Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-12/2023 26.01.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ Yardımlı Rayon Məhkəməsinin hakimi vəzifəsini müvəqqəti icra edən H1 sədrliyi, Məhkəmə iclasının katibi T1 katibliyi, Ərizəçi, Maraqlı şəxs Yardımlı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakı ilə. Ərizəçi 25 fevral 1995-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 25 fevral 1995-ci il təvəllüdlü X1nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx xxxx 2004-cü ildə Yardımlı rayonu Ləzır kəndində doğulmuşdur. Yardımlı rayonu Honuba kənd sakini X4 ilə faktiki nikaha girərək evlənmiş, nikahlarını 19 yanvar 2022-ci il tarixdə Yardımlı Rayon Qeydiyyat şöbəsində qeyd etdirmişlər və hazırda Yardımlı rayonu Honuba kəndində yaşayırlar. Birgə nikahdan 10 noyabr 2021-ci ıl tarixdə bir övladları doğulmuşdur. X1 "44 günlük Vətən müharibəsi" iştirakçısıdır 19 sentyabr 2020-ci il tarixdən 10 noyabr 2020-ci il tarixədək Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib, “Kəlbəcərin azad olunmasına görə” və “Hərbi xidmətə görə” medallarla təltif edilmişdir. 02 oktyabr 2020-ci il tarixdə “Murovdağ” istiqamətində gedən döyüşlərdə yaxınlığında mərmi partlayışı nəticəsində xəsarət almış "partlayış travması və qəlpə yarası" diaqnozu ilə müalicə olunmuşdur. Sonra hərbi xidmətdən buraxılaraq evə gəlmiş, həmin vaxtdan xəstədir, Silahlı qüvvələrin baş klinik Hospitalında, Sumqayıt şəhər psixiatriya xəstəxanasında və Maştağa kəndində yerləşən bərpa psixiatrıya xəstəxanasında müalicə almışdır. Hazırda “baş beyin travması şəxsiyyət pozuntusu, yaddaşın itməsi qıcolma tutmaları” ilə müşayət olan xəstəlikdən əziyyət çəkir. Daimi müalicə alsa da müalicənin heç bir nəticəsi olmamışdır. Odur ki, X1nun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Yardımlı rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X5 izahatında bildirdi ki, rəy və materiallarla tanış olmuşdur. X2 qəyyuma ehtiyacı vardır. Ona görə də ərizənin təmin olunmasını xahiş edir. Nikah haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X4 və Ərizəçi arasında 19 yanvar 2022-ci il tarixdə Yardımlı rayon Qeydiyyat şöbəsində 04 nömrəli nikah bağlanmışdır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 25 fevral 1995-ci ildə doğulmuşdur. Yardımlı Rayon İcra Hakimiyyəti Başçısı Aparatı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının Ərizəçi müraciətinə cavab məktubundan görünür ki, ərizəçinin müraciətindən imtina edilmiş, X2 fəaliyyət qabiliyyətinin olmaması barədə məhkəmə qətnaməsindən sonra qəyyum təyin olunması izah edilmişdir. Xəstəlik haqqında şəhadətnamədən görünür ki, X2 partlayış travması (xx.xx.2020) nəticəsində keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsinin beynin hər iki yarımkürəsinin qıcolma paroksizmləri və vegetativ damar davamsızlığı ilə təzahür edən posttravmatik ensefalopatiya ilə nəticələnmiş qalıq əlamətləri, mərkəzi sinir sistemi funksiyasının mülayim dərəcədə pozulması ilə, keçirilmiş qapalı kəllə-beyin travması, baş beyin silkələnməsindən sonrakı asteno-nevrotik təzahürlər. Hər iki budun arxa səthinin və sağrı nahiyəsinin kor qəlpə yaralanmalarına görə aparılmış yaraların birincili cərrahi işlənməsindən, yad cisimlərin xaric edilməsindən sonrakı bərkimiş dəri çapığı, hərbi travmadır və Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Pulblik hüquqi şəxsin X2 barəsində komisyon stasionar Məhkəmə Psixiatrik Ekspertizasının 14 dekabr 2022-ci il tarixli, 150 saylı rəyindən görünür ki, X4 hal-hazırda «Travma mənşəli üzvi şəxsiyyət pozuntusu, intellektin enməsi ilə» kimi psixi patologiyadan əziyyət çəkir. X2 psixi vəziyyətinə görə öz hərəkətlərini ölçüb-biçmək, mənasını başa düşmək və onları idarə etmək qabiliyyətinə malik deyildir. X4 öz hərəkətlərinin mənasını anlamaq və onlan şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə işin materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinin tələbinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Məhkəmə 25 fevral 1995-ci il təvəllüdlü X2 məhkəmə iclasında iştirakınə zəruri hesab etməmişdir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Beləliklə, ərizə təmin edilməli, X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 25 fevral 1995-ci il təvəllüdlü X4 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Habil Bəhmənov
Məhkəmə qərarları › İş №2(038)-12/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-12/2023
26.01.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver