Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-985/2022 22.08.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 22 avqust 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 ərizə ilə müraciət edərək JN-0087 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X12, Ərizəçi4, X13, X10 və X14 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Ərizəçilər ərizəni onunla əsaslandırmışlar ki, ailə üzvləri ilə birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-0087 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 ata adı səhvən Hüseyn, Ərizəçi2 adı səhvən Rəhilə, Ərizəçi3 adı səhvən Rəfael, ata adı səhvən Cahangir, Ərizəçi4 soyadı səhvən Xamoyev kimi yazılmışdır. “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçilərin soyad, adlarında və ata adında uyğunsuzluq olduğundan torpaq sahəsinə dair çıxarış ala bilmirlər. Qeyd olunan səhvlərin düzəldilməsi ilə bağlı Ərizəçi2 aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Ona görə də JN-0087 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X12, Ərizəçi4, X13, X10 və X14 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edirlər. Ərizəçi1 və Ərizəçi2 ərizənin məzmununa uyğun izahat verərək JN-0087 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X12, Ərizəçi4, X13, X10 və X14 məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Ərizəçilər Ərizəçi3 və Ərizəçi4 məhkəmə iclasına gəlməmiş, ərizə göndərərək işə iştirakları olmadan baxılmasını və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İşə üçüncü və dördüncü ərizəçilərin iştirakı olmadan baxılması qərara alınmışdır. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X2 izahat verərək göstərdi ki, ərizəçilər onun ailə üzvləridir. Aparılan torpaq islahatları zamanı birgə mülkiyyətlərinə torpaq sahəsi verilmişdir. Bu barədə tərtib olunmuş “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 ata adı Hüseyin əvəzinə səhvən Hüseyn, Ərizəçi2 adı səhvən Rəhilə, Ərizəçi3 adı səhvən Rəfael, ata adı səhvən Cahangir, Ərizəçi4 soyadı səhvən Xamoyev kimi yazılmışdır. O, qeyd olunan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X6 X2 ilə eyni məzmunlu ifadə verərək JN-0087 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçilərə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 16 sentyabr 2005-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi1 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 02 avqust 2012-ci il tarixdə mülkiyyətçiyə Ərizəçi2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Səyyar ASAN10 tərəfindən 24 may 2016-cı il tarixdə mülkiyyətçiyə Ərizəçi3 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 17093001 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 11 mart 2017-ci il tarixdə mülkiyyətçiyə X12 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi4 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA2645343 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X13 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 13595346 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 06 iyul 2013-cü il tarixdə mülkiyyətçiyə X10 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 17091221 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 10 noyabr 2016-cı il tarixdə mülkiyyətçiyə X18 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. Ermənistan Respublikası Basarkeçər rayon Qoşabulaq kənd soveti tərəfindən verilmiş 8 fevral 1963-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ikinci ərizəçiyə X1 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Ermənistan Respublikası Vardenis rayon Qayabaşı kənd soveti tərəfindən verilmiş 1 aprel 1980-ci il tarixli İ-СЛ 466009 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi1 ilə X1 arasında 1 aprel 1980-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Xamoyev, arvada Xamoyeva soyadı verilmişdir. Ermənistan Respublikası Vardenis rayon Qayabaşı kənd soveti tərəfindən verilmiş 5 aprel 1980-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, üçüncü ərizəçiyə Ərizəçi3 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. Soltankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 21 iyun 2006-cı il tarixli AZ-İ 238779 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi3 ilə X18 arasında 21 iyun 2006-cı il tarixdə rəsmi nikah bağlanmış, ərə Xamoyev, arvada Xamoyeva soyadı verilmişdir. JN-0087 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, ərizəçilərin və ailə üzvlərinin birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş həmin dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adı Ərizəçi1 Hüseyn oğlu, X5, X8, X12, X16, X13, X10 və X7 qeyd olunmuşdur. İsmayıllı rayon İHB-nın Soltankənd kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 iyul 2022-ci il tarixli 108 nömrəli arayışdan görünür ki, JN 0087 Kod 40710028 “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktında səhvən Ərizəçi1 Hüseyn oğlu, X5, X8 və X4 yazılmışdır. Lakin düzgün oxunuş Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 və Ərizəçi4 kimi oxunmalıdır. İƏD ərazisində Ərizəçi1 Hüseyn oğlu, X5, X8 və X16 adlarında şəxslər yaşamayıblar və hal-hazırda da yaşamırlar. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 30 avqust 2021-ci il tarixli **********96 nömrəli məktubdan görünür ki, ikinci ərizəçi JN-0087 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə birinci və ikinci ərizəçilərin izahatlarını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X12, Ərizəçi4, X13, X10 və X11 birgə mülkiyyətlərində olan torpaq sahəsinə dair tərtib olunmuş JN-0087 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında Ərizəçi1 ata adı səhvən Hüseyn, Ərizəçi2 adı səhvən Rəhilə, Ərizəçi3 adı səhvən Rəfael, ata adı Cahangir, Ərizəçi4 soyadı səhvən Xamoyev kimi qeyd olunmuşdur. JN- 0087 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adında uyğunsuzluq olduğundan ərizəçilər qanunla müəyyən olunmuş hüquqlarından istifadə edə bilmirlər. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı ikinci ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-0087 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçilərin həmin sənədin onlara və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxçıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, “X23 Komissiyasının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X3 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, JN-0087 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçilər həmin dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmirlər. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-0087 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyad, ad və ata adının səhv qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçilərin lazımi sənədləri başqa qaydada əldə etmələri mümkün olmadığından JN-0087 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçilərə və onların ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş JN-0087 Kod 40710028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi1, Ərizəçi2, Ərizəçi3, X12, Ərizəçi4, X13, X10 və X14 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-985/2022
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-985/2022
22.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver