Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-968/2023 09.10.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 09 oktyabr 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon AİK-nın 25 mart 2003cü il tarixli 02 saylı qərarına əsasən mülkiyyətə verilmiş torpaq sahəsi barədə tərtib olunmuş JN-0175 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X17, X18, X4, X12 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 25 mart 2003-cü il tarixli 02 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0175 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun ata adı “Əhməd” əvəzinə səhvən “Surxay”, mülkiyyətçi “X18”nun ad və ata adı səhvən “Mehdi Surxay oğlu”, mülkiyyətçi “X4”nın soyadı səhvən “Əkbərova”, mülkiyyətçi “X19”nun ata adı səhvən “Mehdi” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirməsinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahələrinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, dövlət aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona dövlət aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət aktında mülkiyyətçi kimi onun və digər ailə üzvlərinin ad və ata adlarının düzgün yazılmadığını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və digər ailə üzvlərinin şəxsiyyətlərini təsdiq edən sənədlərdə olan soyad, ad və ata adı ilə “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyad, ad və ata adı arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-0175 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. X5 ifadə verərək göstərdi ki, ərizəçi onun arvadıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarına uyğun olaraq ailə üzvləri ilə birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş JN-0175 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçi “Ərizəçi”nın ata adı səhvən “Surxay”, mülkiyyətçi “X18”nun ad və ata adı səhvən “Mehdi Surxay oğlu”, mülkiyyətçi “X4”nın soyadı səhvən “Əkbərova”, mülkiyyətçi “X19”nun ata adı səhvən “Mehdi” kimi yazılmışdır. Həmin dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X8 X5 ilə eyni məzmunlu ifadə verərək JN-0175 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq olunmuş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 05 aprel 1968ci il tarixdə doğulmuş İsmayıllı rayonun Quşencə kəndində anadan olmuş, İsmayıllı rayonun Quşencə kəndində şəxs X13r. Vİ-ЖГ seriyalı 469234 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X10 arasında rəsmi nikah bağlanmış, nikah bağlndıqdan sonra ərə Əkbərov, arvada Əkbərova soyadı verilmişdir. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxx 1966-cı il tarixdə doğulmuş İsmayıllı rayonun Quşencə kəndində anadan olmuş, İsmayıllı rayonun Quşencə kəndində şəxs Ərizəçidır. A3 seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin və 76 ******* nömrəli pasportun surətindən görünür ki, 26 mart 1966-cı il tarixdə İsmayıllı rayonun Quşencə kəndində anadan olmuş və Rusiya Respublikasının vətəndaşı X14r. İ-ИP seriyalı 740619 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X18 ilə X4 arasında rəsmi nikah bağlanmış, nikah bağlndıqdan sonra ərə Əkbərov, arvada Fərmailova soyadı verilmişdir. AZE seriyalı 13844994 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 14 aprel 1976-cı il tarixdə doğulmuş Ermənistan Respublikası Əzizbəyov rayonunda kəndində anadan olmuş, Bakı şəhəri Nizami rayonu Naxçıvanski küçəsi ev 90, mənzil 25-də yaşayan şəxs X3r. XX- ЖГ seriyalı 321747 nömrəli doğum haqqında şəhadətnamənin və AZE seriyalı 10156323 nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 25 dekabr 1993-cü il tarixdə İsmayıllı rayonun Quşencə kəndində anadan olmuş, İsmayıllı rayonun Quşencə kəndində şəxs X15r. JN-0175 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçinin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı X17, Ərizəçi Surxay qızı, X20, X9 və X6 qeyd olunmuşdur İsmayıllı rayon İHB-nın Quşencə kənd İƏD üzrə nümayəndəliyi təəfindən verilmiş 01 avqust 2023-cü il tarixli 353 nömrəli arayışdan görünür ki, JN-0175 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçinin adı səhvən X2 yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində (AZE ********) onun soyad, ad və ata adı həqiqətən X1 olmalıdır. İsmayıllı rayon İHB-nın Quşencə kənd İƏD üzrə nümayəndəliyi təəfindən verilmiş 01 avqust 2023-cü il tarixli 354 nömrəli arayışdan görünür ki, JN-0175 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçinin adı səhvən Ərizəçi Surxay qızı kimi yazılmışdır. Lakin şəxsiyyət vəsiqəsində (AZE ********) onun soyad, ad və ata adı həqiqətən Ərizəçi kimi olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 11 avqust 2023-cü il tarixli **********21 nömrəli məktubdan görünür ki, ərizəçi JN- 0175 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında soyad və ata adı səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X25 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X7 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0175 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 mart 2003-cü il tarixli 02 saylı qərarına uyğun olaraq X17, Ərizəçi, X18, X4 və X11 birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş 24 may 2006-cı il tarixli JN-0175 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçi “Ərizəçi”nın ata adı səhvən “Surxay”, mülkiyyətçi “X18”nun ad və ata adı səhvən “Mehdi Surxay oğlu”, mülkiyyətçi “X4”nın soyadı səhvən “Əkbərova”, mülkiyyətçi “X19”nun ata adı səhvən “Mehdi” kimi yazılmışdır. JN-0175 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında olan yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də 24 may 2006-cı il tarixli JN- 0175 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi”nın ata adının “Surxay”, “X18”nun ad və ata adının “Mehdi Surxay oğlu”, “X4”nın soyadının “Əkbərova”, “X19”nun ata adının “Mehdi” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), X18 (76 ******* nömrəli paspor), X4 (AZE seriyalı 13844994 nömrəli şəxsiyyət vəsiqəsi) və X12 (AZE seriyalı 10156323 nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 mart 2003-cü il tarixli 02 saylı qərarına əsasən İsmayıllı rayonun Quşencə kəndində yerləşən 2,7 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin X17, Ərizəçi, X18, X4 və X11 birgə mülkiyyətlərinə verilməsinə dair tərtib olunmuş 24 may 2006-cı il tarixli JN-0175 Kod 40717005 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni “Ərizəçi”nın ata adının “Surxay”, “X18”nun ad və ata adının “Mehdi Surxay oğlu”, “X4”nın soyadının “Əkbərova”, “X19”nun ata adının “Mehdi” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17 (AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi), Ərizəçi (AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi), X18 (76 ******* nömrəli paspor), X4 (AZE seriyalı 13844994 nömrəli şəxsiyyət vəsiqəsi) və X12 (AZE seriyalı 10156323 nömrəli şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-968/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-968/2023
09.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver