Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-989/2020 16.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək JN-18xx xxx 40701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X10, X17, X11, X8, X14, X6 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon X9 xx xxxxxx 2003-cü il tarixli 111 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun İsmayıllı kəndi ərazisində 0,09 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Bu barədə JN-18xx xxx 40701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib olunmuşdur. Şəhadətnamədə onun soyad, ad və ata adı Ərizəçi əvəzinə Ərizəçi qızı, arvadının ata adı Əliman əvəzinə Elman, uşaqlarının ata adı Eynulla əvəzinə Elman kimi yazılmışdır. X26 xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Şəhadətnamədə mülkiyyətçilərin ata adları düzgün qeyd olunmadığından atasından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Səhvlərin aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, səhvlərin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Qeyd etdikləri nəzərə alınaraq JN-18xx xxx 40701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun qardaşıdır. Aparılan torpaq islahatı zamanı qardaşının və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı kəndi ərazisindən həyətyanı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair şəhadətnamədə qardaşının ata adı Səftər oğlu əvəzinə Səftər qızı, qardaşı arvadının ata adı Əliman əvəzinə Elman, qardaşının uşaqlarının ata adları Eynulla əvəzinə Elman kimi yazılmışdır. Göstərilən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. X2 X1 ilə eyni məzmunlu ifadə verərək JN-18xx xxx 40701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq etdi. AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2019-cu il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 03990891 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxx 2005-ci il tarixdə mülkiyyətçiyə X17 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 08514624 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxx 2011-ci il tarixdə mülkiyyətçiyə X11 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA0707751 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X8 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 13593129 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxx 2013-cü il tarixdə mülkiyyətçiyə X14 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AA1012461 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, mülkiyyətçiyə X13 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. xx xxxx 2018-ci il tarixli AZ-İ 926539 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçi X10 xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. Vİ-ЖГ 369991 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X16 arasında xx xxxxxx 1994-cü il tarixdə nikah bağlanmış, ərə Şalbuzov, arvada Şalbuzova soyadı verilmişdir. XVİİİ-ЖГ 357629 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X8 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. AZ-İİ 409717 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X14 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İ-AZ 156778 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X13 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. JN-18xx xxx 40701004 olan «Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, X10, X17, Ərizəçi, X11, X8, X14 və X4 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş şəhadətnamədə Ərizəçi ata adı Səftər qızı, X5 ata adı Elman, X3 ata adı Elman, X7 ata adı Elman və X4 ata adı Elman kimi yazılmışdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********45 nömrəli məktubdan görünür ki, ərizəçi JN-1818F nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, JN-18xx xxx 40701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında X10, X17, Ərizəçi, X11, X8, X14 və X4 birgə mülkiyyətlərinə İsmayıllı rayonun İsmayıllı kəndi ərazisində 0,09 hektar torpaq sahəsi verilmişdir. Şəhadətnamədə Ərizəçi ata adı Səftər qızı, X5 ata adı Elman, X3, X7 və X4 ata adları Elman kimi qeyd olunmuşdur. Mülkiyyətçi Səftər Şalbuzov xx xxxx 2018-ci il tarixdə vəfat etmişdir. JN-18xx xxx 40701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin ata adları düzgün yazılmadığından ərizəçi atasından miras qalan əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ala bilmir. Ərizəçi göstərilən səhvlərin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-18xx xxx 40701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, JN-18xx xxx 40701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçilərin ata adlarının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədi başqa qaydada əldə etməsi mümkün olmadığından göstərilən şəhadətnamənin ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxx 2006-cı il tarixli JN-18xx xxx 40701004 olan “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin X10, X17, Ərizəçi, X11, X8, X14 və X6 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-989/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-989/2020
16.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver