaşı və özü əmək fəaliyyəti ilə məşğul olublar.Övladları da orada ailə həyatı qurublar (toyları da Mingəçevir şəhərində keçirilib) və orada müxtəlif işlərdə çalışıblar. Qızı isə 2008-ci ildə ailə həyatı qurub ayrı yaşayıbdır. İddiaçı iddiasında bildirir ki, güya 2021-ci ildə ona 1100 manat pul veribdir. Burdan artıq sual yaranır ki, əgər İddiaçı İsmayıllı rayonunda yaşayırdısa iddia etdiyi (hansı senədə əsasən) öz mülkiyyətini sənədləşdirə bilmirdi. İddiaçı iddiasına görə güya ona məxsus olan evin sənədləşməsini ona həvalə edibdir. Sual yaranır ki, hansı etibarnamə əsasında.2012-ci ildə Sədyar İbadova məxsus mirasdan notarial qaydada imtina etmiş bir adam 2021-ci ildə niyə ona pul verib və yalan iddia qaldıraraq hüquq müdafiyəçisi olan məhkəməni aldadır. İddiaçı öz iddiasında açıq şəkildə bildirir ki, evdə söküntü işləri aparmış və buda qanunla ona məxsus evin sökülməsi deməkdir. Dəfələrlə milli dəyərlərimizi əsas götürərək (qardaşı olması) hüquq mühafizə orqanlarının vasitəsi ilə deyil şifahi xəbərdarlıq etmiş və bu yoldan çəkinməsini xahiş və tələb etmişdir. Buna baxmayaraq söküntü işlərini davam etdirərək ona məxsus evi və kənd təsərrüfatı məqsədi ilə olan tövləni tamami ilə sökübdür. İddiaçı heç bir hüququ əsası olmadan irəli sürdüyü iddiasında bildirir ki, qanunla müəyyən olunmuş vaxt ərzində mirası qəbul etmişdir. Burada hansı dövlət qurumunun təyin etdiyi qanundan söhbət gedir.Həmçinin iddiaçının bildirdiyinə görə o qanunla müəyyən olunmuş vaxt ərzində nə də ondan sonra miras əmlakını qəbul etməmişdir. İddiaçı hansı qanuni əsasla əmlakın ona təklif olunduğunu və onun imtina etdiyini söyləyir. İddiaçı özünü vərəsə sahibi sayırdısa nə üçün atasına və ögey anasına məxsus SSRİ Əmanət Bankının 3443 nömrəli İsmayıllı rayon əmanət bankına qoyulmuş pulu götürə bilməyibdir. Həmçinin atası ilə yaşadığını iddia etdiyi halda atası bütün mirası ona nə üçün həvalə etməyibdir. Bunların hər biri sual yaradır. Əmanət banklarında olan pulu əmanət sahibi vəfat etdiyi halda əmanəti onun qanunla müəyyən olunmuş varisi götürmək hüququna sahib idi. Qanunun aliliyinə kölgə salan iddiaçı atasına məxsus əmlakı 16 fevral 2021-ci il tarixində İsmayıllı Notariat ofisi tərəfindən ona hüquq verilmiş 2V-61 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə və onun əsasında verilmiş çıxarışın ləğv olunmasını iddia edir. Bu iddiaya cavab olaraq bildirir ki, Azərbaycan Respublikasının Qanunun aliliyini əsas götürərək bütün prosesləri qanun çərçivəsində həll etmişdir. Buna sübut olaraq bildirir ki, Mingəçevir şəhəri C.Əliyev küçəsi ev 9-A,mənzil 47-də qeydiyyatda olan İddiaçı İsmayıllı rayon X22 məxsus mirası qəbul etmədiyinə və etməyəcəyinə dair ərizə ilə müraciət etmişdir. Ərizə 11 dekabr 2012-ci ildə Mingəçevir şəhəri Notariusu tərəfindən təsdiq edilmişdir. İddiaçı xasiyyətinə bələd olduğu üçün qanunla vərəsəlik hüququnu özündə əks etdirən bütün prosesləri 11 dekabr 2012-ci il tarixdə İddiaçı Notarial qaydada əmlakdan imtinası təsdiq olunmuş ərizəsindən sonra icra etmişdir. Həmin imtina ərizəsinin təsdiqindən sonra Notarial və Məhkəmə müstəvisində proseslərin icrasına başlamışdır. 2012-ci ilin dekabr ayında məhkəməyə müraciət etmişdir. Onun müraciətinin əsasında İsmayıllı rayon Məhkəməsi 02 aprel 2013-cü ildə qətnamə çıxarıbdır.Qətnaməyə əsasən onun hüququ əsas qazanandan sonra atasına məxsus olan pulu götürərək övladlar arasında bərabər bölmüşdür.Ögey anası Hava Lətifovaya məxsus pulu götürdükdən sonra həmin pulla Hava Lətifovanın uçmuş qəbir daşını təmir etmişdir. Bu proseslərin ardı olaraq İsmayıllı rayon Məhkəməsinin hüquqi varisliyini təsdiq edən qatnaməsinə əsasən 2019-cu il tarixdə məhkəməyə müraciət etmişdir. Müraciətinə səbəb X52 və atası ilə bərabər torpaq mülkiyyətində olan İlahə İbadovanın adında olan texniki səhvlər olmuşdur. Bütün proseslərin son nəticəsi olaraq 02 mart 2021-ci il tarixdə fərdi yaşayış evinə məxsus Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsi tərəfindən texniki pasport,həmçinin 03 mart 2021ci il tarixda Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindan Çıxarış almışdır.Hal-hazırkı vaxtadək öz əmlakına yaxın gedə bilmir.O, iddiaçının iddia tələbini əsassız hesab edir və rədd edilməsini xahiş edir. Cavabdehlər İsmayıllı rayon Notariat Ofisinə və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə məhkəmə bildirişləri göndərilmiş, lakin cavabdehlər İsmayıllı rayon Notariat Ofisi və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi səlahiyyətli nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən işə cavabdehlər İsmayıllı rayon Notariat Ofisinin və “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsinin səlahiyyətli nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X23 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yaşayır.İddiaçı və cavabdeh hər ikisi əmiləridir. Əmiləri aralarında olan mülk məsələsini məhkəmədə deyil, öz aralarında həll etməlidirlər. Evə 30 ildir ki, əmisi İlham baxır. Evdə əmisi İlham yaşayıbdır və aparılmış təmir tikinti işlərinin xərcini əmisi İlham özü çəkibdir. O, usta kimi həmin evdə işləmişdir. Evdə usta kimi işləməsinə görə zəhmət haqqını əmisi İlham veribdir. Ev əmisi İlhamındır. Cavanşir əmisinin ayrıca həyəti və evi vardır.Bu işdə haqlı İlham əmisidir.İlham əmisi babasına baxıb,evi remont etdirib və orada yaşayıbdır.Cavanşir əmisi həmin müddət ərzində öz evində yaşayıbdır. Cavanşir əmisinin evinə köçməsinə o köməklik etmişdir.Cavanşir əmisi evdə usta kimi işləyib və usta pulunu əmisi İlham veribdir. Evə əmisi İlham təxminən 30000-40000 manat xərc çəkibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayır. İddiaçı qaynının qaynatasıdır. Cavabdehi isə iddiaçının qardaşı kimi tanımışdır.İddiaçı onu həyətdə təmir-tikinti işləri görmək üçün dəvət edibdir.O da iddiaçıya məxsus evdə təmir-tikinti işləri görmüşdür.Belə ki, evin qabağında olan tikili sökülərək evin qarşısı səliqəyə salınmışdır.Evin içində hamam və tualet inşa olunubdur. Ondan qabaq evin damı sökülüb yenisi ilə əvəz olunubdur. O, evdə müəyyən vaxtlarda hissə-hissə təmir-tikinti işləri görmüşdür. Evdə təmir-tikinti işləri görərkən iddiaçının qardaşı oğlu Şamxal ona çay gətirmişdir. Evdə təmir-tikinti işləri görərkən zəhmət haqqını iddiaçı veribdir. Evə İlham tərəfindən təxminən 30000-40000 manat məbləğində xərc çəkilibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X31 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu,Aşıqbayramlı kəndində yaşayır. İddiaçı İlham atası, cavabdeh Cavanşir isə əmisidir. O,Aşıqbayram kənd tam orta məktəbdə təhsil almışdır. Atası evi sökdürüb yenidən tikdiribdir. Əmisi ona sənədlərə qol çəkməyini bildirdi və o da əmisinə inanıb sənədlərə qol çəkmişdir. Mübahisəli həyətdə payının olmasını sonradan bilmişdir. Evdə təmir-tikinti işləri görərkən ustaların zəhmət haqqını atası veribdir. Evə atası tərəfindən təxminən 30000-40000 manat məbləğində xərc çəkilibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadə verərək göstərdi ki, Bakı şəhəri,Həsənoğlu küçəsi ev 2,mənzil 6-da yaşayır. İddiaçı və cavabdeh hər ikisi qardaşlarıdır. Əvvəl istəmir ki, iş belə olsun. Onun üçün qaranlıqdır. O, qardaşlarına dedi ki,bu işdən əl çəkin. Qardaşı İlhamın uşaqları kənddə anadan olublar. İlham özü isə Mingəçevir şəhərində işləyibdir. Qardaşı Cavanşir 1998-ci ildən özünə məxsus evə köçübdür. Ev atasının olubdur. Evdə İlham yaşayıbdır. Ev onların ata yurdlarıdır. Evi atası tikibdir. Sonradan qardaşı İlham evi sökdürüb yenidən tikdiribdir. Evin tikintisinə qardaşı İlham tərəfindən təxminən 50000 manata yaxın xərc çəkilibdir. O, həyəti İlhamın evi kimi tanıyır. Cavanşir evdə usta kimi işləyib və zəhmət haqqını İlham veribdir. İlham bir qardaş kimi Cavanşirə etibar edibdir. Cavanşir də etibardan istifadə edib evi öz adına sənədləşdiribdir. Atasına İlham baxıbdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadə verərək göstərdi ki, Mingəçevir şəhərində qeydiyyatda olmaqla İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yaşayır.İddiaçı əri, cavabdeh isə qaynıdır.Əvvəl əri işi ilə bağlı Mingəçevir şəhərində yaşamışdır. Qaynatasına baxmaq üçün əri və uşaqları ilə birlikdə 1998-ci ildə İsmayıllı rayonu, Aşıqbayramlı kəndinə köçərək orada yaşamışlar və hazırda da həmin evdə yaşayırlar.Cavanşir həmin vaxt özünə məxsus evdə yaşayırdı. Evə təxminən əri İlham tərəfindən 50000 manat xərc çəkilibdir. Cavanşir evdə usta kimi işləyibdir və haqqını əri İlham veribdir. Həyəti əri İlhamın evi kimi tanıyır. 1998-ci ildən kənddə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Mican kəndində yaşayır. İlhamla müharibədə bir yerdə olmuşlar. İlham onun komandiri olubdur. Cavanşiri İlhamın qardaşı kimi tanıyır. İlham evi düzəltdirərək təmir etdiribdir. O, bilir ki, həyətdə İlham yaşayıbdır. Evdə təmir gedərkən material gətirmişdir. O, həyətə gələrkən evdə İlhamın yaşadığını görmüşdür.Çünki müharibədən sonra İlhamla görüşmək üçün həyətə gəlmiş və həyətdə İlhamın yaşadığını görmüşdür.Əvvəlki evlə hazırkı ev arasında fərq çoxdur. Evə İlham tərəfindən təxminən 60000-70000 manat xərc çəkilibdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X32 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yaşayır.İddiaçı və cavabdeh hər ikisi anasının dayısı uşaqlarıdır.İlhamın yaşadığı ev Sədyar kişinin olubdur. Evdə İlham yaşayıbdır. Cavanşirin özünə məxsus ayrıca evi olmuşdur. 1998-ci ildən Cavanşir atasına məxsus evdən köçərək özünə məxsus evdə yaşamışdır. Sonradan evdə İlham tərəfindən təmir-tikinti işləri görülübdür. Evə İlham tərəfindən təxminən 40000-50000 manat məbləğində xərc çəkilibdir. Cavanşir evdə öz şəxsi vəsaiti ilə təmir-tikinti işləri görməyibdir. Cavanşir evdə ancaq təmir-tikinti işləri görülərkən usta kimi işləmişdir. İlhamın uşaqları kənddə yaşayıblar və kənddəki orta məktəbdə təhsil almışlar. Məhkəmə tərəflərin izahatlarını və şahid ifadələrini, həmçinin iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işdə olan 17 may 1958-ci il tarixli İ-ИE №205909 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, İddiaçı xx.xx.1958-ci ildə İsmayıllı rayonu, Aşıqbayram kəndində doğulmuşdur. X5 və anası X9r.Bu barədə doğum akt qeydləri kitabında 1958-ci ilin may ayının 17 günündə 38 nömrə ilə kitabda qeyd edilmişdir. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X15 xx.xx.1979-cu il tarixdə İsmayıllı rayonu, Aşıqbayramlı kəndində ölmüşdür.Bu barədə ÖHAQ kitabının 14 səhifəsində xx.xx.1979 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan İsmayıllı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, X34 xx.xx.2007-ci il tarixdə İsmayıllı rayonu, Aşıqbayramlı kəndində ölmüşdür.Bu barədə ÖHAQ kitabının 05 səhifəsində xx.xx.2007 nömrə ilə qeydiyyat aparılmışdır. İşdə olan Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən İddiaçı verilmiş xx.xx.1999cu il tarixli №025159 nömrəli vəsiqədən görünür ki, vəsiqənin sahibi müharibə vetiranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdirlər, vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir. Vəsiqə Mingəçevir Şəhər Hərbi Komissarlığı tərəfindən xx.xx.1999-cu il tarixdə №025159 nömrə ilə İddiaçı adına qeydə alınmışdır. İşdə olan Mingəçevir ŞPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1958-ci ildə İsmayıllı rayonu, Aşıqbayram kəndində doğulmuş İbadov X10 şəhəri,C.Əliyev küçəsi ev 9-A, mənzil 47 ünvanında qeydiyyatdadır. İşdə olan İsmayıllı RPŞ tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1960-cı ildə İsmayıllı rayonu, Aşıqbayram kəndində doğulmuş X1 rayonu,Aşıqbayramlı kəndində qeydiyyatdadır. İşdə olan İsmayıllı rayon Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli reyestrdə 2V-61 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən ümumi sahəsi 88.8 kv.metr olan fərdi yaşayış evi və İsmayıllı rayonu, Aşıqbayramlı kəndində yerləşən ümumi sahəsi 0.18 hektar olan həyətyanı torpaq sahəsinin mərhuma çatan hissəsindən xx.xx.2007-ci il tarixdə ölmüş X3nun vərəsəsi oğlu X7 miras qalan əmlakdan tam hissədə pay almasına dair İsmayıllı rayon notariat ofisi tərəfindən X7 adına 16 fevral 2021-ci il tarixli reyestrdə 2V-61 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. İşdə olan Mingəçevir şəhər Notariat Ofisi tərəfindən təsdiq edilmiş reyestrdə 7E-16- 23459 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, İbadov X10 şəhər Notariat Ofisində reyestrdə 7E-16-23459 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli ərizə yazaraq ərizədə atası X20 xx.xx.2007-ci ildə vəfat etdiyini, atasından miras əmlak qaldığını, onun miras əmlakı qəbul etmədiyini, etməyəcəyini, miras qalan əmlakdan pay istəmədiyini, gələcəkdə bu barədə iddia qaldırmayacağını və digər varislərə (varisə) bütövlükdə miras əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razı olduğunu qeyd etmişdir. İşdə olan Bakı şəhəri 9 saylı Notariat Kontorunun xüsusi notariusu tərəfindən təsdiq edilmiş reyestrdə 7E-61/44172 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli ərizədən görünür ki, X14 Bakı şəhəri 9 saylı Notariat Kontorunda reyestrdə 7E-61/44172 nömrə ilə qeydə alınmış xx.xx.2012-ci il tarixli Cavabdeh1na ünvanlanmış ərizə yazaraq ərizədə xx.xx.2007-ci il tarixdə vəfat etmiş atası X4 ona düşən miras payı qəbul etmədiyini, etmək istəmədiyini, adının vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmədiyini, gələcəkdə bununla bağlı heç bir məhkəmə orqanlarına müraciət etməyəcəyini və bununla əlaqədar hər hansı mübahisə olarsa bütün məsuliyyəti öz üzərinə götürdüyünü qeyd etmişdir. İşdə olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il tarixli ********** qeydiyyat nömrəli, **********38-10301 reyestr nömrəli Çıxarış və Çıxarışa əlavə edilmiş həmin tarixli fərdi yaşayış evinə dair texniki pasportdan görünür ki, İsmayıllı rayonu, Aşıqbayramlı kəndi ərazisində yerləşən ümumi sahəsi 88.8 kv.metr olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə tam, həmin evin yerləşdiyi həyətyanı torpaq sahəsi və qeyd edilən kənddə yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ üzrə Daşınmaz əmlakın dövlət reyestrində 43 nömrəli reyestr kitabının 18 nömrəli vərəqində X7 adına dövlət qeydiyyatına alınmışdır. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 02 aprel 2013-cü il tarixli 2(037)-114/2013 saylı qətnaməsindən görünür ki,X36 və X16 birgə rəsmi nikah dövründə, yəni 1991-ci ilədək SSRİ X29 rayon filiyalına X21 adına əmanət qoyulmuş pulun X34 tərəfindən miras əmlak kimi qəbul olunmaqla mülkiyyəti olması və X12 miras qalmış həmin pulun birinci növbədə vərəsə X34 tərəfindən qəbul olunması faktının müəyyən olunmuş və SSRİ X29 rayon filialında ******* və 28018 nömrəli hesablarda X21 adına əmanət qoyulmuş miras pula dair X7 adına “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin verilməsi İsmayıllı rayon Dövlət Notariat Kontoruna tapşırılmışdır. İşdə olan İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 07 iyun 2019-cu il tarixli 2(037)-461/2019 saylı qətnaməsindən görünür ki, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN- 067F Kod 40718028 olan “Torpağın mülkiyətə verilməsinə dair” şəhadətnamənin X34 və X26 məxsus olması faktı müəyyən edilmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, mərhum X17 xx.xx.1979-cu ildə və X3 isə xx.xx.2007-ci il tarixdə vəfat etmişlər. X2 İsmayıllı rayonu,Aşıqbayramlı kəndi ərazisində yerləşən birgə mülkiyyətdə olan ümumi sahəsi 0.18 hektar olan həyətyanı torpaq sahəsinin mərhuma çatan hissəsi və həmin torpaq sahəsində yerləşən mərhuma məxsus ümumi sahəsi 88.8 kv.metr olan fərdi yaşayış evi və eyni zamanda birgə mülkiyyətdə olan ümumi sahəsi 0.52 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhuma çatan hissəsi miras qalmışdır. X3 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair oğlu Cavanşir İbadov “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 16 fevral 2021-ci il tarixli reyestrdə 2V-61 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində nəzərdə tutulmuşdur ki,məhkəmə sübutlara obyektiv,qərəzsiz,hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olan maddi hüquq normaları əsasında çıxarılmalıdır. X30 xx.xx.2017-ci il tarixdə vəfat ediyindən ondan qalan mirasla bağlı vərəsələr arasındakı mübahisənin həllinə hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Məhkəmə, iddianın düzgün həll edilməsi üçün ilk növbədə miras toplusuna daxil olan əmlakların dairəsinin müəyyən edilməsini zəruri hesab edir. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki‚ miras toplusuna İsmayıllı rayonu,Aşıqbayramlı kəndi ərazisində yerləşən birgə mülkiyyətdə olan ümumi sahəsi 0.18 hektar olan həyətyanı torpaq sahəsinin mərhuma çatan hissəsi və həmin torpaq sahəsində yerləşən mərhuma məxsus ümumi sahəsi 88.8 kv.metr olan fərdi yaşayış evi və eyni zamanda birgə mülkiyyətdə olan ümumi sahəsi 0.52 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhuma çatan hissəsi daxildir. Məhkəmə ilk növbədə mübahisənin qanuni həll edilməsi üçün işin müəyyən edilmiş hallarının mülki qanunvericiliyin vərəsəlik hüququna dair bölməsində mirasın qəbul edilməsinə dair müəyyən edilmiş xüsusi qaydalara və şərtlərə uyğun olaraq araşdırılmasını zəruri hesab edir. Həmin qaydalara əsasən, şəxs öldükdən sonra vərəsənin müəyyən aktı həyata keçirməsi tələb olunur. Buna mirasın qəbul edilməsi deyilir. Mirasın qəbul edilməsi dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Mülki Məcəllənin 1243.1-ci maddəsində mirasın qəbul edilməsinin həm faktiki, həm də hüquqi üsullarını müəyyən etmişdir. Qanunun göstərilən tələblərinə görə miras əmlakın vərəsənin mülkiyyətinə keçməsi üçün vərəsə mirası faktiki, yəni sahiblik və idarə etmək üsulu ilə qəbul etməli,yaxud da notariat kontoruna ərizə verməsi yolu ilə rəsmi qaydada qəbul etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı,yəni bir tərəfdən vəsiyyət edə bilməyi,digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair 22 aprel 2014cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir.Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir. Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinin tələblərinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. 152.1-ci mаddəsinə əsаsən, mülkiyyət hüququ subyektin оnа mənsub əmlаkа (əşyаyа) öz istədiyi kimi sаhib оlmаq, оndаn istifаdə etmək və оnа dаir sərəncаm vermək üzrə dövlət tərəfindən tаnınаn və qоrunаn hüququdur. 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdafiə edilir. 157.4-cü mаddəsinə əsаsən,əgər mülkiyyətə qəsd və yа bаşqа mаneələr əşyаnı götürmədən və yа оndаn məhrum etmədən törədilirsə,mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə sоn qоymаğı tələb edə bilər.Bu cür hərəkətlər dаvаm etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə sоn qоyulmаsını məhkəmə vаsitəsilə tələb edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1272-ci maddəsinə əsasən mirasın qəbulu və ya ondan imtina barəsində mübahisə açılması müddəti mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 iyun 2014-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir:mirası qəbul etmək hüququna malik olan şəxslərin dairəsi;mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi);vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).Bu mənada mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir.Lakin mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər (Mülki Məcəllənin 1248-ci maddəsi).Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər.Əgərvərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki,mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır,vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir. “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 59-cu maddəsinə və “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 92-99 və 102-ci maddələrinə əsasən notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtını şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağrılmaq üçün əsasların olmasını təsdiq edən sənədlərin təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. Eyni zamanda qanunla müəyyənləşdirilmiş müddətdə mirası qəbul etməyən vərəsələr mirası qəbul etmiş vərəsələrin hamısının razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə yazıla bilərlər. Razılıq vərəsəlik hüququ haqqında şəhadətnamə verilənədək yazılı sürətdə ifadə edilməlidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli,167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Qanun normalarının məzmunundan göründüyü kimi mülki qanunvericilikdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən, vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Həmin Məcəllənin 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları,miras qoyanın ölümündən sonra doğulmuş uşaq,arvad (ər),valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsələr hesab edilirlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Məhkəmə araşdırması ilə müəyyən edildi ki, mərhum X17 xx.xx.1979-cu ildə və X3 isə xx.xx.2007-ci il tarixdə vəfat etmişlər. X2 İsmayıllı rayonu, Aşıqbayramlı kəndi ərazisində yerləşən birgə mülkiyyətdə olan ümumi sahəsi 0.18 hektar olan həyətyanı torpaq sahəsinin mərhuma çatan hissəsi və həmin torpaq sahəsində yerləşən mərhuma məxsus ümumi sahəsi 88.8 kv.metr olan fərdi yaşayış evi və eyni zamanda birgə mülkiyyətdə olan ümumi sahəsi 0.52 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhuma çatan hissəsi miras qalmışdır. Cavabdeh 1998-ci il tarixədək həmin evdə yaşamış, 1998-ci ildən isə ayrı təsərrüfata köçmüşdür. İddiaçı isə sözügedən fərdi yaşayış evində yaşayaraq həmin evin yenidən təmiri və abadlaşması üçün müxtəlif işlər görmüşdür (bu hal işin mübahisəsiz halıdır). İddiaçı və bacısı Sahibə Babayeva notariat orqanında təsdiq olunmuş ərizələr verərək mərhum atalarından miras qalan əmlakları qəbul etmədiklərini, etməyəcəklərini, miras qalan əmlaklardan pay istəmədiklərini, gələcəkdə bu barədə iddia qaldırmayacaqlarını və digər varis qardaşları Cavabdeh3 bütövlükdə miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razı olduqlarını bildirmişlər. X3 vəfat etdikdən sonra ondan miras qalan əmlaklara dair oğlu Cavanşir İbadov “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə almaq üçün İsmayıllı rayon Notariat Ofisinə müraciət etmiş, İsmayıllı rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 16 fevral 2021-ci il tarixli reyestrdə 2V-61 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilmişdir. Qeyd edilən şəhadətnamə əsasında Cavanşir İbadov mərhum atasından miras qalan İsmayıllı rayonu, Aşıqbayramlı kəndi ərazisində yerləşən birgə mülkiyyətdə olan ümumi sahəsi 0.18 hektar olan həyətyanı torpaq sahəsinin mərhuma çatan hissəsi və həmin torpaq sahəsində yerləşən mərhuma məxsus ümumi sahəsi 88.8 kv.metr olan fərdi yaşayış evinə və birgə mülkiyyətdə olan ümumi sahəsi 0.52 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhuma çatan hissəsinə dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********38- 10301 reyestr nömrəli Çıxarış almışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinin tələblərini nəzərə alaraq aşağıdakıları qeyd edir. Qeyd olunan maddəyə görə mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə haqqında iddia maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Belə ki, iddiaçının mübahisələndirdiyi “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin Cavabdeh3 verilməsindən məlumatlı olmuş, o, əqdin etibarsız olması ilə bağlı tələbini qanunla müəyyən edilmiş müddətdə məhkəmədə mübahisələndirməmişdir. Belə ki, iddiaçı məhkəmə baxışı zamanı da hazırkı tələblə müraciət etməsinin səbəbini məhz X37un onu aldadaraq etibarından sui-istifadə etməklə notariat ofisində mirasdan imtina barədə ərizə yazdıraraq mərhum atasından qalan miras əmlakı yalnız öz adına rəsmiləşdirməsi ilə bağlı olduğunu bildirmişdir. Göründüyü kimi iddiaçının vərəsəlik hüququ haqqında şəhadətnamədən məlumatı olmuşdur. Eyni zamanda İddiaçı və bacısı Sahibə Babayeva notariat orqanında təsdiq olunmuş ərizələr verərək mərhum atalarından miras qalan əmlakları qəbul etmədiklərini,etməyəcəklərini,miras qalan əmlaklardan pay istəmədiklərini, gələcəkdə bu barədə iddia qaldırmayacaqlarını və digər varis qardaşları Cavabdeh3 bütövlükdə miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə razı olduqlarını bildirmişlər. Belə olan halda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qüvvədə olan mülki qanunvericiliyə görə, müddətin keçməsinə görə müqavilənin ləğv edilməsi üzrə tələblərə iddia müddəti tətbiq oluna bilər, müqavilənin etibarsızlığına dair tələblərə isə bundan fərqli olaraq qanunda nəzərdə tutulan “kəsici müddətlər” tətbiq edilməlidir. A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 16 mart 2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyində müəyyən etmişdir ki, Mülki Məcəlləsinin 1272-ci maddəsində qeyd olunan iki aylıq müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Qanunvericliyə edilmiş dəyişikliklərdən müəyyən edilir ki, həmin müddətlər iddia müddəti kimi nəzərdə tutulmamış və iddia müddəti kimi nəzərdə tutulmadığından həmin müddətlərin tətbiq edilməsi mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Mülki Məcəllənin 1272-ci maddəsinə əsasən, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı olan müddət iddia müddəti deyil, kəsici müddətdir. Qanunvericiliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri-müəyyənlikdə qalmamasını,bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı bir şəkildə təmin etməkdir.Buna görə də maraqlı şəxs mirasın qəbul və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir.Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir.Qanuna əsasən qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. İddia müddətləri və kəsici müddətlərlə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquqa xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. İddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi).Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır (B.Mürsəlovun şikayəti üzrə 2020ci il 12 mart tarixli Qərar). Məhkəmə qeyd edir ki, mübahisələndirilən, İsmayıllı rayonu, Aşıqbayramlı kəndi ərazisində yerləşən ümumi sahəsi 88.8 kv.metr olan fərdi yaşayış evinin bütövlükdə və həmin evin yerləşdiyi ərazidə birgə mülkiyyətdə olan ümumi sahəsi 0.18 hektar olan həyətyanı torpaq sahəsinin və birgə mülkiyyətdə olan ümumi sahəsi 0.52 hektar olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mərhum Sədyar İbadova çatan hissələrinə dair İsmayıllı rayon Notariat Ofisi tərəfindən Cavabdeh3 16 fevral 2021-ci il tarixli reyestrdə 2V- 61 nömrə ilə qeydə alınmış “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə verilməsindən iddiaçının və mərhum Sədiyar İbadovun digər vərəsələrinin məlumatları olmuşdur. Belə ki, sözügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə İsmayıllı rayon Notariat Ofisi tərəfindən Cavanşir İbadovun adına verilmiş və reyestrdə 2V-61 nömrə ilə qeydə alınmışdır. Qeyd edilən şəhadətnamə əsasında Cavanşir İbadovun adına miras əmlaka dair “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmalkın dövlət reyestrindən” verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli, **********38- 10301 reyestr nömrəli Çıxarış verilmişdir. Eyni zamanda iddiaçı X37un onu aldadaraq etibarından sui-istifadə etməklə notariat ofisində mirasdan imtina barədə ərizə yazdırdığını bildirsə də, həmin faktları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, sözügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsızlığını irəli sürməyi qanunvericilik müəyyən müddətlə məhdudlaşdırmışdır. Həmin müddət “kəsici müddət” olmaqla iki ay müəyyən edilmişdir. Yəni tərəf etibarsızlığa əsas olan səbəbi bildiyi və ya bilməli olduğu vaxtdan iki ay ərzində irəli sürməzsə o, həmin hüququnu itirir. İş materiallarından və tərəf ifadələrindən də göründüyü kimi, sözügedən “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamə İsmayıllı rayon Notariat Ofisi tərəfindən Cavanşir İbadovun adına 16 fevral 2021-ci il tarixdə reyestrdə 2V-61 nömrə ilə qeydə alınmış, həmin müddətdən keçən 3 il ərzində tərəflər şəhadətnamənin etibarsızlığı ilə bağlı hər hansı bir iddia və ya etirazla məhkəməyə və ya aidiyyatı orqanlara müraciət etməmişlər. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab edilməsini mübahisələndirmişdir.Miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin 2021-ci ildə qeydə alındığını nəzərə aldıqda görünür ki, ötən 3 il ərzində əqdlərin etibarsızlığının mübahisələndirilməsi üçün iki aylıq kəsici müddət ötürülmüşdür. Bu səbəbdən də məhkəmə qeyd edir ki, iddiaçı miras əmlaka dair “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsızlığını mübahisələndirmək hüququnu itirdiyindən, iddia tələbinin ““Qanun üzrə vərəsəlik haqqında” şəhadətnamənin etibarsız hesab olunması, onun əsasında verilmiş çıxarışların ləğv olunması və mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə münasibətdə əlavə araşdırmaya lüzum görməyərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipinə uyğun hesab etmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər İsmayıllı rayon Notariat Ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və X11 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” şəhadətnamənin etibarsız hesab olunması, onun əsasında verilmiş çıxarışların ləğv olunması və mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2 və 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdehlər İsmayıllı rayon Notariat Ofisi, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 9 saylı Qəbələ Ərazi İdarəsi və X11 qarşı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin etibarsız hesab olunması, onun əsasında verilmiş çıxarışların ləğv olunması və mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar