Azərbaycan Respublikası adından QƏTNAMƏ Yardımlı rayonu İş № 2(038)-721/2025 18.02.2026 YARDIMLI RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X13 sədrliyi, məhkəmə iclasının katibi xx katibliyi, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə xüsusi icraat qaydasında verdiyi ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə TƏSVİRİ HİSSƏ: MÜƏYYƏN ETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1997-ci ildə Yardımlı rayonu Anzov kəndində anadan olmuş və həmin kənddə yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 05 noyabr 1997-ci ildə X3 ilə ailə həyatı qurmuşdur. Birgə nikahlarından 1997-ci ildə Asim, 2004-cü ildə Fərid, 2011-ci ildə Əkbər adında uşaqları anadan olmuşdur. xx.xx.1997-ci il təvəllüdlü X7 2023-cü il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Psixi Sağlamlıq Mərkəzi” X14, 2024-cü il tarixdə Səhiyyə Nazirliyi Lənkəran Psixatriya Xəstəxanasında müayinə olunmuşdur. Hər iki müəssisə tərəfindən ona “ ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu. İQ-33 “ diaqnozu verilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibb-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumata əsasən oğlu X2 orqanizminin funksiyasının 85 faizi pozulduğu üçün, əmək qabiliyyətsiz olmaqla ümumi xəstəlikdən müddətsiz birinci dərəcəlli əlildir. X4 uşaqlıqdan ağır dərəcəli əqli gerilik və ciddi davranış pozuntuları vardır. Həmin vaxtdan dəfələrlə Asim müayinə və müalicə almışdır. Asim özünə xidmət etmək qabiliyyətində deyil və digər şəxsin köməyinə ehtiyacı vardır. Onda tez-tez qıcolma və spazma tutmaları baş verir. O, öz hərəkətlərini idarə edə bilmir və hərəkətlərinin mənasını anlamır. Faktiki olaraq Asim anlaqsız vəziyyətdədir, onun digər şəxslərin köməyinə ehtiyacı vardır və hesab edir ki, ona himayəçi təyin edilməlidir. Bu səbəbdən X7 məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Ərizəçi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq, məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini və iddia tələbini müdafiə etdiyini bildirmiş, işə onun iştirakı olmadan baxılıb, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş Maraqlı şəxs Qəyyumluq və himayəçilik komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM-nin) 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2024-cü il tarixli məlumatdan görünür ki, xx.xx.1997-ci il təvəllüdlü X7 ağır dərəcəli əqli gerilik, qıcolma və spazm diaqnozu ilə birinci dərəcəli əlillik müəyyən edilmişdir. «Nikah haqqında» şəhadətnamənin surətindən görünür ki, X3 və Ərizəçi xx.xx.1997ci il tarixdə Yardımlı RİH-nin Hamarkənd ərazi nümayəndəliyində 15 saylı nikah akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Zöhrabov, arvada Rəciyeva soyadı verilmişdir. Yardımlı rayon İHB-nin Hamarkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi əri-X5, övladları – X7, X6 və X1 ibarət ailə üzvləri vardır. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1997-ci il tarixdə doğulmuşdur. Məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2025-ci il tarixli 4399 saylı rəyindən görünür ki, X4 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə aşkar olunur. X7 hazırda öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. Buna görə də, X7 hazırki psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməsi üçün əsas vardır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə baxışında tədqiq edilmiş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam qiymət verərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi övladı - X4 uşaq serebral iflici nəticəsində dərin əqli gerilik müəyyən edilmişdir. Bu səbəbdən onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. İşin göstərilən halları ekspert rəyi və iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyətli olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, qardaş-bacıların) ərizəsi üzrə qaldırıla bilər. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə həmin Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. NƏTİCƏ HİSSƏSİ: Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, ərizə təmin olunmalı, xx.xx.1997-ci il tarixdə Yardımlı rayonu Anzov kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olan və yaşayan X7 (ş/v: AA3980781, FİN:7MR2ZYW) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 305, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.1997-ci il tarixdə Yardımlı rayonu Anzov kəndində doğulmuş, həmin ünvanda qeydiyyatda olan və yaşayan X7 (ş/v: AA3980781, FİN:7MR2ZYW) fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirməklə Şirvan Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. X15
Məhkəmə qərarları › İş №2(038)-721/2025
Yardımlı Rayon Məhkəməsi Qətnamə — İş №2(038)-721/2025
18.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver