Məhkəmə qərarları › İş №2(037)-982/2023

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-982/2023

18.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-982/2023 18.12.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi, Maraqlı tərəf İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 iştirakı ilə. Ərizəçi İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək oğlu Mirzəyev Hilal Elşad oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, oğlu Hilal yeddi yaşında olarkən qızılca xəstəliyi keçirmişdir. Həmin xəstəlikdən sonra oğlunun səhhətində problemlər yaranmışdır. Uzun illərdir müalicə olunsa da sağlamlığında heç bir irəliləyiş olmamışdır. Bütün müalicələr nəticəsiz qalmışdır. Hilala bütün qulluğu o və ailəsi göstərir. Hilal İ qrup əlildir və İsmayıllı rayon X1 Poliklinika şöbəsinin “Ruhi-əsəb” kabinetində “F02.8 Tez-tez baş verən qıcolma tutmaları nəticəsində ağıl zəifliyi” diaqnozu ilə qeydiyyatdadır. Onun vəziyyəti son vaxtlar daha da ağırlaşmış, öz hərəkətlərinin mənasını başa düşməyən və idarə edə bilməyən vəziyyətə çatmışdır. Hilalın hər zaman kənar şəxslərin qulluğuna və köməyinə ehtiyacı vardır. Qeyd etdiklərinə əsasən oğlu Hilal Mirzəyevin fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mirzəyev Hilal Elşad oğlu məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını qərara almışdır. İsmayıllı rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X4 izahat verərək göstərdi ki, Mirzəyev Hilal Elşad oğlunun barəsində İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş sənədlərə və məhkəmə psixiatrik ekspertizasının rəyinə əsasən Qəyyumluq və Himayə Məsələləri üzrə Komissiya onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini qanunamüvafiq hesab edir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxxxxxx 1963-cü il tarixdə İsmayıllı rayonun Basqal kəndində doğulmuş, İsmayıllı rayonun Basqal qəsəbəsində yaşayan şəxs Ərizəçidur. - V- ЖГ seriyalı 404773 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X7 arasında 06 fevral 1991-ci il tarixdə rəsmi nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə Mirzəyev, arvada Mirzəyeva soyadı verilmişdir. -AZE seriyalı 09788843 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 20 fevral 1962-ci il tarixdə İsmayıllı rayonun Zeyvə kəndində doğulmuş, İsmayıllı rayonun Basqal qəsəbəsində yaşayan şəxs X3r. -XİX-ЖГ seriyalı 375784 nömrəli doğum haqqında şəhadətnamənin və AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, 07 dekabr 1995-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş şəxs Mirzəyev Hilal Elşad oğludur. Valideynləri Ərizəçi və X3r. -Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Mirzəyev Hilal Elşad oğlunun sağlamlıq vəziyyəti 07 dekabr 2013-cü il tarixdə qiymətləndirilərək ona “kəskin ifadə olunmuş imbesillik davranış pozuntuları ilə” diaqnozu qoyulmuş, kənar şəxsin qulluğuna ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X13 tərəfindən 22 avqust 2023-cü il tarixdə verilmiş PHŞ-6-47/3- 3338/2023 nömrəli arayışdan görünür ki, İsmayıllı rayonun Basqal qəsəbəsində yaşayan 07 dekabr 1995-ci il təvəllüdlü Mirzəyev X6 M.R.X-nın Poliklinika Şöbəsinin “Ruhi-əsəb” kabinetində “F02.8 Tez-tez baş verən qıcolma tutmaları nəticəsində ağıl zəifliyi” diaqnozu ilə dispanser qeydiyyatdadır. -İsmayıllı rayon İHB-nın Basqal qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 avqust 2023-cü il tarixli 237 nömrəli arayışdan görünür ki, ərizəçinin ailə tərkibi aşağıdakı kimidir: arvadı-X5, oğlu-Mirzəyev Hilal Elşad oğlu. -Mirzəyev Hilal Elşad oğluna məxsus ambulator xəstənin tibbi kitabçasının surətindən görünür ki, Mirzəyev X6 rayon X1 Poliklinika şöbəsində qeydiyyata alınmış və müxtəlif vaxtlarda səhhəti ilə bağlı müayinələrdən keçmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Qiyabi Sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 2928 nömrəli rəyindən görünür ki, Mirzəyev Hilal Elşad oğlunda “ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F72.1)” diaqnozlu psixi pozuntu müəyyən edilir. Hilal Mirzəyev həmin xəstəliyin nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mirzəyev Hilal Elşad oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır. Onun psixi vəziyyəti məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Mirzəyev Hilal Elşad oğlu 11 aprel 1989-cu il tarixdə İsmayıllı şəhərində anadan olmuşdur. Uşaqlıqdan xəstə olmuşdur. Sağlamlıq vəziyyəti 07 dekabr 2013-cü il tarixdə qiymətləndirilərək ona “kəskin ifadə olunmuş imbesillik davranış pozuntuları ilə” diaqnozu qoyulmuş, kənar şəxsin qulluğuna ehtiyacı olduğu müəyyən olunmuş, birinci dərəcəli əlillik dərəcəsi verilmişdir. X8 M.R.X-nın X2 “Ruhi-əsəb” kabinetində “F02.8 Tez-tez baş verən qıcolma tutmaları nəticəsində ağıl zəifliyi” diaqnozu ilə dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 Qiyabi sənədlər üzrə Məhkəmə Psixatrik Ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Mirzəyev Hilal Elşad oğlunda “ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F72.1)” diaqnozlu psixi pozuntu müəyyən edilir. Hilal Mirzəyev həmin xəstəliyin nəticəsində öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Mirzəyev Hilal Elşad oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsas vardır. Onun psixi vəziyyəti məhkəmə iclasında iştirak etməsinə imkan vermir. Ərizəçi Mirzəyev Hilal Elşad oğlunun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi Hilal Mirzəyevin fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən Məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi pozuntunun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Mirzəyev X6 MRX-nın X2 “Ruhi-əsəb” kabinetində “F02.8 Tez-tez baş verən qıcolma tutmaları nəticəsində ağıl zəifliyi” diaqnozu ilə dispanser qeydiyyatdadır. İsmayıllı rayon Mərkəzi Poliklinikası tərəfindən verilmiş arayışa və “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 rəyinə əsasən məhkəmə hesab edir ki, Hilal Mirzəyev öz psixi qüsurlarına görə hərəkətlərinin mənasını anlamaq və onları idarə etmək iqtidarında deyildir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, Mirzəyev Hilal Elşad oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. 07 dekabr 1995-ci il tarixdə doğulmuş Mirzəyev Hilal Elşad oğlu fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar