Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-110/2024 07.01.2024 YARDIMLI RAYON MƏHKƏMƏSİ X4 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi k1 katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı «barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 11 sentyabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02210 nömrəli barışıq sazişi təsdiq edilməsi və xx.xx.2019-cu ildə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Maraqlı şəxs 170 manat sabit pul məbləğində alimentin alınaraq Ərizəçi ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Yardımlı Rayon Məhkəməsinin 30 noyabr 2023-cü il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Bundan əlavə mediatorun iştirakı ilə keçirilmiş mediasiya prosessində Maraqlı şəxs ilə aliment tələbi barədə barışıq sazişi imzalamışlar. Barışıq sazişinin şərtinə görə xx.xx.2019-cu ildə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay Maraqlı şəxs 170 manat sabit pul məbləğində aliment tutularaq ona verilməlidir. Alimentin hesablanması 05 sentyabr 2023-cü iİ tarixdən başlamaqla, hər ayın 05-nə kimi ödənilməlidir. Lakin Maraqlı şəxs barışıq sazişinin şərtlərini pozamaqla təyin edilmiş alimenti vaxtında ödəməmiş və öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: 11 sentyabr 2023-cü il tarixli, MŞL/MT014/2023/MŞL-02210 saylı barışıq sazişində göstərilir ki, İkinci tərəf Maraqlı şəxs xx.xx.2019-cu il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlaması üçün hər ay bir uşağa görə 170 manat aliment pulunu Ərizəçi ödəməsinə öhdəlik götürmüşdür. Alimentin köçürülməsi 2023-cü ilin sentyabr ayının 5-dən başlamaqla və hər ayın 5-də gün ərzində nağd qaydada, köçürmə yolu ilə, poçt və ya bank vasitəsi ilə ödəyəcəkdir. Yardımlı Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 06 mart 2019-cu il tarixdə anadan olmuşdur. Atası Maraqlı şəxs, anası Ərizəçidır. Yardımlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(038)_513/2023 saylı qətnaməsindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış xx.xx.2013-cü il tarixli 1052 nömrəli nikah akt qeydi pozulmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən təsdiq olunması xahiş edilmiş barışıq sazişi tam qanuni şəkildə bağlanmış, həmçinin saziş hər hansı digər şəxslərin hüquqlarına toxunmur. Bundan başqa məhkəmə barışıq sazişini nəzərdən keçirərkən müəyyən etdi ki, sazişin ikinci tərəfi hər ayın 05-də müəyyən olunmuş aliment məbləğini sazişin birinci tərəfinə ödəməli olduğu halda buna əməl etməmiş, bu səbəbdən sazişin birinci tərəfi 28 dekabr 2023-cü il tarixdə haqlı olaraq barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 355-25-ci maddələrinin tələblərinə əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında 11 sentyabr 2023-cü il tarixdə bağlanmış MŞL/MT014/2023/MŞL-02210 nömrəli barışıq sazişi təsdiq edilsin. xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Maraqlı şəxs alınaraq Ərizəçi ödənilsin. Alimentin tutulması 05 sentyabr 2023-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra olunsun. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə) Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: x4
Məhkəmə qərarları › İş №2(038)-110/2024
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-110/2024
07.01.2024 · Barışıq sazişin təsdiqi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver