Məhkəmə qərarları › İş №2(037)-985/2021

İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-985/2021

26.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-985/2021 26.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, İddiaçı Vahı̇ dov Elmir Ağarza oğlunun iştirakı ilə İddiaçı Vahı̇ dov Elmir Ağarza oğlunun cavabdeh "Azəriqaz" İstehsalat Birliyinə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə 26 noyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Vahı̇ dov Elmir Ağarza oğlu (bundan sonra iddiaçı) iddia ərizəsi ilə müraciət edərək “Azəriqaz” İstehsalat Birliyi (bundan sonra cavabdeh) tərəfindən **********00980 nömrəli abonent koduna işlənmiş 1620 kub metr təbii qazın dəyəri olan 162 (bir yüz altmış iki) manat debitor borcun silinməsi, qaz sayğacının quraşdırılmasına görə ödənilmiş 65,67 qəpik məbləğin geri qaytarılması, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən **********00980 nömrəli abonent koduna işlənmiş 2160 kub metr təbii qazın dəyəri olan 216 (iki yüz on altı) manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, 20 iyun 2019-cu il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin tabeçiliyində olan X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı ******* nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. O, tərtib olunmuş aktı imzalamışdır. Dəyişdirilmiş qaz sayğacının 65,67 manat dəyərini ödəmişdir. Bir müddət sonra cavabdeh tərəfindən ona bildirilmişdir ki, ******* nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilib sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunduğu və təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Ona görə də 26 sentyabr 2019-cu il tarixdə “təbii X1nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 1620 kub metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. “Təbii X1nın pozulması haqqında” tərtib olunmuş aktı imzalamışdır. Daha sonra təkrarən 05 iyul 2021-ci il tarixdə “Azəriqaz” İstehsalat Birliyinin tabeçiliyində olan X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş istismarda olan G-4 markalı **********5 nömrəli sayğaca baxış keçirilmiş, qaz sayğacı dövlət yoxlanılmasına göndərmək məqsədi ilə həmin tarixdə qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli akt tərtib edilərək götürülmüş, əvəzində yeni sayğac quraşdırılmışdır. O, tərtib olunmuş aktı imzalamışdır. Bir müddət sonra cavabdeh tərəfindən ona **********5 nömrəli sayğac İnformasiya Texnologiyaları və Rabitə İdarəsində Dövlət Yoxlamasından keçirilmiş və verilmiş rəydə sayğacın plastmas qapağının sındığı, hesablayıcı mexanizminin və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadığı və təbii qaz itkisinin yarandığı bildirilmişdir. Ona görə də 29 iyul 2021-ci il tarixdə “təbii X1nın pozulması haqqında” tərtib olunmuş ******* nömrəli akt əsasında həmin tarixdə dəymiş ziyanın bərpasına dair tələbnamə tərtib edilərək 2160 kub metr itirilmiş təbii qaz onun hesabına işlənmiş, həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi ondan tələb edilmişdir. “Təbii X1nın pozulması haqqında” tərtib olunmuş aktı imzalamaqdan imtina etmişdir. Hesab edir ki, cavabdeh təşkilat tərəfindən itirilmiş təbii qaz və dəyərləri əsassız olaraq onun hesabına işlənmişdir. O və ailə üzvləri tərəfindən həm 2019-cu il, həm də 2021-ci ildə qaz sayğacına heç bir müdaxilə olunmamış və sayğacın zədələnməsi barədə heç bir məlumatı yoxdur. Qaz İstismar İdarəsinin nəzarətçisi tərəfindən onun yaşadığı evin qaz xəttinə qoşulmuş sayğaca ən geci ayda bir dəfə baxış keçirilir, qaz sərfiyyatı barədə ona bildiriş təqdim edilir. O, istifadə etdiyi təbii qazın dəyərini mütəmadi olaraq ödəmişdir. Sayğacda hər hansi zədə, əzik olsaydı, nəzarətçi həmin qüsuru dərhal aşkar edərdi. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdiyi üçün sayğacın işçi vəziyyətinə nəzarət etməsi mümkün deyildir. Qeyd etdiklərinə əsasən cavabdeh təşkilat tərəfindən **********00980 nömrəli abonent koduna işlənmiş 1620 kub metr təbii qazın dəyəri olan 162 (bir yüz altmış iki) manat debitor borcun silinməsi, qaz sayğacının quraşdırılmasına görə ödənilmiş 65,67 qəpik məbləğin geri qaytarılması, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən **********00980 nömrəli abonent koduna işlənmiş 2160 kub metr təbii qazın dəyəri olan 216 (iki yüz on altı) manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. İşə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılması qərara alınmışdır. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 20 iyun 2019-cu il tarixdə iddiaçının İsmayıllı rayonun Hacıhətəmli kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. “Azəriqaz” İB-nin Qaz sayğacları üzrə texniki sənədləşdirmə və qeydiyyat şöbəsinin rəisi tərəfindən təsdiq edilmiş 2019-cu il tarixli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış ******* nömrəli sayğaca 21 avqust 2019-cu il tarixdə Metrologiya Departamenti və Sayğacların müayinəsi laboratoriyasında baxış keçirilərkən sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilib sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunduğu aşkar edilmişdir. “Azəriqaz” İB-nin “Təbii X1nın pozulması haqqında” 26 sentyabr 2019-cu il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-2 tipli qaz piltəsi, 1 ədəd qaz sobası radiator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. “Azəriqaz” İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, tələbnamədə ******* nömrəli sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilib sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunduğu və təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1620 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən tərtib edilən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli aktın surətindən müəyyən edilir ki, həmin təşkilatın əməkdaşları tərəfindən 05 iyul 2021-ci il tarixdə iddiaçının İsmayıllı rayonun Hacıhətəmli kəndində yerləşən fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Qaz saygacı növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmışdır. Tərtib olunmuş aktı iddiaçı imzalamışdır. “Azəriqaz” İB-nin Metrologiya Departamentinin rəis müavini tərəfindən təsdiq edilmiş 28 iyul 2021-ci il tarixli aktın surətindən görünür ki, iddiaçının yaşadığı evin qaz xəttinə quraşdırılmış **********5 nömrəli sayğaca 26 iyul 2021-ci il tarixdə Metrologiya Departamenti və Qaz sayğaclarına nəzarət komissiyası tərəfindən baxış keçirilərkən sayğacın plastmas qapağının sındığı, hesablayıcı mexanizminin və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadığı və təbii qaz itkisinin yarandığı aşkar edilmişdir. “Azəriqaz” İB-nin “Təbii X1nın pozulması haqqında” 29 iyul 2021-ci il tarixli ******* nömrəli aktın surətindən müəyyən edilir ki, abonentin istifadəsində 1 ədəd PQ-4 tipli qaz piltəsi, 1 ədəd radiator vardır. Dəymiş ziyanın hesablanması tələb olumuşdur. Tərtib olunmuş aktı iddiaçı imzalamaqdan imtina etmişdir. “Azəriqaz” İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib olunmuş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 iyul 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, tələbnamədə **********5 nömrəli sayğacın plastmas qapağının sındığı, hesablayıcı mexanizminin və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadığı və təbii qaz itkisinin yarandığı qeyd edilmişdir. Qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmiş və həmçinin iddiaçı tərəfindən sayğacın dəyərinin ödənilməsinin təmin edilməsi göstərilmişdir. 05 iyul 2021-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, iddiaçı tərəfindən qaz sayğacının quraşdırılmasına görə “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin İsmayıllı XS-nin hesabına 65 (altmış beş) manat 67 (altmış yeddi) qəpik məbləğində vəsait ödənilmişdir. 28 iyun 2021-ci il tarixli abonentin saldosundan görünür ki, iddiaçının **********00980 nömrəli abonent koduna akt üzrə 2019-cu ilin sentyabr ayının sonuna 162 manat, 2021-ci ilin iyul ayının sonuna 216 manat borc vurulmuşdur. Məhkəmə iddiaçının izahatını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 20 iyun 2019-cu il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən ******* nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış ******* nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 26 sentyabr 2019cu il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. “Azəriqaz” İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 sentyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacın hesablama mexanizminin qoruyucu qapağına vurulan zavod qurğuşun plombun kəsilib sonra yapışqan maddə ilə yapışdırılaraq yerinə bərpa olunduğu və təbii qaz itkisinin yarandığı qeyd edilmiş və həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 1620 kub metr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı qaz sayğacının 65,67 manat dəyərini “Azəriqaz” İstehsalat Birliyinin hesabına ödəmişdir. Daha sonra yenidən “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən 05 iyul 2021-ci il tarixdə iddiaçının fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərək təbii X1na riayət olunması vəziyyəti yoxlanılmışdır. Yoxlamanın nəticələrinə dair tərtib edilən həmin tarixli ******* nömrəli akta əsasən **********5 nömrəli sayğac növbədənkənar dövlət yoxlamasına göndərilməsi üçün çıxarılmış, əvəzində isə yeni sayğac quraşdırılmışdır. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. İddiaçının yaşadığı evin qaz xəttindən açılmış **********5 nömrəli sayğacda nöqsan aşkar olunduğundan abonentin istifadə etdiyi qaz avadanlıqları və onların parametrlərinə dair 29 iyul 2021-ci il tarixli ******* nömrəli “Təbii X1nın pozulması haqqında” akt tərtib edilərək itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə “Azəriqaz” İB-nın Ağsu RQİİ-nə göndərilmişdir. Tərtib olunmuş həmin aktı iddiaçı imzalamışdır. “Azəriqaz” İB-nin X2 İstismar İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş və həmin İdarənin rəisi tərəfindən təsdiq edilmiş 30 iyul 2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə sayğacın plastmas qapağının sındığı, hesablayıcı mexanizminin və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmadığı və təbii qaz itkisinin yarandığı qeyd edilmiş və həmin tələbnaməyə əsasən iddiaçının yaşadığı evin qaz xəttində itirilmiş təbii qazın miqdarı hesablanaraq 2160 kub metr müəyyən edilmişdir. Həmin miqdarda təbii qazın və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi iddiaçıdan tələb olunmuşdur. İddiaçı cavabdeh tərəfindən **********00980 nömrəli abonent koduna işlənmiş 1620 kub metr təbii qazın dəyəri olan 162 (bir yüz altmış iki) manat debitor borcun silinməsi, qaz sayğacının quraşdırılmasına görə ödənilmiş 65,67 qəpik məbləğin geri qaytarılması, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən **********00980 nömrəli abonent koduna işlənmiş 2160 kub metr təbii qazın dəyəri olan 216 (iki yüz on altı) manat debitor borcun silinməsi və dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən iddia tələbinə dair münasibətini öyrənmək mümkün olmamışdır. “X1”nın 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). Həmin Qaydaların 5.4-cü bəndinə əsasən qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin etiraz mülahizələrində göstərdiyi xüsusatlara münasibət bildirərək qeyd edir ki, iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış ******* və **********5 nömrəli sayğaclara iddiaçı və ya onun ailə üzvləri tərəfindən məqsədli olaraq müdaxilə edildiyi barədə cavabdeh tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bundan əlavə qaz sayğacı evdən kənarda, həyət qapısından çöldə yerləşdirildiyindən hazırki işin faktiki hallarına əsasən iddiaçının yaşadığı evin təbii qaz xəttinə quraşdırılmış sayğacın işçi vəziyyətdə saxlanılmasına nəzarət etmək imkanının olmadığından, habelə həmin sayğaca cavabdehin tabeçiliyində olan təşkilatın müvafiq səlahiyyətlərə malik əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirildiyindən məhkəmə hesab edir ki, sayğacda olan zədələnmə, qüsur və ya digər nasazlığa görə iddiaçı məsuliyyət daşımır. Eyni zamanda, sayğaca cavabdeh təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən müntəzəm olaraq (ən azı ayda bir dəfə) baxış keçirildiyi halda, sayğacda hər hansı zədələnmə, qüsur və ya digər nasazlıq, hətta müdaxilə olsa belə qısa müddətlər ərzində 1620 və 2160 kub metr miqdarında, yəni 162 və 216 manat dəyərində təbii qazın sərf olunması da inandırıcı deyildir. Bundan başqa qanunvericiliyin tələbinə görə qaz sayğacının quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı tərəfindən həyata keçirilir. Ona görə də məhkəmə hesab edir ki, itirilmiş təbii qazın istehlakçının hesabına işlənməsi, ondan həmin təbii qazın dəyəri olaraq hər hansı məbləğdə debitor borcun və qaz sayğacının dəyərinin tələb edilməsi əsassızdır. Qeyd olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilməli, “Azəriqaz” İB tərəfindən iddiaçının hesabına işlənmiş 1620 kub metr itirilmiş təbii qazın dəyəri olan 162 manat debitor borcun silinməsi, dəyişdirilmiş qaz sayğacının dəyəri kimi ödənilmiş 65,67 manat pulun “Azəriqaz” İB-dən alınaraq iddiaçıya ödənilməsi, iddiaçının hesabına işlənmiş 2160 kub metr itirilmiş təbii qazın dəyəri olan 216 manat debitor borcun silinməsi və iddiaçının dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunması barədə qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyidən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3-cü maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Vahı̇ dov Elmir Ağarza oğlunun **********00980 nömrəli abonent koduna vurulmuş 1620 kub metr təbii qazın dəyəri 162 (bir yüz altmış iki) manat debitor borc məbləği silinsin. Qaz sayğacının dəyəri kimi ödənilmiş 65 (altmış beş) manat 67 (altmış yeddi) qəpik məbləğ “Azəriqaz” İstehsalat Birliyindən tutularaq Vahı̇ dov Elmir Ağarza oğluna ödənilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən Vahı̇ dov Elmir Ağarza oğlunun **********00980 nömrəli abonent koduna vurulmuş 2160 kub metr təbii qazın dəyəri 216 (iki yüz on altı) manat debitor borc məbləği silinsin. Vahı̇ dov Elmir Ağarza oğlu dəyişdirilmiş qaz sayğacının dəyərinin ödənilməsi öhdəliyindən azad olunsun. “Azəriqaz” İstehsalat Birliyindən 20 (iyirmi) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar