Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-99/2023 15.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Qasımov Xalid Məhərrəm oğlunun katibliyi ilə Ərizəçilər Ərizəçi1, Ərizəçi2 və Ərizəçi3 İsmayıllı rayon Notariat Ofisini maraqlı tərəf qismində cəlb etdikləri “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” barədə ərizəsi üzrə mülki işə 15 fevral 2023-cü il tarixdə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçilər Ərizəçi1,Ərizəçi2 və Ərizəçi3 ərizə ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-3-715 nömrəli alqısatqı müqaviləsi ilə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair” JN-0738 kod 40726018 nömrəli Dövlət aktının Ərizəçi1, X5,Ərizəçi2,Ərizəçi3 və Eyvazova Səbirə Ramiz qızına məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasında Ərizəçi1 ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun xx.xx.2005-ci il tarixli 4Ə-3-715 nömrəli alqı-satqı müqaviləsi ilə JN-0738 KOD 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu, Tircan kəndində yerləşən 4.87 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi onun və digər mülkiyyətçilərin birgə mülkiyyətlərinə verilmişdir.Yuxarıda qeyd edilən Dövlət Aktında onun və digər mülkiyyətçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Onun adı həmin vaxt “Sərhəd” və ata adı “Cənnətalı” olmasına baxmayaraq Dövlət Aktında səhvən adı “Sərhad” və ata adı “Cənnətağı” və oğlanları Ərizəçi2 adı həmin vaxt “Şahyar” və ata adı “Sərhad” olmasına baxmayaraq Dövlət Aktında səhvən adı “Şahlar” və ata adı “Sərvad” və Ərizəçi3 isə ata adı həmin vaxt “Sərhad” olmasına baxmayaraq Dövlət Aktında səhvən ata adı “Sərvad” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində onun və digər mülkiyyətçilərin bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət edərək, Dövlət Aktındakı yanlışlıqlara görə hüquqlarını həyata keçirə bilmədiyini bildirmiş, ona Dövlət Aktındakı yanlışlıqların düzəldilməsinin sözügedən idarənin səlahiyyətində olmaması və bunun üçün məhkəməyə müraciət olunması bildirilmişdir. Dövlət Aktında mülkiyyətçi kimi onun və digər mülkiyyətçilərin ad,soyad və ata adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki,onun və digər mülkiyyətçilərin şəxsiyyət vəsiqələrindəki və digər sənədlərindəki ad, soyad və ata adları ilə Dövlət Aktındakı ad, soyad və ata adları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Dövlət Aktının ona və digər mülkiyyətçilərə məxsus olması faktı müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Ərizəçilər Ərizəçi2 və Ərizəçi3 ərizənin təmin edilməsini məhkəmədən xahiş etdilər. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı tərəf səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı tərəfin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçilərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2005-ci il tarixli, AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1941-ci il tarixdə İsmayıllı rayonu, Tircan kəndində doğulmuş Eyvazov X4 rayonu, Tircan kəndində qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE № 03990664 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1952-ci il tarixdə İsmayıllı rayonu, Şəbyan kəndində doğulmuş X1 rayonu, Tircan kəndində qeydiyyatdadır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş,xx.xx.2018-ci il tarixli, AZE № 18692071 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1979-cu il tarixdə Sumqayıt şəhərində doğulmuş Eyvazova Səbirə Ramiz qızı Sumqayıt şəhəri, MİK-8, ev1/14, mənzil 28-də qeydiyyatdadır. İş materiallarında olan Asan-Sumqayıt tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki,xx.xx.1972-ci il tarixdə İsmayıllı rayonu, Tircan kəndində doğulmuş Ərizəçi2 Sumqayıt şəhəri, 8-ci Mikrorayon MİK 1/14, 28 ünvanında qeydiyyatdadır. İş materiallarında olan İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx.xx.1978-ci il tarixdə İsmayıllı rayonu, Tircan kəndində doğulmuş Eyvazov X7 rayonu, Tircan kəndində qeydiyyatdadır. İş materiallarında olan JN-0738 KOD 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun 28 noyabr 2005-ci il tarixli 4Ə-3-715 nömrəli alqı-satqı müqaviləsi ilə İsmayıllı rayon Tircan kənd sakinləri Eyvazov Sərhad Cənnətağı oğlu, X5, X9,Ərizəçi3 Sərvad oğlu və Eyvazova Səbirə Ramiz qızının birgə mülkiyyətlərinə İsmayıllı rayon Tircan kəndi ərazisindən 4.87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Dövlət Aktı 15219 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi,dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin,siyasi partiyaların bileti,hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X13 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X6 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Dövlət Aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi Dövlət aktındakı yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, İsmayıllı rayon Dövlət Notariat Kontorunun 28 noyabr 2005-ci il tarixli 4Ə- 3-715 nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş JN-0738 KOD 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Tircan kəndində yerləşən 4.87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Eyvazov Sərhad Cənnətağı oğlu (ərizəçi), X5, X9 (ərizəçi), Ərizəçi3 Sərvad oğlu (ərizəçi) və Eyvazova Səbirə Ramiz qızının birgə mülkiyyətlərinə verilmişdir. Yuxarıda qeyd edilən Dövlət Aktında ərizəçilərin ad, soyad və ata adları qeyd edilmişdir. Ərizəçi1 adı həmin vaxt “Sərhəd” və ata adı “Cənnətalı” olmasına baxmayaraq Dövlət Aktında səhvən adı “Sərhad” və ata adı “Cənnətağı”, Ərizəçi2 adı həmin vaxt “Şahyar” və ata adı “Sərhad” olmasına baxmayaraq Dövlət Aktında səhvən adı “Şahlar” və ata adı “Sərvad” və Ərizəçi3 isə ata adı həmin vaxt “Sərhad” olmasına baxmayaraq Dövlət Aktında səhvən ata adı “Sərvad” kimi yazılmışdır.X10 bu yanlışlıqlar ərizəçilərin hüquqlarından lazımi qaydada istifadə etmələrinə maneə törədir, bu səbəbdən də İsmayıllı rayon Dövlət Notariat Kontorunun 28 noyabr 2005-ci il tarixli 4Ə-3-715 nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş JN-0738 KOD 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Tircan kəndində yerləşən 4.87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Eyvazov Sərhad Cənnətağı oğlu (ərizəçi), X5, X9 (ərizəçi), Ərizəçi3 Sərvad oğlu (ərizəçi) və Eyvazova Səbirə Ramiz qızının mülkiyyətlərinə verilməsinə dair JN-0738 KOD 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi1 adının “Sərhad”, ata adının “Cənnətağı”, Ərizəçi2 adının “Şahlar” və ata adının “Sərvad” və Ərizəçi3 ata adının “Sərvad” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X2 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE №03990664 saylı şəxsiyyət vəsiqəsi), Eyvazova Səbirə Ramiz qızına (Asan-Sumqayıt tərəfindən verilmiş, xx.xx.2018ci il tarixli, AZE №18692071 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi1 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (Asan- Sumqayıt tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi3 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. Məhkəmə hesab edir ki, Ərizəçi1 tərəfindən dövlət rüsumu barədə tələb olmadığından mülki iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi1 özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227, 233, 307-308, 311,360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. İsmayıllı rayon Dövlət Notariat Kontorunun 28 noyabr 2005-ci il tarixli 4Ə-3-715 nömrəli alqı-satqı müqaviləsi ilə verilmiş JN-0738 KOD 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən İsmayıllı rayonu,Tircan kəndində yerləşən 4.87 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin Eyvazov Sərhad Cənnətağı oğlu (ərizəçi), X5, X9 (ərizəçi), Ərizəçi3 Sərvad oğlu (ərizəçi) və Eyvazova Səbirə Ramiz qızının mülkiyyətlərinə verilməsinə dair JN-0738 KOD 40726018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında Ərizəçi1 adının “Sərhad”, ata adının “Cənnətağı”, Ərizəçi2 adının “Şahlar” və ata adının “Sərvad” və Ərizəçi3 ata adının “Sərvad” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X2 (İsmayıllı RPŞ tərəfindən verilmiş,xx.xx.2005-ci il tarixli,AZE №03990664 saylı şəxsiyyət vəsiqəsi), Eyvazova Səbirə Ramiz qızına (Asan-Sumqayıt tərəfindən verilmiş, xx.xx.2018-ci il tarixli, AZE №18692071 saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi1 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2005-ci il tarixli, AZE №0******* saylı şəxsiyyət vəsiqəsi), Ərizəçi2 (Asan-Sumqayıt tərəfindən verilmiş, xx.xx.2019-cu il tarixli, AA******* saylı şəxsiyyət vəsiqəsi) və Ərizəçi3 (İsmayıllı RPŞ tərəfindən verilmiş, xx.xx.2013-cü il tarixli, AZE №******** saylı şəxsiyyət vəsiqəsi) aid olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu məbləği ərizəçinin özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən elektron qaydada İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-99/2023
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-99/2023
15.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver