Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-990/2021 27.10.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə, Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə 27 oktyabr 2021-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək, JN-884F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamənin X17, Kərimli (nikahdan sonra Babayeva) Ülviyyə Mübariz qızı, X13 və ona, JN-929 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X17, Kərimli (nikahdan sonra Babayeva) Ülviyyə Mübariz qızına və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə iclasında ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsi onun və ailə üzvləri X17, Kərimli (nikahdan sonra Babayeva) Ülviyyə Mübariz qızı, X9, həmin qərarla 0,76 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi onun və ailə üzvləri X17, Kərimli (nikahdan sonra Babayeva) Ülviyyə Mübariz qızının mülkiyyətinə verilmişdir. Həyətyanı torpaq sahəsinə dair tərtib olunmuş JN-884F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə qızının soyadı həmin vaxt “Kərimli” olmasına baxmayaraq “Kərimova”, kənd təsərrüfatı təyinatlı torpaq sahəsi barədə tərtib olunmuş JN-929 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında onun adı həmin vaxt “Mərhəmət” olmasına baxmayaraq “Məlahət”, qızının soyadı həmin vaxt “Kərimli” olmasına baxmayaraq “Kərimova” kimi yazılmışdır. Bu hallar həmin torpaq sahələri üzərində bir sıra hüquqları həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdikdə şəhadətnamədə qızının soyadında, dövlət aktında isə qızının soyadında və onun adında olan yanlışlıqlara görə müvafiq sənədi ala bilməmişdir. Şəhadətnamədə və dövlət aktında qızının soyadı, dövlət aktında onun adının olduğu kimi yazılmasını digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, onun və qızının şəxsiyyət vəsiqələrində və digər sənədlərindəki soyad və adı ilə şəhadətnamədəki soyad və adı arasındakı uyğunsuzluqlar məhkəmə qaydasında aradan qaldırılmalı, həmin şəhadətnamənin və dövlət aktının ona və ailə üzvlərinə məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini xahiş edir. Maraqlı şəxs İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 bildirdi ki, ərizəçi onun qardaşının arvadıdır. Qardaşı arvadının adı Mərhəmət, qardaşı qızının soyad isə Kərimlidir. Onların birgə mülkiyyətlərinə verilmiş torpaq sahələri barəsində tərtib olunmuş “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə qızının soyadı “Kərimli” əvəzinə “Kərimova”, “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ərizəçinin adı “Mərhəmət” əvəzinə “Məlahət”, qızının soyadı “Kərimli” əvəzinə “Kərimova” kimi yazılmışdır. O, şəhadətnamənin və dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktını təsdiq edir. İş materiallarında olan JN-884F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamənin surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kənd sakinləri X17, Ərizəçi, X14 və X13 İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə 0,06 hektar torpaq sahəsi fərdi yaşayış evi tikmək məqsədi ilə mülkiyyətlərinə verilmişdir. Şəhadətnamə 13734 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X10 verilmişdir. İş materiallarında olan JN-929 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, İsmayıllı rayonu İsmayıllı kənd sakinləri X17, Ərizəçi və X5 İsmayıllı Rayon AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı ilə 0,76 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə mülkiyyətlərinə verilmişdir. Dövlət aktı 11578 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Dövlət aktının bir nüsxəsi X10 verilmişdir. İş materiallarında olan İİ-ИЕ 022123 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, ərizəçiyə X3 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan XİV-ЖГ 288824 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mülkiyyətçiyə X19 adı ilə doğum haqqında şəhadətnamə verilmişdir. İş materiallarında olan İV-ЖГ 320450 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə X3 arasında 21 aprel 1987-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Kərimov, arvada Kərimova soyadı verilmişdir. İş materiallarında olan AZ-İ 105319 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X21 arasında 03 dekabr 2007-ci il tarixdə rəsmi nikah bağlanmış, ərə Babayev, arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan AZE 13592689 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon İsmayıllı kəndində qeydiyyatda olan və 02 mart 1960-cı il tarixdə doğulmuş şəxs X11r. İş materiallarında olan AZE ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon İsmayıllı kəndində qeydiyyatda olan və xx xxx 1960-cı il tarixdə doğulmuş şəxs Ərizəçidır. İş materiallarında olan AZE 13887217 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon İsmayıllı kəndində qeydiyyatda olan və 18 dekabr 1996-cı il tarixdə doğulmuş şəxs X15r. İş materiallarında olan AA1239195 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 15 oktyabr 1988-ci il tarixdə doğulmuş şəxs X6r. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixli **********06 saylı Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, ərizəçinin müraciəti ilə bağlı torpaq sahələrinə dair hüquq müəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmaması və məhkəməyə müraciət etməli olması bildirilmişdir. İş materiallarında olan İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 22 sentyabr 2021-ci il tarixli 2345 nömrəli arayışdan görünür ki, JN-929 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında texniki səhv olaraq X20 yazılmışdır. Vətəndaşın doğum haqqında şəhadətnaməsinə və şəxsiyyət vəsiqəsinə əsasən Ərizəçi yazılmalıdır. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X32 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X8 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, şəhadətnaməni və dövlət aktını verən komissiya artıq mövcud olmadığından ərizəçi şəhadətnamədəki və dövlət aktındakı yanlışlıqların aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidin ifadəsi və təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, X17, Ərizəçi, X14 və X13 məxsus JN-884F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə səhvən X2 Kərimova, X17, X20 və X5 məxsus JN-929 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında səhvən X2 Kərimova, Ərizəçi adı Məlahət kimi yazılmışdır. Həmin şəhadətnamədə və dövlət aktında olan bu yanlışlıqlar ərizəçinin hüquqlarından lazımi qaydada istifadə etməsinə maneə törədir. Bu səbəbdən də İsmayıllı rayonu AİK-nın 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X17, Ərizəçi, X14 və X9 mülkiyyətinə verilməsinə dair JN-884F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçinin, yəni X1 Kərimova kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17, Ərizəçi, X19 və X13 və İsmayıllı rayonu, İsmayıllı kəndində yerləşən 0,76 ha torpaq sahəsinin X17, X20 və X4 mülkiyyətinə verilməsinə dair JN-929 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni X1 Kərimova, Ərizəçi adının Məlahət kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17, Ərizəçi və X12 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası 214, 216-220, 227, 307-308-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. İsmayıllı rayonu Aqrar İslahat komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,06 ha torpaq sahəsinin X17, Ərizəçi, X14 və X9 mülkiyyətinə verilməsinə dair 28 sentyabr 2006-cı il tarixli JN- 884F Kod 40719028 nömrəli “Torpağın mülkiyyətinə verilməsinə dair” şəhadətnamədə mülkiyyətçinin, yəni X1 “Kərimova” qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17, Ərizəçi, Kərimli (nikahdan sonra Babayeva) Ülviyyə Mübariz qızı və X13 məxsus olması faktı müəyyən edilsin. İsmayıllı rayonu Aqrar İslahat komissiyasının 20 fevral 2001-ci il tarixli 120 saylı qərarı əsasında İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən 0,76 ha torpaq sahəsinin X17, X20 və X4 mülkiyyətinə verilməsinə dair 3 fevral 2002-ci il tarixli JN-929 Kod 40719028 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçilərin, yəni Ərizəçi adının “Məlahət”, X1 “Kərimova” qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X17, Ərizəçi və Kərimli (nikahdan sonra Babayeva) Ülviyyə Mübariz qızına məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-990/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-990/2021
27.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver