Məhkəmə qərarları › İş №2(037)-98/2024

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-98/2024

31.01.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-98/2024 31.01.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdikləri “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə 31 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1999-cu il tarixli 72 nömrəli qərarı ilə İsmayıllı rayonu,Qalınçaq kəndi ərazisindən 0.18 hektar həyətyanı torpaq sahəsinin mülkiyyətə verilməsinə dair tərtib edilmiş JN-385F KOD 40712018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin onlara Ərizəçi2,Ərizəçi1 və X10 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi2 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1999-cu il tarixli 72 nömrəli qərarına əsasən JN-385F KOD 40712018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən 0.18 hektar həyətyanı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilərin birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Şəhadətnamədə onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Onun adı həmin vaxt “Ayşət” və ata adı “Mirzəxan” olmasına baxmayaraq JN-385F Kod 40712018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “Ayşən” və ata adı “Vüqar”, mərhum X3 həmin vaxt “Rasulov” olmasına baxmayaraq JN- 385F Kod 40712018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən soyadı “Rəsulov” və digər Ərizəçi1 isə soyadı həmin vaxt “Əlifli” olmasına baxmayaraq JN- 385F Kod 40712018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən soyadı “Rəsulova” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək,Şəhadətnamədəki yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Şəhadətnamədəki yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Şəhadətnamədə mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad, soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Şəhadətnamədəki ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, JN-385F KOD 40712018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçi1 məhkəmə iclasında Ərizəçi2 ilə eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Asan 6 tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1976-cı il tarixdə İsmayıllı rayonu,Qalınçaq kəndində anadan olmuş Rəsulova X6 rayonu, Qalınçaq kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan 3 tərəfindən verilmiş,xx.xx.2020-ci il tarixli, AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1995-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş Ərizəçi1 ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan xx.xx.2014-cü il tarixli AZ-İİİ №230453 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1995-ci il tarixdə İsmayıllı rayonunda doğulmuşdur.X5 və anası Ərizəçi2dır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1995-ci ilin mart ayının 07 günündə 15 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli AZ-İİ №300646 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2022-ci il tarixdə ölmüşdür.Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 04 ayının 11 günündə 565 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli AZ-İİ №396551 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X14 ilə X16 arasında xx.xx.1996-cı il tarixdə rəsmi nikah qeydə alınmış, ərə Yusifov, arvada Yusifova soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2020-ci ilin aprel ayının 02 günündə 304 nömrə ilə qeydə alınmışdır. İş materiallarında olan JN-385F Kod 40712018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İsmayıllı Rayon AİK-nın 28 fevral 1999-cu il tarixli 72 saylı qərarı ilə İsmayıllı rayonu,Qalınçaq kənd sakinləri X12, X11 (ərizəçi) və X7 mülkiyyətlərinə İsmayıllı rayonu, Qalınçaq kəndi ərazisindən 0.18 hektar həyətyanı təyinatlı torpaq sahəsi verilmişdir. Şəhadətnamə 6820 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər,pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir:birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir);ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 nömrəli Fərmanına əsasən, "X17 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X4 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1999-cu il tarixli 72 saylı qərarına əsasən JN-385F Kod 40712018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsi X12,X11 (ərizəçi) və X7 mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Şəhadətnamədə ərizəçilərin və digər mülkiyyətçinin ad, soyad və ata adları qeyd edilmişdir. X3 həmin vaxt “Rasulov” olmasına baxmayaraq JN-385F Kod 40712018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən soyadı “Rəsulov”, ərizəçilər Ərizəçi2 adı həmin vaxt “Ayşət” və ata adı “Mirzəxan” olmasına baxmayaraq JN- 385F Kod 40712018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən adı “Ayşən” və ata adı “Vüqar”, digər Ərizəçi1 isə soyadı həmin vaxt “Əlifli” olmasına baxmayaraq JN-385F Kod 40712018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamədə səhvən soyadı “Rəsulova” kimi yazılmışdır. Həmin Şəhadətnamədə olan bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1999-cu il tarixli 72 saylı qərarına əsasən JN-385F Kod 40712018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu, Qalınçaq kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinin X12, X11 (ərizəçi) və X7 (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-385F Kod 40712018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 soyadının “Rəsulov”, Ərizəçi2 adının “Ayşən”, ata adının “Vüqar” və Ərizəçi1 soyadının “Rəsulova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X10 (Bakı şəhəri, Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 11 aprel 2023-cü il tarixli AZ-İİ №300646 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi2 (Asan 6 tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Yusifova (nikahdan əvvəl Əlifli) Fidan Vüqar qızına (Asan 3 tərəfindən verilmiş,xx.xx.2020-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, Ərizəçi2 tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının 28 fevral 1999-cu il tarixli 72 saylı qərarına əsasən JN-385F Kod 40712018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən İsmayıllı rayonu,Qalınçaq kəndində yerləşən 0.18 hektar həyətyanı torpaq sahəsinin X12, X11 (ərizəçi) və X7 (ərizəçi) mülkiyyətlərinə verilməsinə dair JN-385F Kod 40712018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” X1 soyadının “Rəsulov”, Ərizəçi2 adının “Ayşən”, ata adının “Vüqar” və Ərizəçi1 soyadının “Rəsulova” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X10 (Bakı şəhəri,Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş, 11 aprel 2023-cü il tarixli AZ-İİ №300646 nömrəli ölüm haqqında şəhadətnamə), Ərizəçi2 (Asan 6 tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli,AA******* saylı şəxsiyyət vəsiqəsi) və Yusifova (nikahdan əvvəl Əlifli) Fidan Vüqar qızına (Asan 3 tərəfindən verilmiş,xx.xx.2020-ci il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği Ərizəçi2 özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə,işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar