Məhkəmə qərarları › İş №2(037)-975/2022

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-975/2022

29.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-975/2022 29.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 29 avqust 2022-ci il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən e t d i: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonun Talıstan kəndi üzrə torpaq payı almış subyektlərin adlı siyahısında X4 adının səhvən “Züriyət”, Sayılova (nikahdan sonra İsmayılova) Gülnar Şahlar qızının adının səhvən “Gülnaz” yazılması, İsmayıllı rayon AİK-nın 25 sentyabr 1998-ci il tarixli 60 saylı qərarına əsasən torpaq sahəsinə dair tərtib olunmuş A 363409, A 362969 və A 363421 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin Ərizəçi1 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayonun Talıstan kəndində onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə həyətynı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinin mülkiyyətlərinə verilməsinə dair tərtib edilmiş subyektlərin adlı siyahısında mülkiyyətçi X4 adı səhvən “Züriyət”, mülkiyyətçi Sayılova (nikahdan sonra İsmayılova) Gülnar Şahlar qızının adı səhvən “Gülnaz” kimi yazılmışdır. Həmin siyahı əsasında onun adına 02 sentyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən A 363409, A 362969 və A 363421 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Torpaq payı almış subyektlərin adlı siyahısında mülkiyyətçilərin adlarının düzgün qeyd edilməməsi torpaq sahələri üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, subyektlərin adlı siyahısında yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona subyektlərin adlı siyahısında yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Subyektlərin adlı siyahısında mülkiyyətçilərin adları digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki adları ilə subyektlərin adlı siyahısındakı adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, İsmayıllı rayonun Talıstan kəndi üzrə torpaq payı almış subyektlərin adlı siyahısında X4 adının səhvən “Züriyət”, Sayılova (nikahdan sonra İsmayılova) Gülnar Şahlar qızının adının səhvən “Gülnaz” yazılması, İsmayıllı rayon AİK-nın 25 sentyabr 1998-ci il tarixli 60 saylı qərarına əsasən mülkiyyətində olan torpaq sahəsinə dair tərtib olunmuş A 363409, A 362969 və A 363421 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin ona məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçi2 ərizəni müdafiə edərək göstərdi ki, onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə həyətynı torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinə dair tərtib edilmiş subyektlərin adlı siyahısında onun adı səhvən “Gülnaz”, mülkiyyətçi olan anası X4 adı səhvən “Züriyət” kimi yazılmışdır. Həmin siyahı əsasında mülkiyyətçi Ərizəçi1 adına 02 sentyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən A 363409, A 362969 və A 363421 nömrəli Torpaq sahəsinin planı və ölçü sənədləri hazırlanmışdır. Torpaq payı almış subyektlərin adlı siyahısında mülkiyyətçilərin adlarının düzgün qeyd edilməməsi torpaq sahələri üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Subyektlərin adlı siyahısında mülkiyyətçilərin adları digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki adları ilə subyektlərin adlı siyahısındakı adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, İsmayıllı rayonun Talıstan kəndi üzrə torpaq payı almış subyektlərin adlı siyahısında anası X4 adının səhvən “Züriyət”, özünün adının səhvən “Gülnaz” yazılması, İsmayıllı rayon AİK-nın 25 sentyabr 1998-ci il tarixli 60 saylı qərarına əsasən torpaq sahələrinə dair tərtib olunmuş A 363409, A 362969 və A 363421 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X13 ifadə verərək göstərdi ki, Ərizəçi1 onun əri,Ərizəçi2 isə qızıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 saylı qərarı əsasında onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinin mülkiyyətlərinə verilməsinə dair tərtib edilmiş subyektlərin adlı siyahısında onun adı Züryət olduğu halda səhvən “Züriyət”, mülkiyyətçi X5 adı səhvən “Gülnaz” kimi yazılmışdır. O, qeyd edilən subyektlərin adlı siyahısında onun adının səhvən “Züriyət”, qızı Gülnarın adının səhvən “Gülnaz” yazılması, torpaq sahələrinə dair tərtib olunmuş A 363409, A 362969 və A 363421 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin Ərizəçi1 məxsus olmasını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X18 ifadə verərək göstərdi ki, Ərizəçi1 onun atası, Ərizəçi2 isə bacısıdır. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 saylı qərarı əsasında onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Həmin torpaq sahələrinin mülkiyyətlərinə verilməsinə dair tərtib edilmiş subyektlərin adlı siyahısında mülkiyyətçi X5 adı səhvən “Gülnaz”, mülkiyyətçi X4 adı səhvən “Züriyət” kimi yazılmışdır. O, qeyd edilən subyektlərin adlı siyahısında bacısının adının səhvən “Gülnaz”, anasının adının səhvən “Züriyət” kimi yazılması, torpaq sahələrinə dair tərtib olunmuş A 363409, A 362969 və A 363421 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin Ərizəçi1 məxsus olmasını təsdiq etdi. Məhkəmə ərizəçilərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş 18 noyabr 2010-cu il tarixli, seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1954-cü il tarixdə İsmayıllı rayonu, Talıstan kəndində doğulmuş Sayılov X17 rayonu, Talıstan kəndində yaşayır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş 18 noyabr 2010-cu il tarixli, seriya AZE № 08403913 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 07 may 1959cu il tarixdə Ağsu rayonun Sarvan kəndində doğulmuş X1 rayonu, Talıstan kəndində yaşayır. İş materiallarında olan Səyyar ASAN 10 tərəfindən verilmiş 19 iyul 2016-cı il tarixli, seriya AZE № 16437916 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 25 mart 1981ci il tarixdə İsmayıllı rayonun Talıstan kəndində doğulmuş X2 rayonu, Talıstan kəndində yaşayır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş 18 avqust 2017-ci il tarixli, seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 09 avqust 1982-ci il tarixdə İsmayıllı rayonun Talıstan kəndində doğulmuş Ərizəçi2 İsmayıllı rayonu, Talıstan kəndində yaşayır. İş materiallarında olan seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 24 mart 1984-cü il tarixdə doğulmuş şəxs X9r. İş materiallarında olan İ-ЖГ 372767 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X14 arasında 27 mart 1979-cu il tarixdə rəsmi nikah bağlanmış, ərə Sayılov, arvada Sayılova soyadı verilmişdir. İş materiallarında olan Vİİİ-ЖГ 434248 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X15 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan AZ-İ 213593 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X10 ilə X15 arasında 06 mart 2006-cı il tarixdə rəsmi nikah bağlanmış, ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan Talıstan Bələdiyyəsi tərəfindən verilmiş İsmayıllı rayon Talıstan kəndi üzrə torpaq payı almış subyektlərin siyahısından çıxarışın surətindən görünür ki, siyahıda torpaq payı almış mülkiyyətçilərin Ərizəçi1, X11, X19, X16 və X3 yazılmışdır. İş materiallarında olan “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədlərin surətlərindən görünür ki, Azərbaycan Respublikası DTXK tərəfindən Ərizəçi1 Xanlar oğlunun adına Dövlət Kadastrı kitabında 5785 nömrə ilə uçota alınmış “A” seriyalı 363409 nömrəli, 5346 nömrə ilə uçota alınmış “A” seriyalı 362969 nömrəli və 5797 nömrə ilə uçota alınmış “A” seriyalı 363421 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədləri hazırlanmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin 06 dekabr 2021-ci il tarixli **********83 nömrəli məktubundan görünür ki, mülkiyyətçi X18 “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədlərdə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur İş materiallarında olan İsmayıllı rayon İHB-nın Talıstan kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 04 iyul 2022-ci il tarixli 407 nömrəli arayışından görünür ki, İsmayıllı rayonun Talıstan kənd sakini Ərizəçi1 üçün Talıstan kəndində torpaq payına görə verilmiş DBF siyahısında qızının adı səhvən Gülnaz kimi yazılmışdır. Əslində isə onun qızının adı Gülnar kimi yazılmalı və inisialları Sayılova (İsmayılova) Gülnar Şahlar qızı kimi oxunmalıdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Beləliklə, məhkəmə iclasında ərizəçilərin izahatı, şahid ifadələri və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 25 sentyabr 1998-ci il tarixli 60 saylı qərarına əsasən İsmayıllı rayonu Talıstan kəndində yerləşən 901,22 kv.m, 1841,39 kv.m və 2553,44 kv.m torpaq sahələrinin Ərizəçi1, X13, X19, X15 və X12 verilməsinə dair Ərizəçi1 adına A 363409, A 362969 və A 363421 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədləri hazırlanmışdır. Talıstan kəndində torpaq payı alan subyektlərin siyahısında X4 adı səhvən Züriyət, X5 adı səhvən Gülnaz kimi qeyd edilmişdir. Yuxanda qeyd edilən subyektlərin siyahısında olan bu yanlışlıqlar ərizəçilərin və digər mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir. Bu səbəbdən də İsmayıllı rayon Talıstan kəndi üzrə torpaq payı almış subyektlərin siyahısında mülkiyyətçi X4 adının Züriyət, mülkiyətçi X5 adının Gülnaz kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin Ərizəçi1 (İsmayıllı RPŞ tərəfindən verilmiş 18 noyabr 2010-cu il tarixli, seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsi), X13 (İsmayıllı RPŞ tərəfindən verilmiş 18 noyabr 2010-cu il tarixli, seriya AZE № 08403913 saylı şəxsiyyət vəsiqəsi), X19 (Səyyar ASAN 10 tərəfindən verilmiş 19 iyul 2016-cı il tarixli, seriya AZE № 16437916 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (İsmayıllı RPŞ tərəfindən verilmiş 18 avqust 2017-ci il tarixli, seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsi) və X12 (AA № ******* saylı şəxsiyyət vəsiqəsi), Azərbaycan Respublikası DTXK tərəfindən tərtib olunmuş A 363409, A 362969 və A 363421 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədlərinin Ərizəçi1 aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonun Talıstan kəndinə aid subyektlərin adlı siyahısında “X4” adının səhvən “Züriyət”, “X5” adının səhvən “Gülnaz” yazılması faktı müəyyən edilsin. 02 sentyabr 2009-cu il tarixdə Azərbaycan Respublikası DTXK tərəfindən Dövlət Kadastrı kitabında Dövlət Kadastrı kitabında 5785 nömrə ilə uçota alınmış “A” seriyalı 363409 nömrəli, 5346 nömrə ilə uçota alınmış “A” seriyalı 362969 nömrəli və 5797 nömrə ilə uçota alınmış “A” seriyalı 363421 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nə dair sənədlərin Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçilərin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar