Azərbaycan Respublikası adından QƏTNAMƏ İsmayıllı rayonu İş № 2(037)-999/2021 12.11.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə Ərizəçi İsmayıllı Rayon Notarı̇ at Ofisini maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli faktın müəyyən olunması ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1.2572 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsinin mülkiyyətlərinə verilməsinə dair MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın ona və ailə üzvləri olan Əhədov Nurulla Əhəd oğlu, X43, X35, X17 məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək göstərdi ki, İsmayıllı rayon Aqrar İslahat Komissiyasının (bundan sonra AİK adlandırılacaq) 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə onun və ailə üzvləri olan X44, Əhədov Nurulla Əhəd oğlu, X31, X25 birgə mülkiyyətlərinə İsmayıllı rayonu Mican kəndi ərazisindən 1,37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. 28 aprel 2006-cı il tarixdə o həmin torpaq sahəsinin 0,11 hektarını notarial qaydada alqı-satqı müqaviləsi əsasında X3. Alqı-satqıdan sonra qalıq torpaq sahəsi üçün ona və ailə üzvlərinə MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarış (bundan sonra “Çıxarış” adlandırılacaq) verilmişdir. Həmin Çıxarış əsasında birgə mülkiyyətçilərin mülkiyyətində 1,2572 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi vardır. Onun anası X12 həmin vaxt “Əhədova” olmasına baxmayaq Çıxarışda səhvən “Əhmədova” kimi, adı həmin vaxt “Tuti” olmasına baxmayaraq Çıxarışda səhvən “Tutu” kimi, ata adı həmin vaxt “Dosi” olmasına baxmayaraq Çıxarışda səhvən “Dosu” kimi, atası X10 həmin vaxt “Əhədov” olmasına baxmayaraq Çıxarışda səhvən “Əhmədov” kimi, qızı X5 həmin vaxt “Talıbova” olmasına baxmayaraq Çıxarışda səhvən “Əhmədova” kimi, oğlu X11 həmin vaxt “Talıbov” olmasına baxmayaraq Çıxarışda səhvən “Əhmədov” kimi yazılmışdır. Bu hal həmin torpaq sahəsi üzərində bir sıra hüquqlarını həyata keçirmələrinə maneçilik törədir və gələcəkdə də törədə bilər. Məsələn, qeyd edilən torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə müvafiq sənədləşmənin (Forma 1-in alınması və s.) aparılması üçün Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etdikdə Çıxarışda ailə üzvlərinin ad, soyad və ata adlarında olan yanlışlığa görə hüquqlarını həyata keçirə bilməmişlər. Çıxarışda mülkiyyətçi kimi onların adlarının olduğunu digər formada təsdiqləmək mümkünsüz olduğu üçün məhkəməyə müraciət etməli olmuşdur. Hesab edir ki, anasının ölüm haqqında şəhadətnaməsindəki soyad, ad və ata adı ilə Çıxarışdakı soyad, ad və ata adı arasındakı uyğunsuzluq, atasının ölüm haqqında şəhadətnaməsindəki soyadı ilə Çıxarışdakı soyadı arasındakı uyğunsuzluq, qızının və oğlunun şəxsiyyət vəsiqəsində və digər sənədlərindəki soyadı ilə Çıxarışdakı soyadları arasındakı uyğunsuzluq məhkəmə qaydasında aradan qaldırılmalı, həmin Çıxarışda qeyd edilən ad, soyad və ata adının onlara məxsus olması müəyyən edilməlidir. Ona görə də ərizənin təmin edilməsini məhkəmədən xahiş edir. Maraqlı şəxs İsmayıllı Rayon Notariat Ofisinə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilmiş, lakin maraqlı şəxs səlahiyyətli nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçi tərəfindən məhkəməyə dəvət edilmiş Şahid ifadəsində göstərmişdir ki, o, ərizəçinin əmisidir. İsmayıllı rayon Aqrar İslahat Komissiyasının qərarı ilə 1,37 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi qardaşı və ailə üzvlərinin birgə mülkiyyətinə verilmişdir. 28 aprel 2006-cı il tarixdə onlar həmin torpaq sahəsinin 0,11 hektarını notarial qaydada alqı-satqı müqaviləsi əsasında satmışlar. Alqı-satqıdan sonra qalıq torpaq sahəsi üçün qardaşı və ailə üzvlərinə Çıxarış verilmişdir. X8 soyadı həmin vaxt “Əhədov” olmasına baxmayaraq Çıxarışda səhvən “Əhmədov” kimi, qardaşı arvadının soyadı, adı, ata adı həmin vaxt “X43” olmasına baxmayaraq Çıxarışda səhvən “X40” kimi və digər mülkiyyətçilərin soyadları da müvafiq olaraq səhv yazılmışdır. Məhkəmə ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş 25.06.2020-ci il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.1958-ci il tarixdə Bakı şəhərində doğulmuş Talıbova X14 şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Asan 2 tərəfindən verilmiş 14.08.2019-cu il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, 02.02.1982-ci il tarixdə Novıy-Uzen şəhərində doğulmuş X26 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarında olan 09.03.2010-cu il tarixli, 160-007 saylı pasportdan görünür ki, X35 22.11.1980-ci il tarixdə İsmayıllı rayonunda doğulmuşdur. İş materiallarında olan JN-371 Kod 40719018 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının surətindən görünür ki, bu dövlət akt X44, Əhədov Nurulla Əhəd oğlu, X23, X31, X25 birgə mülkiyyətlərinə verilib-ona görə ki, İsmayıllı Rayon AİK-nın 06 fevral 1999-cu il tarixli 66 saylı qərarı ilə verilmiş 1,37 hektar torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə – mülkiyyətlərinə verilib. Şəhadətnamə 12362 nömrə ilə kitabda qeydə alınmış və iki nüsxədə tərtib edilmişdir. Şəhadətnamənin bir nüsxəsi X36 verilmişdir. İş materiallarında olan MH seriyalı ******* nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışın surətindən görünür ki, İsmayıllı rayonu Mican kəndində yerləşən 1,2572 hektar torpaq sahəsi X40, X33, Ərizəçi, X27, X24 birgə mülkiyyətindədir. Çıxarış daşınmaz əmlakın dövlət reyestrində 4 nömrəli reyestr kitabının 125 nömrəli vərəqində qeydiyyatda alınmışdır. İş materiallarında olan 23 yanvar 2004-cü il tarixli, AZ-İ saylı 074782 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X43 22.01.2004-cü il tarixdə ölmüşdür. İş materiallarında olan 22 sentyabr 2014-cü il tarixli, AZ-İ saylı 689452 saylı təkrar ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X34 22.02.1997-ci il tarixdə ölmüşdür. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il il tarixli 226 nömrəli Fərmanına əsasən, "X47 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmiş və X13 hüquqi varisi müəyyən edilməmişdir. Göründüyü kimi, Şəhadətnaməni verən komissiya artıq mövcud olmadığından ərizəçi Şəhadətnamədəki yanlışlığın aradan qaldırılmasını başqa qaydada həll edə bilmir. Beləliklə, məhkəmə iclasında ərizəçi tərəfin izahatı, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, MH seriyalı ******* nömrəli Çıxarışa əsasən İsmayıllı rayonu, Mican kəndində yerləşən 1,2572 ha torpaq sahəsi X40, X33, Ərizəçi, X27, X24 birgə mülkiyyətindədir. Sözügedən X9 soyadı həmin vaxt “Əhədova” olmasına baxmayaq Çıxarışda səhvən “Əhmədova” kimi, adı həmin vaxt “Tuti” olmasına baxmayaraq Çıxarışda səhvən “Tutu” kimi, ata adı həmin vaxt “Dosi” olmasına baxmayaraq Çıxarışda səhvən “Dosu” kimi, X10 həmin vaxt “Əhədov” olmasına baxmayaraq Çıxarışda səhvən “Əhmədov” kimi, X5 həmin vaxt “Talıbova” olmasına baxmayaraq Çıxarışda səhvən “Əhmədova” kimi, X11 həmin vaxt “Talıbov” olmasına baxmayaraq Çıxarışda səhvən “Əhmədov” kimi yazılmışdır. Həmin Çıxarışda olan bu yanlışlıq mülkiyyətçilərin hüquqlarından lazımi qaydada istifadə etməyə maneə törədir, bu səbəbdən də İsmayıllı rayonu, Mican kəndində yerləşən 1,2572 ha torpaq sahəsinin X40, X33, Ərizəçi, X37, X16 mülkiyyətlərinə verilməsinə dair MH seriyalı ******* nömrəli Çıxarışda X6 “Əhmədova”, adının “Tutu”, ata adının “Dosu” kimi, X2 “Əhmədov” kimi, X1 “Əhmədova” kimi, X4 “Əhmədov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X38 (23.01.2004-cü il tarixli, AZ-İ № 074782 saylı ölüm haqqında şəhadətnamə), X29 (22.09.2014-cü il tarixli, AZ-İ № 689452 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 25.06.2020-ci il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi), X17 (Asan 2 tərəfindən verilmiş, 14.08.2019-cu il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi), X30 aid olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məcəllənin 81-ci maddəsinə görə isə, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. İsmayıllı rayonu Mican kəndində yerləşən 1,2572 ha torpaq sahəsinin X40, X33, Ərizəçi, X37, X16 mülkiyyətlərinə verilməsinə dair MH seriyalı ******* nömrəli Çıxarışda X6 “Əhmədova”, adının “Tutu”, ata adının “Dosu” kimi, X2 “Əhmədov” kimi, X1 “Əhmədova” kimi, X4 “Əhmədov” kimi qeyd edilməsinin düzgün olmaması və həmin sənədin X38 (23.01.2004-cü il tarixli, AZ-İ № 074782 saylı ölüm haqqında şəhadətnamə), X29 (22.09.2014-cü il tarixli, AZ-İ № 689452 saylı ölüm haqqında şəhadətnamə), Ərizəçi (İsmayıllı rayon Polis Şöbəsi tərəfindən verilmiş, 25.06.2020-ci il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi), X17 (Asan 2 tərəfindən verilmiş, 14.08.2019-cu il tarixli, AA № ******* saylı şəxsiyyət vəsiqəsi), X30 aid olması faktı müəyyən edilsin. Mülki iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İlqar Hüseynov
Məhkəmə qərarları › İş №2(037)-999/2021
İsmayıllı Rayon Məhkəməsi Qətnamə — İş №2(037)-999/2021
12.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver