Məhkəmə qərarları › İş №2(037)-972/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-972/2022

19.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-972/2022 19.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 19 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi1 (bundan sonra birinci ərizəçi) və Ərizəçi2 (bundan sonra ikinci ərizəçi) ərizə ilə müraciət edərək JN-015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin, JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X17, Məmmədquluzadə (nikahdan sonra Ağayarova) Qərənfil Şirxan qızı və Məmmədquluzadə (nikahdan sonra Allahverdiyeva) Lalə Şirxan qızına və onlara məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci ərizəçi izahat verərək göstərdi ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə onun adı Sədaqət əvəzinə səhvən Məlahət, uşaqlarının soyadları Məmmədquluzadə əvəzinə səhvən Cəfərov, qızının adı Lalə əvəzinə səhvən Lena, JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında isə qızının soyadı Məmmədquluzadə əvəzinə səhvən Cəfərova kimi qeyd olunmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adında və uşaqlarının soyadlarında uyğunsuzluq olduğundan torpaq sahəsinə dair çıxarış ala bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN- 015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin və JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İkinci ərizəçi birinci ərizəçilə eyniməzmunlu izahat verərək JN-015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin və JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X7 izahat verərək göstərdi ki, ərizəçilər onun valideynləridir. Aparılan torpaq islahatları zamanı birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə anasının adı Sədaqət əvəzinə səhvən Məlahət, onun və bacılarının soyadları Məmmədquluzadə əvəzinə səhvən Cəfərov, bacısının adı Lalə əvəzinə səhvən Lena, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında isə bacısının soyadı Məmmədquluzadə əvəzinə səhvən Cəfərova kimi qeyd olunmuşdur. O, qeyd olunan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X10 X7 ilə eyni məzmunlu ifadə verərək JN-015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin və JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 26 iyul 2013-cü il tarixdə mülkiyyətçiyə Ərizəçi2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 27 fevral 2018-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi1 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 14831073 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 08 noyabr 2014-cü il tarixdə mülkiyyətçiyə X25 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA0845261 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X17 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA1028411 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X18 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. A3 ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, birinci ərizəçiyə X16 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. XİV-ЖГ 365110 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X11 ilə doğum haqqında şəhadətnamə verilmişdir. XVİ-ЖГ 412986 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X17 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. XVİİİ-ЖГ 357743 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X19 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZ-İ 559737 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X31 ilə X11 arasında 25 yanvar 2010-cu il tarixdə rəsmi nikah bağlanmış, ərə Ağayarov, arvada Ağayarova soyadı verilmişdir. AZ-İ 774840 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X26 ilə X19 arasında 25 yanvar 2010-cu il tarixdə rəsmi nikah bağlanmış, ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadı verilmişdir. JN-015A Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı Ərizəçi2, X29, X37, X27 və X20 qeyd olunmuşdur. JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin şəhadətnamədə mülkiyyətçilərin soyad, ad və ata adı Ərizəçi2, X29, X37, X27 və X20 qeyd olunmuşdur. JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı Ərizəçi2, Ərizəçi1, X17, X27 və X9 qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 05 iyul 2022-ci il tarixli **********31 nömrəli məktubdan görünür ki, ərizəçi JN-15A və JN-15B nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. İsmayıllı rayon İHB-nın Ruşan İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli 164 nömrəli arayışdan görünür ki, JN-015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhv olaraq X15 qeyd olunmuşdur, onun adının, soyadının və atasının adının düzgün yazılış qaydası Ərizəçi1 kimi təsdiqlənir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhv olaraq X21 qeyd olunmuşdur, onun adının, soyadının və atasının adının düzgün yazılış qaydası X8 təsdiqlənir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-015A Kod 40721018 və JN- 015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhv olaraq X13 qeyd olunmuşdur, onun adının, soyadının və atasının adının düzgün yazılış qaydası X5 təsdiqlənir. “Torpağın mülkiyyətə verilməsinə dair” JN- 015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə səhv olaraq X20 qeyd olunmuşdur, onun adının, soyadının və atasının adının düzgün yazılış qaydası X9 təsdiqlənir. JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında səhv olaraq X13 qeyd olunmuşdur, onun adının, soyadının və atasının adının düzgün yazılış qaydası X5 təsdiqlənir. Məhkəmə ərizəçilərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi2, Ərizəçi1, X17, X11 və X14 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə Ərizəçi1 adı səhvən Məlahət, X3 səhvən Cəfərov, X1 səhvən Cəfərova və X4 səhvən Cəfərova, adı səhvən Lena, JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında isə X1 Cəfərova kimi qeyd olunmuşdur. Mülkiyyətçi X2 Ənvər Məşədi oğlu ilə ailə quraraq Ağayarova soyadını, mülkiyyətçi X19 isə X26 ilə ailə quraraq Allahverdiyeva soyadını götürmüşdür. JN-015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə, JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin ad və soyadlarında uyğunsuzluq olduğundan ərizəçilər qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmirlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı ikinci ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə, JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədlərin onlara və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X45 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X24 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələri, JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin şəhadətnamələrdəki və dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrdə, JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin ad və soyadlarının səhv qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından JN-015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin, JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və onların ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN-015A Kod 40721018 və JN-015B Kod 40721018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələrin, 17 avqust 1999-cu il tarixli JN-0070 Kod 40721018 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi2, Ərizəçi1, X17, Məmmədquluzadə (nikahdan sonra Ağayarova) Qərənfil Şirxan qızı və Məmmədquluzadə (nikahdan sonra Allahverdiyeva) Lalə Şirxan qızına məxsus olması faktları müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar