Məhkəmə qərarları › İş №2(039)-2267/2024

Yevlax Rayon Məhkəməsi Qətnamə — İş №2(039)-2267/2024

28.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Yevlax Rayou İş № 2(039)-2267/2024 28.11.2024 YEVLAX RAYON MƏHKƏMƏSİ Hakim Paşayev Qalib Hidayət oğlunun sədrliyi, Baxşəliyeva Ülkər Asif qızının katibliyi ilə, İddiaçı X4 "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Borclu1, Borclu2 və X2 qarşı borc tələbinə dair iddiası üzrə mülki işə Yevlax Rayon Məhkəməsində, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Kreditor "xxxx" Açıq Səhmdar Cəmiyyəti ərizə ilə məhkəməyə müraciət edərək, borclular Borclu1, X1 və Borclu2 müştərək qaydada "xxxx" ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 2137.96 manat əsas borc, 699.79 manat faiz borcu, 237.45 manat cərimə, cəmi 3075.2 manat borcun və 20 manat dövlət rüsumunun tutulmasına dair məhkəmə əmri verilməsini xahiş etmişdir. Kreditor tələbini onunla əsaslandırmışdır ki, Borclu1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 30 faizlə 24 ay müddətinə 3000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Borclu2 və X3 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. xx.xx.2016-cı il tarixədək Borclu1 banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 2137.96 manat əsas borc, 699.79 manat faiz borcu, 237.45 manat cərimə, cəmi 3075.2 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən boyun qaçırır. Kreditor tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472, 442, 448.1, 21-ci maddələrinə istinad edərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)-2622/2016 saylı əmri ilə borclular Borclu1, X1 və Borclu2 2137.96 ABŞ dolları məbləğində əsas borc, 699.79 ABŞ dolları məbləğində faiz borcu, 237.45 ABŞ dolları məbləğində cərimə borcu, cəmi 3075.2 ABŞ dolları məbləğində pul vəsaitinin milli manat ekvivalentində və 20 (iyirmi) manat dövlət rüsumunun məcburi qaydada alınaraq "xxxx" ASC-nin xeyrinə verilməsi əmr edilmişdir. Borclu1 məhkəmə əmrinə etiraz verərək, əmrin ləğv edilməsini və işə iddia icraatı qaydasında baxılmasını xahiş etmişdir. Yevlax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə etiraz təmin edilərək, Yevlax Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(039)-2622/2016 saylı əmrinin ləğv edilməsi və işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı X4 "xxxx" ASC ərizə ilə məhkəməyə müraciət edərək, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddianın tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Borclu1 ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlər Borclu2 və X3 məhkəmə iclasına gəlməmişdirlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə işə iddiaçının nümayəndəsinin və cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam və hərtərəfli arışdıraraq və işin məhkəmə tərfindən müəyyən olunmuş hallarına qiymət verərək, hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Borclu1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən cavabdeh Borclu1 illik 30 faiz olmaqla 24 ay müddətinə 3000 (üç min) manat kredit verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh Borclu1 xx.xx.2014-cü ildən xx.xx.2016-cı il tarixədək hər ay 167.78 manat, sonuncu ay isə 167.74 manat ödəməklə aldığı krediti ona hesablanmış faizləri ilə birlikdə "xxxx" ASC-yə qaytarmağı öhdəsinə götürmüşdür. İşdə olan "xxxx" ASC ilə Borclu2 və X3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 360005871/Z saylı zaminlik müqaviləsindən görünür ki, zaminlər xx.xx.2014-cü il tarixli, ********* saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İşdə olan Yevlax rayon İcra və Probasiya Şöbəsi tərəfindən Yevlax Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Yevlax Rayon Məhkəməsinin 2(039)-2622/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi xx.xx.2016-cı il tarixdə şöbənin icraatına daxil olmuşdur. Həmin tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul olunaraq məhkəməyə və tələbkara rəsmi məlumat verilmiş, tələbin könüllü qaydada təmin olunması üçün borcluların icra sənədi üzrə yaşayış ünvanına bildiriş göndərilmişdir. Lakin borclular tərəfindən könüllü icra müddətində heç bir ödəniş edilməmişdir. Borclular icra şöbəsinə gəlmədikləri üçün icra sənədinin icrasına dair münasibətlərini öyrənmək mümkün olmamışdır. İşdə olan xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2024-cü il tarixə yaranmış borc- 1774.6 manat əsas borc, müqavilə müddətinə hesablanmış 1148.03 manat faiz borcu və 3115.47 manat cərimə borcu təşkil edir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Borclu1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" ASC-dən illik 30 faizlə 24 ay müddətinə 3000 manat kredit götürmüşdür. Borcun təminatı olaraq Borclu2 və X3 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırmış, nəticədə xx.xx.2016-cı il tarixədək Borclu1 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 2137.96 manat əsas borc, 699.79 manat faiz borcu, 237.45 manat cərimə, cəmi 3075.2 manat borcu yaranmışdır. Xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdeh borcunu ödəməkdən yayınmışdır. Buna görə də, iddaçı hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları-fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (MM-nin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu-pul ödəməyə, əmlak verməyə işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor-borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu mənada, öhdəliyin pozulması-öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə Mülki Məcəllənin 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə, öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən isə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından cavabdeh Borclu1 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçının digər cavabdehlər Borclu2 və X2 münasibətdə də tələbi qanuni və əsaslıdır. Belə ki, işdə olan "xxxx" ASC ilə iddiaçı Bankla cavabdehlər Borclu2 və X3 arasında bağlanmış zaminlik müqaviləsindən müəyyən edilir ki, zamin borclunun kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürmüş və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa,faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi cavabdeh zaminlik müqaviləsini imzalamaqla kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyəti öz üzərinə götürmüşdür. Məhkəmə onu da qeyd edir ki, hazırkı mübahisənin hüquqi və faktiki halları baxımından cavabdehlər kreditor olan iddiaçının qarşısında müqavilədən irəli gələn birgə borclular kimi çıxış edirlər və müvafiq olaraq götürdükləri öhdəliklər də birgə öhdəliklər kimi qiymətləndirilməlidir. Bu mənada, məhkəmə hesab edir ki, iddiacının cavabdehlərin hər ikisinə qarşı eyni zamanda hazırkı iddia tələbi ilə çıxış etmək və onlardan kredit borcunun və faizlərin tutulmasını tələb etmək hüququ həm də Mülki Məcəllənin 500-cü maddəsinin müddəalarından irəli gəlir. Həmin maddəyə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borcludurlar. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. İş materiallarından göründüyü kimi cavabdehlər kredit və zaminlik müqavilələri üzrə götürdükləri öhdəlikləri yerinə yetirmədiklərindən onların hazırkı borcu yaranmışdır. Məhkəmə iddianın cərimə tələbinə dair hissəsinə qiymət verərək, hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı bank tərəfindən hesablanmış cərimənin məbləği yüksək olmaqla, borclunu əlverişsiz vəziyyətə salır. Borclu əsas kredit borcunu və onun faizlərinin əhəmiyyətli hissəsini ödəyə bilmədiyi halda əlavə olaraq ona qarşı irəli sürülən pul tələbinin miqdarının tənasübsüz şəkildə artırılması yol verilməzdir. Bununla belə, məhkəmə hesab edir ki, kreditior bankın də əmlak mənafeləri əsas götürülməli və nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələblərinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək olan dəbbə pulunu azalda bilər. Odur ki, məhkəmə dəbbə pulunun azaldılaraq 20 manat həddində müəyyən edilməsini həm kreditorun, həm də cavabdehlərin mənafelərinə uyğun hesab edir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 213, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdehlər Borclu1, X1 və Borclu2 müştərək qaydada 1774.60 manat əsas borc, 699.79 manat faiz borcu, 20 manat cərimə, cəmi 2494.39 (iki min dörd yüz doxsan dörd manat otuz doqquz qəpik) manat borc və 20 (iyirmi) manat dövlət rüsumu alınıb X4 "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə əsassız olduğundan təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Yevlax Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qalib Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar