Azərbaycan Respublikası adından QƏRARDAD Yardımlı rayonu İş № 2(038)-114/2023 26.01.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Mən Yardımlı rayon məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “1400 manat miqdarında kredit borcunun, 116 manat notarit xərcinin və 100 manat borcun alınaraq ona verilməsi, həmçinin cavabdehin 1 ədəd LG markalı soyuducunun və 1 ədəd paltaryuyan maşının saz vəziyyətdə iddiaçıya qaytarması, cavabdehin yarımçıq qalmış qaynaq işinin yerinə yetirməsi və dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi” tələbi barədə iddia ərizəsinə və əlavə edilmiş sənədlərə baxaraq Müəyyən etdim: İddiaçı Əliyev X2 rayon Məhkəməsinə iddia ərizəsi göndərərək Cavabdeh “1400 manat miqdarında kredit borcunun, 116 manat notarit xərcinin və 100 manat borcun alınaraq ona verilməsi, həmçinin cavabdehin 1 ədəd LG markalı soyuducunun və 1 ədəd paltaryuyan maşının saz vəziyyətdə iddiaçıya qaytarması, cavabdehin yarımçıq qalmış qaynaq işinin yerinə yetirməsi və dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Hesab edirəm ki, iddia ərizəsi və əlavə edilmiş sənədləra aşağıda qeyd edilən səbəblərdən geri qaytarılmalıdır. Belə ki, İddiaçı iddia ərizəsini göndərərkən iddia ərizəsinin formasına və məzmununa riayət etməmiş, ərizəyə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmiş və ərizəyə əlavə edilən sənədlərin siyahısı tərtib edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 149.2.3-ci maddəsinin tələbinə görə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir. Həmçinin, MPM-nin 150-ci maddəsinin tələbinə görə cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin surətləri və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilməlidir. MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Bu baxımdan məhkəmə hesab edirki, İddiaçı Cavabdeh qarşı “cavabdehə məxsus kart hesabna həbs qoyulması və cavabdehin ölkədən çıxmasının məhdudlaşdırılması” barədə iddia ərizəsində göstərdiyi tələbə mülki məhkəmə icraatı qaydasında baxılması yol verilməzdir. Bundan əlavə Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində məhkəməyə dövlət rüsumu ödənilir. İddia tələbindən görünür ki, iddiaçı tərəfindən iddia tələbində qeyd edilən iddianın qiyməti 1400 manat +116 manat +100 manat =1616 manat təşkil edir. Odur ki, iddianın qiyməti 1616 manat təşkil etdiyi üçün, Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddiaçı tərəfindən 36,16 manat dövlət rüsumu ödənilməlidir. MPM-nin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, həmçinin MPM-nin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Odur ki, qeyd edilənlərə əsasən hesab edirəm ki, İddiaçı Cavabdeh qarşı “1400 manat miqdarında kredit borcunun, 116 manat notariatat xərcinin, 100 manat borcun alınaraq ona verilməsi, həmçinin cavabdehin 1 ədəd LG markalı soyuducunun və 1 ədəd paltaryuyan maşının saz vəziyyətdə ona qaytarması, cavabdehin yarımçıq qalmış qaynaq işinin yerinə yetirməsi və dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi tələbi barədə iddia ərizəsi və əlavə edilmiş sənədlər MPM-nin 152-ci maddəsinə əsasən geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq Qərara aldım : İddiaçı Cavabdeh qarşı “1400 manat miqdarında kredit borcunun, 116 manat notariatat xərcinin, 100 manat borcun alınaraq ona verilməsi, həmçinin cavabdehin 1 ədəd LG markalı soyuducunun və 1 ədəd paltaryuyan maşının saz vəziyyətdə qaytarması, cavabdehin yarımçıq qalmış qaynaq işinin yerinə yetirməsi və dövlət rüsumunun cavabdehdən tutularaq ona verilməsi tələbi barədə iddia ərizəsi və əlavə edilmiş sənədlər geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan alındığı və ya təqdim olunduğu gündən 10 (on) gün müddətində Yardımlı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: X1
Məhkəmə qərarları › İş №2(038)-114/2023
Yardımlı Rayon Məhkəməsi Qərardad — İş №2(038)-114/2023
26.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver