Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-134/2023 30.03.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X2 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi T1 katibliyi, İddiaçı iştirakı ilə. İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə 1400 manat kredit borcu, müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 116 rüsüm, borc aldığı 100 manat və ödənilmiş dövlət rüsumu tələbinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kredit müqaviləsi üzrə 1400 manat kredit borcu, müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 116 rüsüm, borc verdiyi 100 manat, evində təmir zamanı apardığı 1 ədəd LG Soyuducunun və 1 ədəd Paltaryuyan maşının işlək vəziyyətdə, qaz sayğacının kartı, qaynağ işlərinin davam etdirilməsi və ödənilmiş dövlət rüsumu tələbi barədə məhkəmədə iddia qaldırmışdır. Məhkəmə iclasında İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh qarşı iddia tələbi üzrə Soyuducu, paltaryuyan və qaz sayağacı kartını polis orqanları vastəsi ilə aldığını, həmçinin evində olan qaynaq işlərini başqa şəxslərə icra etdirəcəyini, ona görədə iddia tələbinin kredit müqaviləsi üzrə 1400 manat kredit borc, müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 116 manat rüsüm, borc alınan 100 manat və 37 manat ödənilmiş dövlət rüsumu tələbi həddində təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsi üzrə tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh Bakı şəhəri 43 saylı notariat ofisində kredit müqaviləsi bağlamaqla ondan 1400 manat borc almışdır. Bağlanmış kredit müqaviləsinin 2-ci bəndinə əsasən Borc alan Cavabdeh krediti xx.xx.2023-cü il tarixədək ona qaytarmağı öhdəsinə götürmüşdür. O, 1400 manat borcun qaytarılması üçün Cavabdeh dəfələrlə “WhatsApp” vasitəsi ilə bildirilmiş, lakin cavabdeh tərəf pulu qaytara bilməyəcəyini bildirmişdir. Bağlanmış kredit müqaviləsinin 11-ci bəndinə əsasən Müqavilənin notariat qaydasında təsdiq edilməsi xərclərini "Borc alanın" çəkdiyi qeyd edilmişdir. Lakin, müqavilə bağlandığı zaman cavabdehin pulu olmadığı üçün 116 manat rüsumu da o, ödəmiş və cavabdeh həmin pulu da qaytaracağını öhdəsinə götürmüşdür.Cavabdeh onun 2 otaqlı evini təmir etmişdir. Cavabdeh toya getdiyi üçün pulu olmadığına görə ondan 100 manat borc almış və qısa müddətdə qaytaracağına söz versədə həmin borcu da qaytarmamışdır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavabdeh Samir Bağırov onun evində təmir işləri görmüşdür. Razılaşmalarıına görə 13000 manat müqabilində cavabdeh evi tam təmir edib ona verməli idi. Təmir vaxtı ona pula ehtiyacı olmasını bildirmiş, ona görə ondan 1400 manat borc almışdır. Borc müqaviləsi bağlanan vaxt 116 manat rüsum ödəmişdir. əlavə olaraq şifahi razılaşma ilə 100 manat da borc almışdır. Sonradan təmirlə bağlı cavabdehlə narazılıqları olmuş, bu barədə polisə də şikayət etmişdir. Bundan sonra cavabdeh onun pulunu qaytarmamışdır. Göstərilənlərə əsasən iddiasının təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı mülki işə qiyabi icraat qaydasında baxılmasına razı olduğunu bildirmiş və məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını məqsəduyğun hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1.-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: 07 dekabr 2022-ci il tarixli, 3M-3693 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh Bakı şəhəri 43 nömrəli notarius ofisində kredit müqaviləsi bağlamaqla İddiaçı 1400 manat borc almışdır. 07 dekabr 2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, 43 saylı notariat ofisinə 115 manat notariat rüsumu və 1 manat bank xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Binəqədi Rayon İdarəsinin 5-ci Polis Bölməsinin 02 fevral 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarından görünür ki, Cavabdeh barəsində toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmiş və İddiaçı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. “WhatsApp” ani məsajlaşma proqramı yazışmalarından görünür ki, iddiaçı Cavabdeh borcun qaytarılması ilə bağlı dəfələrlə xəbərdarlıq etmişdir. 23 yanvar və 30 yanvar 2023-cü il tarixli ödəniş qəbzlərindən görünür ki, İddiaçı 37 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə qiyabi icraat qaydasında tədqiq olunmuş sübutlarla kifayətlənərək belə nəticəyə gəlir ki, Cavabdeh İddiaçı almış olduğu pul borclarını geri qaytarmamışdır. Cavabdeh həmin pulun qaytarılması ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1-ci maddəsinə əsasən borclu kreditorun xeyrinə müəyyən hərəkətlər etməli, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmət göstərməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar əmələ gəlməsi halları istisna olmaqla, öhdəlyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən, Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəllənin 740.1-ci maddəsinə əsasən, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Göstərilən maddi hüquq normalarına əsasən, məhkəmə yaranmış hüquq münasibəti üzrə tərəflərin iradə ifadəsinin həqiqi mənasını şərh edərək qeyd edir ki, tərəflər arasında həm yazılı həm də şifahi formada kredit müqaviləsi olmuşdur. Həmin yazılı və şifahi razılaşmanın bütövlükdə şərtləri və mənasının müqayisəsi, o cümlədən tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətlərinin müzakirəsi məhkəməni belə qənaətə gəlməyə əsas verir ki, cavabdeh razılaşmanın şərtlərini pozaraq, iddiaçıya olan borcunu ona ödəməmişdir. Ona görə də iddiaçı kredit müqaviləsi üzrə 1400 manat kredit borcunu, müqavilənin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 116 manat rüsümu, aralarında şifahi şəkildə olan razılaşmaya əsasən borc verdiyi 100 manat pulu tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2.-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1.-ci maddəsinə görə iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1.-ci maddəsinə görə qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qiyabi icraat qaydasında müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla kifayətlənərək belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 244, 253 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh yazılı və şifahi müqaviləsi üzrə 1500 (1400+100) manat, borc müqaviləsinin notariat qaydasında təsdiq edilməsi üçün ödənilmiş 116 manat rüsüm və 37 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qiyabi qətnaməni rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verilə bilər. Qiyabi qətnamədən tərəflər, cavabdehin ərizəsi ilə qiyabi məhkəmə qətnaməsinin ləğvindən imtina edildikdə və ya bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti şikayət verə bilərlər. Sədrlik edən: X1
Məhkəmə qərarları › İş №2(038)-134/2023
Yardımlı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(038)-134/2023
30.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver