Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-986/2021 03.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunmasına dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında 05 noyabr 2021-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-1099A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-1080 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X4, X9, Cahidli (nikahdan sonra Qasımova) Qumru Rafiq qızına və ona məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi izahat verərək göstərdi ki, onun və ailə üzvlərinin birgə mülkiyyətlərində olan torpaq sahəsi barədə tərtib olunmuş JN-1099A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun ata adı Rafiq əvəzinə Cahid, JN-1080 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında isə atasının ata adı Cahid əvəzinə Cavid, bacısının soyadı Cahidli əvəzinə Cavidli kimi qeyd olunmuşdur. Bacısı 2016-cı ildə Xəyal Qasımov adlı şəxslə ailə qurmuş, ailə qurduqdan sonra ərinin soyadına uyğun Qasımova soyadını götürmüşdür. Bacısının qızlıq soyadı Cahidli olmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə onun ata adı, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında isə atasının ata adı və bacısının soyadı səhv yazıldığından torpaq sahələrinə dair çıxarış ala bilmir. Qeyd etdiyi səhvlərin düzəldilməsi ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi bildirilmişdir. Qeyd etdiklərinə əsasən JN- 1099A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-1080 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndə məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X2 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşı oğludur. Aparılan torpaq islahatları zamanı ərizəçinin və ailə üzvlərinin borgə mülkiyyətlərinə torpaq sahələri verilmişdir. Bu barədə tərtib olunmuş sənədlərdə ərizəçinin ata adı Rafiq əvəzinə Cahid, ərizəçinin atasının ata adı Cahid əvəzinə Cavid, ərizəçinin bacısının soyadı isə Cahidli əvəzinə Cavidli kimi yazılmışdır. O, JN-1099A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-1080 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olmasınə təsdiq edir. AZE 13595862 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 30 iyul 2013-cü il tarixdə mülkiyyətçiyə X9 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 15856865 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən 17 iyun 2016-cı il tarixdə mülkiyyətçiyə X4 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA2237724 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X14 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. XİX-ЖГ 405367 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X16 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZ-İİ 080140 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X16 arasında 26 yanvar 2016-cı il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qasımov, arvada Qasımova soyadı verilmişdir. İİİ- ЖГ 447247 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X8 arasında 21 avqust 1985-ci il tarixdə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Əmiraslanov, arvada Məmmədova soyadı verilmişdir. JN-1099A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X4, X9, X9 və X10 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə mülkiyyətçi Ərizəçi ata adı Cahid kimi qeyd olunmuşdur. JN-1080 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, X4, X9, X9 və X10 mülkiyyətinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında mülkiyyətçi X5 ata adı Cavid, mülkiyyətçi X3 Cavidli kimi qeyd olunmuşdur. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 14 iyul 2021-ci il tarixli **********88 nömrəli məktubdan görünür ki, ərizəçi JN-1099A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ ona izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, X4, X9, X9 və X10 birgə mülkiyyətində olan torpaq sahələrinə dair tərtib olunmuş JN-1099A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi ata adı Cahid, JN-1080 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında isə mülkiyyətçi X5 ata adı Cavid, mülkiyyətçi X3 Cavidli kimi qeyd olunmuşdur. “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin soyad və ata adlarında uyğunsuzluq olduğundan ərizəçi torpaq sahəsinə dair çıxarış ala bilmir. Göstərilən səhvlərin düzəldilməsi ilə bağlı ərizəçi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-1099A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə və JN-1080 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədlərin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X20 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, şəhadətnaməni və dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi şəhadətnamədəki ə dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək və qeyd edilən hüquq normalarının tələblərini rəhbər tutaraq hesab edir ki, JN-1099A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçi Ərizəçi ata adının Cahid, JN-1080 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında isə mülkiyyətçi X5 ata adının Cavid, mülkiyyətçi X1 Cavidli kimi qeyd edildiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənədlərdə düzəliş edilməsi və ərizəçinin lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün olmadığından JN-1099A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-1080 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş 31 oktyabr 2006-cı il tarixli JN-1099A Kod 40719028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin və JN-1080 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X4, X9, Ərizəçi və Cahidli (nikahdan sonra Qasımova) Qumru Rafiq qızına məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-986/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-986/2021
03.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver