Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-999/2020 21.12.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Məhərrəmov Şəfayət Bağı oğlunun katibliyi ilə Ərizəçi İsmayıllı rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsinə dair mülki işə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2020-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: Ərizəçi (bundan sonra ərizəçi) ərizə ilə müraciət edərək xx xxxxxxxx 2000-ci il tarixli JN-1xx xxx 40728038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının X6, X7, X11, X12, X17, X13 və ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçı tələbini müdafiə etdiyini bildirdi və izahat verərək göstərdi ki, İsmayıllı rayon X4 xx xxxxxx 1998-ci il tarixli 63 saylı qərarına uyğun olaraq onun və ailə üzvlərinin birgə mülkiyyətlərinə İsmayıllı rayonun Zeyvə kəndi ərazisində 3,82 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Bu barədə JN-1xx xxx 40728038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı tərtib olunmuşdur. Dövlət aktında arvadının ata adı Ədalət əvəzinə Nüsrət kimi yazılmışdır. Dövlət aktında arvadının ata adı düzgün qeyd olunmadığından torpaq sahəsinə dair çıxarış ala bilmir. Səhvin aradan qaldırılması ilə bağlı aidiyyatı orqana müraciət etmiş, həmin orqan tərəfindən səhvin düzəldilməsinin məhkəməyə qədər və məhkəmədən kənar mümkün olmadığı və məhkəməyə müraciət etməsi ona bildirilmişdir. Qeyd etdikləri nəzərə alınaraq JN-1xx xxx 40728038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona və ailə üzvlərinə məxsus olmasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Maraqlı tərəf İsmayıllı rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını qərara almışdır. X1 ifadə verərək göstərdi ki, ərizəçi onun əridir. Aparılan torpaq islahatı zamanı ailə üzvləri ilə birgə mülkiyyətlərinə Zeyvə kəndi ərazisindən 3,82 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Torpaq sahəsinə dair dövlət aktında onun ata adı Ədalət əvəzinə Nüsrət kimi yazılmışdır. Dövlət aktında onun ata adı düzgün qeyd olunmadığından mülkiyyət hüquqlarını həyata keçirə bilmirlər. JN-1xx xxx 40728038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının ona, ərizəçiyə və ailə üzvlərinə məxsus olmasını təsdiq edir. AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxxx 2010-cu il tarixdə mülkiyyətçiyə Ərizəçi adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 13525983 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, SƏYYAR- ASAN2 tərəfindən xx xxxx 2013-cü il tarixdə mülkiyyətçiyə X6 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 08403358 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2010-cu il tarixdə mülkiyyətçiyə X2 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 07593341 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2009-cu il tarixdə mülkiyyətçiyə X8 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 15589037 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 1988-ci il tarixdə mülkiyyətçiyə X5 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 07726870 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxxxx 2010-cu il tarixdə mülkiyyətçiyə X17 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. AZE 17091094 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İsmayıllı rayon Polis Şöbəsi tərəfindən xx xxxxxx 2016-cı il tarixdə mülkiyyətçiyə X18 adı ilə şəxsiyyət vəsiqəsi verilmişdir. xx xxxxxx 2006-cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X7 arasında xx xxxxxx 2006-cı il tarixdə nikah bağlanmış, ərə Süleymanov, arvada Süleymanova soyadı verilmişdir. AZ-İ 403331 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X11 arasında xx xxxx 2008-ci il tarixdə nikah bağlanmış, ərə Müslimov, arvada Müslimova soyadı verilmişdir. AZ-İ 637773 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X12 arasında xx xxxx 2011-ci il tarixdə nikah bağlanmış, ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. JN-1xx xxx 40728038 olan «Torpağa mülkiyyət hüququna dair” dövlət aktının surətindən görünür ki, Ərizəçi, X6, X7, X11, X12, X17 və X10 birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinə dair tərtib olunmuş dövlət aktında X3 ata adı Nüsrət kimi yazılmışdır. İsmayıllı rayon İHB-nın Xankəndi kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli 284 nömrəli arayışdan görünür ki, JN-1xx xxx 40728038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında X3 ata adı səhv olaraq Nüsrət yazılmışdır. Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli **********66 nömrəli məktubdan görünür ki, ərizəçi JN-130 nömrəli “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında ad və soyad səhvlərinin dəyişdirilərək qeydiyyata alınması ilə bağlı müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, JN-1xx xxx 40728038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı əsasında Ərizəçi, X6, X7, X11, X12, X17 və X10 birgə mülkiyyətlərinə İsmayıllı rayonun Zeyvə kəndi ərazisində 3,82 hektar həyətyanı torpaq sahəsi verilmişdir. Dövlət aktında mülkiyyətçi X3 ata adı Nüsrət kimi qeyd olunmuşdur. JN-1xx xxx 40728038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçinin ata adı düzgün yazılmadığından ərizəçi torpaq sahəsinə dair çıxarış ala bilmir. Ərizəçi göstərilən səhvin düzəldilməsi ilə bağlı Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə cavab olaraq hüquqmüəyyənedici sənədlərdə ad və soyadların dəyişdirilərək qeydiyyata alınmasının Ərazi İdarəsinin səlahiyyətlərinə aid olmadığı bildirilmiş və məhkəməyə müraciət etmək hüququ izah olunmuşdur. Hazırki vəziyyətdə JN-1xx xxx 40728038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında düzəliş edilməsi, eyni zamanda ərizəçinin həmin sənədin ona və ailə üzvlərinə məxsus olması faktını təsdiq edən lazımi sənədləri başqa qaydada əldə etməsi mümkün deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişdirilməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikası Ədliyyə Nazirliyi və Naxçıvan MR ərazisində Naxşıvan MR Ədliyyə Nazirliyi) tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, JN-1xx xxx 40728038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktında mülkiyyətçinin ata adının düzgün qeyd edilmədiyi iş materialları və işin yuxarıda qeyd edilən faktiki halları ilə tam təsdiq olunduğundan, habelə hazırki vəziyyətdə həmin sənəddə düzəliş edilməsi və ərizəçinin lazımi sənədi başqa qaydada əldə etməsi mümkün olmadığından göstərilən dövlət aktının ərizəçiyə və ailə üzvlərinə məxsus olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 214, 216-220, 227.2, 227.3, 307-308-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: Ərizə təmin edilsin. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin İsmayıllı rayon Şöbəsi tərəfindən tərtib edilmiş xx xxxxxxxx 2000-ci il tarixli JN-1xx xxx 40728038 olan “Torpağa mülkiyyət hüququna dair” dövlət aktının Ərizəçi, X6, X7, X11, X12, X17 və X13 məxsus olması faktı müəyyən edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №2(037)-999/2020
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-999/2020
21.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver