Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-273/2023 14.07.2023 YARDIMLI RAYON MƏHKƏMƏSİ X37 oğlunun sədrliyi, Məhkəmə iclasının katibi J1 oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 iştirakı ilə. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə, Yardımlı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəməyə müraciət edərək Yardımlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 11/1 saylı qərarı ilə digər ailə üzvləri ilə birlikdə onlara 3.00 ha torpaq sahəsi verilməsinə dair JN-0003 KOD 80417038 nömrəli torpağın mülkiyyət hüququna dair Dövlət aktının onlara məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Yardımlı rayon Aqrar İslahat 30 iyul 1998-ci il tarixli, 11/1 saylı qərarı ilə digər ailə üzvləri ilə birlikdə onlara 3.00 ha torpaq sahəsi verilməsinə dair JN-0003 KOD 80417038 torpağa mülkiyyət hüququna dair Dövlət aktı verilmişdir. Həmin JN-0003 KOD 80417038 Dövlət aktında Ərizəçi2 adı səhvən Sevin kimi, Ərizəçi1 adı səhvən Əlkömək, ata adı isə Sədrxan kimi qeyd edilmişdir. Yol verilmiş bu səhv onların hüquqlarını pozur. Bununla bağlı müvafiq orqanlara müraciət etmiş və ona məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında ərizəçilər Ərizəçi2 və Ərizəçi1 ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. Maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən, işə maraqlı şəxs Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı ərazi idarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan JN-0003 KOD 80417038 saylı Torpağın mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 11/1 saylı qərarı əsasında X2 ailə üzvləri ilə birlikdə 3 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. Həmin dövlət aktında həmçinin X25, X4, X5, X6, X11, X12, X8 və X13, X9, X10, X20 və X7 adları qeyd edilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-in 8 saylı Cəlilabad Ərazi İdarəsinin Ərizəçi1 müraciətindən imtina məktubundan görünür ki, Dövlət Aktında düzəliş edilməsi ilə bağlı məhkəməyə müraciət etmək barədə hüquqları izah edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Yardımlı rayonu Zeynənəzir kənd sakini X17 ifadəsində göstərdi ki, Ərizəçi2 və və Ərizəçi1 həmkəndli kimi yaxından tanıyır. Onlar elə Ərizəçi2 və Ərizəçi1 ilə eyni şəxsdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Yardımlı rayonu Zeynələzir kənd sakini X35 şahid X17 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Yardımlı rayonu İHB-nın Porsova İƏDÜN-nin arayışından görünür ki, JN-0003 KOD 80417038 saylı torpağın mülkiyyətə verilməsinə dair dövlət aktında yazılan X18 ilə Ərizəçi2 və X14 ilə Ərizəçi1 eyni adamdır. Yardımlı rayon polis şöbəsinin məktubundan görünür ki, Yardımlı rayonun Zeynələzir kəndində X16 və X1 qeydiyyat barədə heç bir məlumat yoxdur. Məhkəmə izahatı və iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır. Belə ki, işdə olan mötəbər və təkzibolunmaz sübutlara əsasən müəyyən olunur ki, Yardımlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 11/1 saylı qərarı ilə JN-0003 kod 80417038 torpağa mülkiyyət hüququna dair Dövlət aktı üzrə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə onlara və ailə üzvlərinə 3 hektar torpaq sahəsi verilmişdir. Həmin Dövlət aktında Ərizəçi2 adı və ata adı səhvən X3, Ərizəçi1 adı və ata adı səhvən X28 kimi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1. və 307.2.5-ci maddələrinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyən edici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnəmələrdən başqa) həmin şəxsə məxsus olması faktını müəyyən edir. Həmin Məcəllənin 308 və 310-cu maddələrinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, ərizəçilər məhkəmdə hüquqi əhəmiyyətli olan fakt müəyyən olunmadan, lazım olan sənədi başqa formada əldə edə bilmir. Torpaq sahəsində ərizəçinin mülkiyyət hüququ vardır, ona görə də ərizə sənədin məxsus olması hissəsində təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə ərizəçilərin qeyd olunan faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməməsini, hüquq haqqında mübahisə olmamasını, maraqlı şəxsin edilmiş müraciətdən imtina etməsini nəzərə alaraq hesab edir ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 11/1 saylı qərarı ilə saylı qərarı ilə kənd təsərrüfatı mallarının istehsalı məqsədi ilə X2 və ailə üzvlərinə 3 hektar torpaq sahəsinin verilməsinə dair JN-0003 kod 80417038 olan Dövlət aktının Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Yardımlı rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli, 11/1 saylı qərarı ilə kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə X2 və ailə üzvlərinə 3 hektar torpaq sahəsinin verilməsinə dair JN-0003 kod 80417038 olan Dövlət aktının Ərizəçi2 və Ərizəçi1 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən tərəflər bir ay müddətinə Yardımlı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: X37
Məhkəmə qərarları › İş №2(038)-273/2023
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-273/2023
14.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver