Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2255/2024 23.08.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit müqaviləsi (kredit borcunun tutulması, kredit müqaviləs üzrə faizlər), iddia qaldırmaq üçün subyektiv hüququn olmaması. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Həsənov Vüqar Təvəkgül oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyət inin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair ilkin, Cavabdeh2 Cavabdeh1nə qarşı “borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması” qarşılıqlı iddia tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)337/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2tərəfindən verilmiş kassasiya şikayətinə 23 avqust 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsinə əsasən kreditverən kreditalana 120 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə 39098 (otuz doqquz min doxsan səkkiz) manat kredit verməyi öhdəs inə götürmüşdür.
2. Kredit müqaviləsinə əlavə olunmuş ödəniş cədvəlinə əsasən Cavabdeh2 ona verilmiş kredit üzrə əsas və faiz borclarını xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2024cü il tarixə kimi hər ay banka 517 manat ödəməklə qaytarmalıdır. 3. "xxxx" ASC, kredit alan Cavabdeh2 və zamin "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1275 saylı zaminlik müqaviləsinə əsasən, zamin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında borclu ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 7.3-cü bəndinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 4. "xxxx" ASC tərəfindən Cavabdeh2 və "xxxx" MMC-yə ünvanlanmış xx.x x.2021-ci il tarixli bildirişə əsasən bank tərəfindən borclulara kredit müqaviləsi üzrə borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. 5. 17.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 müqavilə üzrə xx.xx.2021-ci il tarixə 38039,36 (otuz səkkiz min otuz doqquz manat 36 qəpik) manat əsas borc, 19603,41 (on doqquz min altı yüz üç manat 41 qəpik) manat faiz borcu, cəmi 57642,77 (əlli yeddi min altı yüz qırx iki manat 77 qəpik) manat borcu vardır. 6. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh2 müqavilə üzrə xx.xx.2023-cü il tarixə 38039,36 manat əsas, 21041,76 manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 manat borcu vardır. 7. xx.xx.2014-xx.xx.2017-ci illər üçün Hesabdan Çıxarışdan görünür ki, Cavabdeh2 tərəfin dən sonuncu kredit ödəniş xx.xx.2015-ci ildə olmuşdur. 8. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə xx.xx.2017-ci il tarixdə göndərilmiş məktubdan görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 8992 saylı kredit müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 167 “AAAF Park" Yaşayış Massivi, 17-ci küçədə yerləşən C saylı binanın 52,13 kv metrdən ibarət olan 152 saylı mənzilini satın almışdır. O, 2015-ci ilin may ayında həmin mənzili geri qaytarmaq niyyəti ilə həm "xxxx" MMC-yə, həm də "xxxx" ASC-уə müraciət etmişdir. Bunun əsasında müqaviləyə uyğun olaraq onunla bağlanmış alğı-satqı müqaviləsi ləğv edilmiş və mənzil Cəmiyyətə təhvil verilmişdir. Eyni məqsədlə Cavabdeh2 Banka müraciəti olmasına baxmayaraq, Bank ilə arasında olan kredit müqaviləsinə xitam verilməmiş və onu n adına açılmış kredit xəttinə borc hesablanması davam etdirilmişdir. Həmin mənzil hazırda "xxxx" MMC-yə məxsusdur və bu səbəbdən Cavabdeh2 adına kredit hesablanması dayandırılmalı və həmin borcu ödəmək öhdəliyi Cəmiyyətin üzərinə qoyulmalıdır. Buna görə də Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 167 “AAAF Park" Yaşayış Massivi, 17-ci küçədə yerləşən C saylı binanın 182 saylı mənzilinə görə Cavabdeh2 əmlakına və ya əmək haqqına hər hansı tutma yönəltməməyi və həmin borcun ödənilməsi öhdəliyinin Cəmiyyətin üzərinə qoyulması barədə göstəriş verilməsi xahiş olunmuşdur. 9. "xxxx" MMC tərəfindən məhkəmənin sorğusuna cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, iddiaçı Cavabdeh2 ilə həqiqətən də xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmaqla Abş eron rayonu Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzili satılmışdır. Sonra tərəflərin qarşılıqlı razılığı ilə müqavilə ləğv olunmuş və Cavabdeh2 kreditor "xxxx" ASC ilə münasibətlərin tənzimlənməsi tövsiyyə edilmişdir. Bundan sonra Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/mdə 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzil xx.xx.2016-cı il tarixli RM0025 saylı “Mənzilin alqı-satqı müqaviləsinə əsasən X1. xx.xx.2021-ci il tarixli M-6708 saylı Mənzilin alqı-satqı müqaviləsi ilə mənzil X4 adına rəsmiləşdirilmişdir. Hal-hazırda Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzil X4 adındadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 8993 saylı kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada 38039,36 manat əsas, 19603,41 manat faiz olmaqla cəmi 57642,77 manat borcun və iş üzrə ödənilmiş 30,40 manat dövlət rüsumunun Azərbaycan Beynəlxalq Bankı ASC-yə ödənilməsibarədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Daha sonra iddiaçı "xxxx" ASC Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbini n dəqiqləşdirilməsinə dair ərizə ilə yenidən məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 38039,36 manat əsas, 21041,76 manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 dövlət rüsumunun və bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı "xxxx" ASC tələbini onunla əsaslandırmışdır ki, ASC-nin Mərkəzi filialı ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsinə əsasən, Cavabdeh2 120 ay müddətə illik 10 % dərəcəsi ilə hesablanmaqla, 39098 (otuz doqquz min doxsan səkkiz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi bankla "xxxx" MMC arasında zamin lik müqaviləsi imzalanmışdır. Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləği və ona hesablanan faizlər ödənilməmişdir. xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsinə əsasən xx.xx.2021-ci il tarixinə əsas borc üzrə 38039,36 (otuz səkkiz min otuz doqquz manat 36 qəpik) manat, faiz borcu üzrə 19603,41 (on doqquz min altı yüz üç manat 41 qəpik) manat, cəmi 57642,77 (əlli yeddi min altı yüz qırx iki manat 77 qəpik) manat kredit borcu mövcuddur. Hazırda isə cavabdehin iddiaçıya olan borcu 38039,36 manat əsas, 21041,76 manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 manat təşkil edir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh2 borcun ödənilməsinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üz ərinə qoyulması tələbinə dair iddia ərizəsini qəbul etmir. Belə ki, hal-hazırda kredit müqaviləsi qüvvədədir, ləğv edilməmişdir. İş materiallarında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti borcun qəbul edilməsinə dair ərizə olsa da bu iddianı etirafı kimi qəbul edilməməlidir.
13. İddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, xx.xx.2014-cü il tarixli 8993 saylı kredit müqaviləsi üzrə 38039,36 manat əsas və ona hesablanmış faiz və cərimə borcunun ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair id dia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsinə əsasən Xırdalan şəhəri, H.Əliyev prospekti, 167, “AAAF Park” Yaşayış massivi, 17-ci küçədə yerləşən C saylı binanın 52,13 kv metrdən ibarət olan 182 saylı mənzili satın almışdır. Beynəlxalq bank ilə onun arasında 8993 saylı xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 120 aya müddətinə 10 faiz olmaqla 39098 manat məbləğində kredit verilmişdir. 2015-ci iln may ayında 5 ay hər ay 517 (beş yüz on yeddi) manat ödəyərək həmin mənzili geri qaytarmaq niyyəli ilə həm "xxxx" MMC-yə, həm də "xxxx" ASC-yə müraciət etmişdir. Onunla birgə işləyən və "xxxx" MMC-dən ev götürən 4 nəfərə ödədikləri 5 ayın pulu qaytarılmış, adları reyestrdən çıxarılmış, lakin ona pul qaytarılması təklif olundusa, adı reyestrdən çıxarılmamışdır. Bunun əsasında müqaviləyə uyğun olaraq onunla "xxxx" MMC arasında bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmiş və mənzil Cəmiyyətə təhvıl vermişdir. O, bununla bağlı iddia ərizəsinə əlavə edilən sənədləri özü Beynəlxalq bankın Mingəçevir filialında işlədiyi üçün Beynəlxalq bankın göstərişi ilə onlara qaytarmışdır. "xxxx" MMC 04 noyabr 2017-ci il tarixli 1895/1 saylı məktubla Beynəlxalq banka müraciət edərək, mənzilin "xxxx" MMC-yə məxsus olduğunu və bu şöbədən onun adına kreditin hesablanmasının dayandırımasını və həmin borcu ödəmək öhdəliyinin Cəmiyyətinin üzərinə qoyulmasını tələb etmişdir. Xəstə olduğu üçün, ağır dərəcədə diabet və 2017-ci ildə Beynəlxalq bankdan ixtisara düşdüyü üçün tez-tez evin reyestrdə onun adından çıxarılması ilə marağlana bilməmişdir. "xxxx" MMC-yə müraciət edəndə bildirmişlər ki, narahat olmasın. Sonra öyrənmişdir ki, ev digər şəxsə nəğd satılmışdır, lakin həmin məbləği "xxxx" MMC Beynəlxalq banka ödəməmişdir. Avqust ayında Beynəlxalq bankdan xx.xx.2021-ci il tarixli borcla bağlı bildiriş almışdır ki, qeyd olunan müqaviləyə görə onun banka 38039,38 manat əsas borc və ona hesablanmış faiz və cərimə borcu mövcudur. Neçə ildi "xxxx" MMC onu pulu ödəyəcəyini vəd etsə də, üzərinə həmin pulu banka özü ödəyəcəyi öhdəliyi götürsə də bundan yayınmışdır və onu ağır maddi vəziyyətə qoymuşdur. Yenidən "xxxx" MMC-yə pulun ödənməməsi ilə bağlı müraciət etmişdir. Ona məhkəməyə müraciət etməyi tövsiyyə etmişlər. O, Beynəlxalq banka vəkil vasitəsi ilə müraciət etmişdir ki, onlara təhvıl verdiyi sənədləri (kredit, zaminlik, girov müqavi ləsini, "xxxx" MMM-nin xx.xx.2017-ci il məktubunu, MMC ilə bağlanmış müqaviləni) ona qaytarsınlar, lakin həmin sənədlər ona qaytarılmamışdır. Beynəlxalq bank sentyabr ayında pensiya kartına sərəncam verərək pensiyanı bütövlüklə borc hesabına tutmuşdur.
15. Abşeron Rayon Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli 2(012)-5963/2021 saylı qərardadına əsasən iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair 2(012)-5963/2021 saylı mülki işin iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair 2(012)-5991/2021 saylı mülki işə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
16. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi E kspertiza Mərkəzinin xx.xx.2023cü il tarixli 9/3929 nömrəli ekspert rəyinə əsasən ’’Borcalan” X3 tərəfindən "xxxx" ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2021-ci il tarixə əsas borc üzrə 38039,36 manat, faiz borcu üzrə 23267,41 manat. Aparılmış tədqiqatın dəyəri 145 (yüz qırx beş) manat təşkil edir.
17. Abşeron Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx.xx.2023-cü il tarixli 2(012)-93/2023 nömrəli qətnaməsi ilə (hakim H.Əhmədov) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, iddiaçı "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixl i, 8993 saylı kredit müqaviləsi üzrə Cavabdeh2 21041,76 manat faiz borcu və dövlət rüsumuna görə 30 manat və 0,40 manat xidmət haqqının alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə xeyrinə tutulması, iddiaçı Cavabdeh2 Cavabdeh1nə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi qismən təmin edilməsi, xx.xx.2014-cü il tarixli 8993 saylı kredit müqaviləsi üzrə 38039,36 manat əsas borcun "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi öhdəliyinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 145 manat pul vəsaitinin 72,5 manat hissəsinin "xxxx" Açıq Səhmdar Cəmiyyətindən, 72,5 manat hissəsinin isə Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alınaraq Məhkəmə Ekspertizası Mərk əzinin hesabına ödənilməsi qət edilmişdir.
18. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borclu X3 həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Göründüyü kimi, cavabdehin kredit müqaviləsi üzrə borc məbləğinin müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və məhkəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/3929 nömrəli rəyinə əsasən, cavabdehin müqavilə üzrə xx.xx.2021-ci il tarixə əsas borc üzrə 38039,36 manat, faiz borcu üzrə 23267,41 manat. Aparılmış tədqiqatın dəyəri 145 (yüz qırx beş) manat hesablanmışdır. Buradan da müəyyən olunub ki, ekspert rəyində faiz borcu iddia ərizəsində qeyd olunanda n artıq hesablanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. İddia tələbində faiz borcu 21041,76 manat qeyd olunduğundan cavabdehdən tutulmalı olan faiz borcu həmin məbləğdə müəyyən olunmalıdır. Məhkəmə iddia tələbi ilə ekspert rəyini paralel şəkildə qiymətləndirib belə hesab edir ki, iddia tələbində qeyd olunan faiz məbləği hər iki tərəfin maddi, əmlak vəziyyətinə uyğundur, odur ki, iddia tələbində qeyd olunan borc məbləğinin tutulmasını daha qanuni və əsaslı hesab edir.
19. İddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoy ulması tələbinə dair iddia ərizəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, məhkəmənin sorğusuna cavab olaraq "xxxx" MMC tərəfindən göndərilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən görünür ki, iddiaçı Cavabdeh2 ilə həqiqətən də xx.xx.2014-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmaqla Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzili satılmışdır. Sonra tərəflərin qarşılıqlı razılığı ilə müqavilə ləğv olunmuş və Cavabdeh2 kreditor "xxxx" ASC ilə münasibətlərin tənzimlənməsi tövsiyə edilmişdir. Bundan sonra, Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzil xx.xx.2016-cı il tarixli RM-0025 saylı “Mənzilin alqıs atqı müqaviləsinə əsasən X1. xx.xx.2021-ci il tarixli M-6708 saylı Mənzilin alqı-satqı müqaviləsi ilə mənzil X4 adına rəsmiləşdirilmişdir. Hal-hazırda Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzil X4 adındadır. Odur ki, kredit müqaviləsi üzrə ödənilməyən əsas borc məbləği "xxxx" MMC-yə aid edilməli, ondan bankın xeyrinə tutulmalıdır.
20. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445, 472, 739.1 və 739.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 77.1, 119.1, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
21. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianı təmin edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə müştərək qaydada 38039,36 manat əsas, 21041,76 manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 manat kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 dövlət rüsumunun və bank xidmət haqqının tutulması, eyni zamanda mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 145 manat pul vəsaitinin cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi və digər birləşdirilmiş mülki iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMCyə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
22. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır k i, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddi hüquq normasından da göründüyü kimi öhdəliyin icrası ilə əlaqədar borculun kreditorun xeyrinə etməli olduğu hərəkətlər qanunda aydın şəkildə ifadə edilmişdir. Məhkəmənin öz mülahizəsinə əsaslanaraq borclunu həmin vəzifələrdən azad etməsi isə qanunsuz və əsassızdır. Hazırkı mübahisə üzrə Azərbaycan Respublikasının Mülki Məcəlləsində və iş materiallarında olan xx.xx.2014-cüil tarixli, 8993 nömrəli kredit müqaviləsində ayrı qayda müəyyən edilmədiyindən, müqavilə üzrə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdeh olmalıdır. Birinci instansiya məhkəməsi isə qeyd edilən maddi hüquq normasının tələbərini kobud şəkildə pozaraq iddianı qismən təmin etməsi və əsas borclunun cavabdehliyinin ancaq faiz borcu hissədə müəyyən etməsi əsassızdır. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Qeyd edilən maddi hüquq normasından da göründüyü kimi, öhdəliyin icrası pozulduqda zamin və borclu birgə məsuliyyət daşıyırlar. Birinci instansiya məhkəməsinin isə Cavabdeh2 ilə "xxxx" MMC arasında olan başqa bir hüquq münasibətinə əsaslanaraq kreditorun iddia tələbi üzrə məsuliyyəti öz istəyinə uyğun olaraq bölüşdürməsi tamımilə qanunsuzdur. Bundan başqa, hazırda məhkəmənin gəldiyi nəticə zaminin vəziyyətini ağırlaşdırmaqla yanaşı, Bankın kredit müqaviləsinin təminatı olan zaminlik anlayışını da pozur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Prosessual normadan da göründüyü kimi iddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd ola rsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etməməlidir. Hazırki iş üzrə isə məhkəmənin digər iddia tələbi üzrə, yəni iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" MMC-yə qarşı olan iddiası üzrə cavabdeh "xxxx"MMC-nin iddianı qəbul etməsi iddiaçı "xxxx" ASC-nin hüquqlarını və qanunla qorunan mənafeyini pozduğundan, məhkəmənin həmin etirafı qəbul etməsinə əsaslanaraq qətnamə qəbuletməsi qanunsuzdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilmə sini məqsədəmüvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Lakin hazırkı işdə məhkəmənin tamamilə fərqli hüquq münasibətlərindən doğan mübahisənin bir icraatda birləşdirməsi əsassızdır. Belə ki, mülki iş materiallarından da göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh2 və "xxxx" MMC arasından olan mübahisənin əsası kimi kredit və zaminlik müqavilələri çıxış edir, Cavabdeh2 ilə "xxxx" MMC arasında olan mübahisənin əsası kimiisə mənzilin alqı-satqısı müqaviləsi çıxış etdi. Məhkəmə xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsi üzrə icra edilməyən kredit borcunun hansı səbəbdən əsas hissənin yalnız cavabdeh zamin "xxxx" MMC-dən, faiz hissəsinin isə cavabdeh əsas borclu Cavabdeh2 tutulmasını əsaslandırmamış və buna dair heç bir sübuta istinad etməmiş dir. Əksinə qətnamənin əsaslandırıcı hissəsində öhdəliyin icrasının Cavabdeh2 tərəfindən pozulduğunu, onun öhdəlik üzrə tam məsuliyyət daşıdığını, zaminin də borclu ilə birgə məsuliyyət daşıdığını qeyd etsə də, yekunda əsaslandırma hissəsinə uyğun gəlməyən qətnamə qəbul etmişdir. Məhkəmə qətnamənin təsviri və əsaslandırıcı hissəsində bir neçə dəfə Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 182 saylı mənzilə dair alqı-satqı müqavilələrinə, mənzilin kimin adına rəsmiləşdirilməsinə və hazırda kimin sahibliyində olmasına toxunaraq, həmin əmlakın girov qoyulduğuna və kredit müqaviləsinin təminatı olduğuna istinad etmişdir. Lakin iş materiallarından və tərəflərin izahatlardan aydın olur ki, həmin mənzil ümumiyyətlə dövlət qeydiyyatına alınmamış və bu səbəbdən də məhkəmə mənzilə dair heç bir şəxsin hüququna istinad edilə bilməzdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.3-cü maddəsinə əsasən, əgər qanunla əmlak hüquqlarının yaranması üçün ayrı qayda nəzərdə tutulmayıbsa, dövlət qeydiyyatına alınmalı əmlak hüquqları onların qeydə alındığı andan əmələ gəlir. Bundan başqa, əgər məhkəmə nəzərə almamışdır ki, kredit müqaviləsi üzrə borcun tutulmasının girov predmetinə yönəldilməsini tələb etmək kreditorun hüququdur, vəzifəsi deyil. Məhkəmə işi araşdırarkən cavabdehlər Cavabdeh2 ilə "xxxx" MMC arasında yaranan mübahisənin faktiki hallarını, mübahisənin iddiaçı "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsinin icrasına heç bir aidiyyətinin olmamasını aydınlaşdırmay araq, yekunda səhv nəticəyə gəlmişdir.
23. Qətnamədən Cavabdeh2 da apellyasiya şikayəti verərək, qətnaməni qismən xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqavilə üzrə 21041,76 manat faiz borcu və dövlət rüsumuna görə 30 manat və 0,40 manat xidmət haqqının ondan alınaraq iddiaçı "xxxx" ASC-nin xeyrinə xeyrinə tutulması hissəsındə ləğv edilməsi və onun cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin tam təmin olunaraq xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqavilə üzrə 21041,76 manat faiz borcu və dövlət rüsumuna görə 30 manat və 0,40 manat xidmət haqqının ödənilməsinin də cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əs slandırılmışdır ki, maddi hüquq normasının tələbinə əsasən, zamin yəni "xxxx" MMC Cavabdeh2 ilə bağlanmış kredit müqaviləsi üzrə öhdəliyin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Bunun ardınca mənzilin vaxtında tikilib təhvil verilmədiyini görən Cavabdeh2 5 aydan sonra, 2015-ci ilin may ayında mənzili "xxxx" MMC geri qaytarmış, "xxxx" MMC isə xx.xx.2016-cı ildə evin inşasını tamamlayıb vətəndaş X2. Bu isə o deməkdir ki, kreditdən bəhrələnən "xxxx" MMC olmuşdur. MM-nin 470-ci maddəsinin tətbiqi AR Konstitusiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli Plenum Qərarı ilə tənzimlənir. Həmin plenum qərarının formalaşdırdığı hüquqi mövqeyə görə, əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Zaminlik ilə yalnız pul məbləğinin ödənilməsi öhdəliyi deyil, həmçinin malın verilməsi, işin yerinə yetirilməsi, xidmətin göstərilməsi, borclu tərəfindən müəyyən hərəkətləri etməmək öhdəliyi təmin edilə bilər. Hazırkı halda isə zamin krediti özü götürmüş, belə ki, kreditin tam məbləği olan 38039 AZN köçürmə yolu ilə birbaşa "xxxx" MMC-nin bank hesabına köçürülmüş, həmin pula alınmış, mənzil də cəmi 5 ay Cavabdeh2 adında olmuş, sonra 2015-ci ilin may ayında mənzil zamin olan "xxxx" MMC qaytarılmış, mənzili başqa şəxsə satan "xxxx" MMC kreditdən bəhrələnərək gəlir götürmüş, həmin krediti ödəyəcəyini öhdəsinə götürməsinə baxmayaraq öhdəliyini yerinə yetirməmişdir. Bu isə o deməkdir ki, həmin pulu götürən və pulu işlədərək gəlir əldə edən "xxxx" MMC əsas borc kimi faizlər üçün də məsuliyyət daşıyır. Konstitusiya məhkəməsi qeyd edir ki, Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir. Zaminlik birtərəfli, konsessual müqavilədir. Müqavilənin birtərəfli olması kreditorun zamindən borclunun məsuliyyətini öz üzərinə götürməsini tələb etməsində, zamin tərəfindən isə borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin təmin edilməsində öz əksini tapır. Zaminlikəvəzsiz müqavilədir və zaminin əsas borc lunun öhdəliyi ilə bağlı məsuliyyəti öz üzərinə götürməsi müqabilində kreditor zamin qarşısında heç bir öhdəlik daşımır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, zaminlik münasibətlərində üç tərəf iştirak edir: əsas öhdəlik üzrə borclu Cavabdeh2, onun kreditoru “ABB” Bank və üçüncü şəxs olan zamin "xxxx" MMC. Onların bir hüquqi münasibətlə bağlı olması zaminlik müqaviləsinin yaranma səbəbinə və yerinə yetirdiyi funksiyaya əsaslanır. Bu isə o deməkdir ki, 38039 AZN pulu kredit şəklində o götürsə də, zaminin sonradan həmin kreditdən bəhrələnib, həmin kreditə görə də bütün öhdəlikləri qəbul edib, hətta aralarında alqı-satqı predmeti olan mənzil də zaminə qaytarılıb. Qeyd olunanlar onu göstərir ki, belə bir halda kreditdən bəhrələnən elə zamin olmuş, əsas borcun ona yönəldiyi kimi həmin kreditin icrasını ödənişlərini vaxtında etmədiyinə görə yaranmış faiz borcu da elə zamin olan "xxxx" MMC-yə yönəlməlidir. Başqasının öz öhdəliyinin yerinə yetirilməsinə təminat verəcək zamin durmaq son dərəcə məsuliyyətli bir hərəkətdir. Buna görə də şərh olunan maddə belə bir təşəbbüslə çıxış edən zaminin məsuliyyətini tam dəqiqliyi ilə tənzilməmişdir. Zamin kreditor qarşısında borclunun öz öhdəliyini tam icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Girovdan fərqli olaraq əgər girov əmlak təminatıdırsa, zaminlik şəxsi təminatdır. Öhdəlik icra edilmədikdə zamin borclu ilə yanaşı kreditorun qarşısında birgə məsuliyyət daşıyır. Zaminlik öhdəlik üçün subsidiar məsuliyyət nəzərdə tutur, bu da o deməkdir ki, əsas borcun məsuliyyətinə görə əlavə məsuliyyət də ehtiva edir. Yəni zaminlik əs as borcun ödənilməsi ilə məhdudlaşmır, zamin əsas öhdəliyin icrası ilə yanaşı, onun icrası ilə bağlı digər xərcləri də ödənilməsinə məsuldur. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsi əsas borcun qaytarılması zamanı yaranan faizlərin zaminə yönəldilməsinin qanuna uyğun olmaması və faizlərin Cavabdeh2 yönəldilməli olması ilə bağlı mövqeyi tamamilə əsassızdır. Maddənin tələbinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyini icra etmədikdə zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyır (MM 472.1 maddəsi). Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzini ödəməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Maddi hüquq normasının bu tələbi isə o deməkdir ki, birinci instansiya məhkəməsinin gəldiyi hüquqi nəticə maddi hüquq normasının tələblərini pozmuşdur. Belə ki, məhkəmənin gəldiyi nəticə ondan ibarətdir ki, əsas borcu zamin götürdüyünə görə zaminə, həmin əsas borcun faizləri isə vətəndaş Cavabdeh2 yönəldilməlidir. Hesab edir ki, məhkəmənin gəldiyi bu nəticə maddi hüquq normasının tələblərinə uyğun deyil və düzgün təfsir edilməmişdir. Normanın tələbinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamaqla qiymətləndirməlidir. Lakin iş materiallarına baxand a görünür ki, məhkəmə bu prosessual normanın tələblərini pozmuşdur. İş materiallarına əlavə olunmuş və tərəflərin verdiyi izahatlardan aydın olur ki, kredit verən "xxxx" ASC ilə kredit alan Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 8993 saylı kredit müqaviləsindən görünür ki, kredit verən kredit alana 120 ay müddətinə, illik 10 faiz dərəcəsi ilə 39098 (otuz doqquz min doxsan səkkiz) manat kredit verməyi, kredit götürən Cavabdeh2 isə xx.xx.2015-ci il tarixdən başlayaraq xx.xx.2024-cü il tarixə kimi hər ay banka 517 manat ödəməklə öhdəsinə götürmüş, Kreditor "xxxx" ASC, kredit alan Cavabdeh2 və zamin "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 1275 saylı zaminlik müqaviləsi bağlanmışdır. xx.xx.2014xx.xx.2017-ci illər üçün Hesabdan Çıxarışdan görünür ki, Cavabdeh2 tər əfindən sonuncu kredit ödəniş xx.xx.2015-ci ildə olmuşdur. "xxxx" MMC tərəfindən "xxxx" ASC-yə xx.xx.2017-ci il tarixdə göndərilmiş məktubdan görünür ki, Cavabdeh2 xx.xx.2014-cü il tarixli, 8992 saylı kredit müqaviləsinə əsasən Xırdalan şəhəri, Abşeron rayonu, H.Əliyev prospekti 167 “AAAF Park" Yaşayış Massivi, 17-ci küçədə yerləşən C saylı binanın 52.13 kv.metrdən ibarət olan 152 saylı mənzilini satın almışdır. O, 2015-ci ilin may ayında həmin mənzili geri qaytarmaq niyyəti ilə həm "xxxx" MMC-yə, həm də "xxxx" ASC-уə müraciət etmişdir. Bunun əsasında müqaviləyə uyğun olaraq onunla bağlanmış alqı-satqı müqaviləsi ləğv edilmiş və mənzil 2015-ci ilin may ayından "xxxx" MMC təhvil verilmişdir. Eyni məqsədlə Cavabdeh2 Banka müraciəti olmasma baxmayaraq, Bank ilə arasında olan kredit müqaviləsi nə xitam verilməmiş və onun adına açılmış kredit xəttinə borc hesablanması davam etdirilmiş, bütün bunlardan isə Cavabdeh2 xəbəri olmamışdır. Həmin mənzil hazırda "xxxx" MMC-yə məxsusdur və bu səbəbdən Cavabdeh2 adına kredit hesablanması dayandırılmalı və həmin borcu ödəmək öhdəliyi "xxxx" MMC-nin üzərinə qoyulmalmalı olması barədə "xxxx" MMC bildirərək iddianı etiraf etmişdir. Buna görə də sözügedən mənzilə görə Cavabdeh2 əmlakına və ya əmək haqqına hər hansı tutma yönəltməməyi və həmin borcun ödənilməsi öhdəliyinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə göstəriş verilməsi xahiş olunmuşdur. Bu mühüm xüsusata və sübuta da məhkəmə hüquqi qiymət vermir. Hal-hazırda Abşeron rayon Xırdalan şəhəri, H.Əliyev pr. 167 ünvanında yerlən “AAAF Park” y/m-də 17 saylı küçədə inşa edilmiş C binasının 18 2 saylımənzil X4 adındadır. Qeyd olunan sübutlara məhkəmə verilən izahatlarla və işin faktiki halları ilə müqaisəli şəkildə qiymətləndirərək hüquqi qiymət verməmişdir. Qətnamədə qeyd olunur ki, faiz borca görə Cavabdeh2 məsuliyyət daşıyır. Lakin iş materiallarında olan rəsmi sənədlər, tərəflərin verdiyi izahatlar onu göstərir ki, o, bu kredit öhdəliyinə görə heç bir məsuliyyət daşımır, çünki, o məsuliyyət daşıdığı müddətdə 2015-ci ilin may ayınadək öhdəliyini vaxtında yerinə yetirmiş, həmin vaxtdan da mənzili də MMCyə təhvil vermiş, MMC zamin kimi bütün öhdəlikləri qarşılayacağına dair onu əmin edib, sənədləşmə işlərinin aparılması üçün də Banka müraciət etdikdə bildiriblər ki, heç bir problem yoxdur. Məhkəmənin bu kredit öhdəliyinin icrasına görə onun məsuliyyət daşıması qənaətinə gəlmə si işin hallarına uyğun deyil, işdə olan sübutlar bunu təsdiq edir.
25. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-337/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – L.Rəhimli (sədrlik edən və məruzəçi), İ.Dəmirov və F.Məmmədov) "xxxx" Açıq Səhmdar Cəmiyyətinin apellyasiya şikayəti təmin edilmiş, Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(012)-93/2023 nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiasının təmin edilməsi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 38039,36 (otuz səkkiz min otuz doqquz manat otuz altı qəpik) manat əsas, 21041,76 (iyirmi bir min qırx bir manat yetmiş altı qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 59081,12 (əlli doqquz min səksən bir manat on iki qəpik) manat kredit borcu, ödənilmiş 30,40 (otuz manat qırx qəpik) dövlət rüsumu və bank xidmət haqqı cavabdehlər Cavabdeh2 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən müştərək qaydada tutularaq ödənilməsi, iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd olunması qət edilmişdir.
26. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, işin hallarından görünür ki, xx.xx.2014-cü il tarixdə "xxxx" MMC ilə Cavabdeh2 arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin mənzilə görə pulun ödənilməsi üçün kredit verən "xxxx" ASC ilə kredit alan Cavabdeh2 arasında kredit müqa viləsi bağlanmış, bank Cavabdeh2 39098 manat məbləğində kredit vermişdir. Həmin kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zaminlik müqaviləsini imzalayaraq bank qarşısında borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşımağı öz üzərinə götürmüşdür.
27. Həmçinin qeyd etmişdir ki, hal-hazırda bank həm əsas borcludan həm zamindən kredit müqaviləsi üzrə yaranmış borcu tələb edir. Məhkəmə "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətin dəlili ilə razılaşaraq hesab edir ki, birinci instansiya məhkəməsi ayrı-ayrılıqda Cavabdeh2 kredit müqaviləsi üzrə 21041,76 manat faiz borcu və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 38039,36 manat əsas borcu "xxxx" ASC-nin xeyrinə tutmaqla səhvə yol vermişdir.
28. Tərəflər arasında bağlanmış kredit müqaviləs inə əsasən, Cavabdeh2 həmin kredit müqaviləsi üzrə "xxxx" ASC-dən kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçı-banka qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Göründüyü kimi borcun təminatı olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti zamin durmuşdur. Cavabdehlər borcu ödəməmişlər və beləliklə də müqaviləni əhəmiyyətli dərəcədə pozduqları üçün müqavilə üzrə borcun tələb olunması hüququ yaranmışdır.
29. Apellyasiya instansiya məhkəməsi iddiaçı Cavabdeh2 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun ödənilməsinin cavabdehin üzərinə qoyulması tələbinə hüquqi qiymət verərək hesab etmişdir ki, ki, Hacıyeva Balaxanım kredit müqaviləsi üzrə kreditor olmadığın dan, borcun ödənilməsinə dair iddia sürmək üçün subyektiv hüququ yoxdur. İddiaçı Cavabdeh2 "xxxx" MMC-dən mənzilin tikintisinə dair müqavilənin ləğv edilməsi nəticəsində vurduğu zərərin (sübut olunduğu təqdirdə) tutulmasını tələb edə bilər.
30. Məhkəmə kollegiyası gəldiyi nəticəni MM-nin 385.1, 442, 445.2.1, 447.7, 448.1, 472.1, 472.2 və 739-cu və MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
31. Cavabdeh2 qız kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti əsasən apellyasiya şikayəti ilə eyni dəlillərlə əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
33. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
35. Maddə
739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
36. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
37. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
38. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
39. Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.
40. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
41. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual h üquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəm əsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
48. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
49. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
50. Cavabdehin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun, tərəflər arasındakı münasibətləri nisyə alqı-satqıdına irəli gələn münasibətldər kimi dəyərləndirməklə hüquqi qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
51. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumun un müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh X5 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-337/2024 nömrəli iş üzrə 14 fevral 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.